eng
Ana səhifə     Struktur     Əlaqə

09 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

Abbasov Maarif Qurban oğlu

TƏRCÜMEYİ - HAL

Abbasov Maarif Qurban oğlu 1953-cü il noyabr ayının 14-də Azərbaycan Respublikasının Ucar rayonu Çiyni kəndində anadan olmuşdur.

1961-ci ildə Ucar rayon 3 saylı 8-illik orta məktəbin birinci sinfinə getmiş və 1970-ci ildə Ucar rayon 2 saylı orta məktəbin onuncu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə Bakı şəhəri Baş tikinti İdarəsi 2 saylı Evtikmə kombinatında suvaqçı işləmişdir.


1972-1974-cü illərdə ordu sıralarında Kirov şəhərində şəhərində xidmət etmişdir.

1974-1975-ci illərdə yenidən əvvəlki iş yerində əmək fəaliyyətimi davam etdirmişdir. 1975-ci ildən 1995-ci ilədək daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. 1995-ci ilin mart ayından 1996-cı ilin fevral ayınadək Dövlət Gömrük Komitəsi sistemində işləmişdir.

1996-cı ilin 16 may tarixindən hal-hazıradək Azərbaycan Respublikasının Auditorlar Palatasında müxtəlif vəzifələrdə çalışmışdır.

1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1982-ci ildə Universiteti bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş, 2003-cü ildə Dövlət və bələdiyyə İdarəetməsi fakültəsini bitirmişdir.

2000-ci il oktyabr-noyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” proqramı üzrə ixtisasartırma kursunu keçmiş və müvafiq vəsiqə əldə etmişdir.

2005-cı ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu tərəfindən “Audit sistemində informasiya texnologiyalarının tətbiqi” mövzusunda keçirilmiş ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirərək müvafiq sertifikat əldə etmişdir.

2006-ci ildən ABŞ-ın Daxili Auditorlar İnstitutunun üzvüdür. 2008-ci ildə Auditorlar Palatası və Audit-Azərbaycan İctimai Birliyi tərəfindən keçirilən “Daxili auditin əsasları” adlı kursu bitirərək müvafiq sertifikat əldə etmişdir.

2006-cı ilin sentyabr ayında Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Şəffaflıq-Azərbaycan İctimai Birliyi və Bakı Fond Birjası tərəfindən keçirilən “biznesdə Korporativ İdarəetmə və Şəffaflıq” təlim kursunu müvəffəqiyyətlə başa vurmuş və müvafiq şəhadətnamə əldə etmişdir.

2007-ci il dekabr ayında ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Korrupsiya cinayətlərinin aşkar olunmasında və çirkli pulların yuyulmasına qarşı mübarizədə yoxlayıcı qurumlar ilə cinayət təqibi orqanlarının qarşılıqlı fəaliyyəti mövzusunda keçirilmiş treninq-məşğələdə mühazirələr oxumuş, bununla bağlı müvafiq sertifikat əldə etmişdir.

2010-cu il fevral ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” istiqaməti üzrə keçirilmiş ixtisasartırma kursunda iştirak etmiş və müvafiq sertifikatla təltif edilmişdir.

Hazırda Auditorlar Palatasının Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinin müdiri vəzifəsində işləyir.

Ailəlidir. Bir oğlu və iki qızı var.

       Xəbərlər
2010-09-08
Məlumt verirk ki:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli, 25 İyun 2010-cu il tarixli qərarı ilə təstiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə

2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"