eng
Ana səhifə     Struktur     Əlaqə

09 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

Ağayev (Lələəhmədli)  Vaqif Ağahüseyn oğlu


TƏRCÜMEYİ-HAL

Ağayev Vaqif Ağahüseyn oğlu 1951-ci ildə Zərdab rayonunda anadan olub. 1958-ci ildə birinci sinifə gedib, 1968-ci ildə onuncu sinfi bitirib. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə Kredit fakultəsinə daxil olub. 1977-ci ildə İnstitutu bitirərək iqtisadçı ixtisasına yiyələnib. 1977-ci ildən 1996-cı ilə qədər müxtəlif vəzifələrdə, Dəri qalanteriya fabrikində mühəndis iqtisadçı, Azərbaycan Dəmir Yol idarəsində maliyyə üzrə baş müfəttiş, SSRİ Tikinti Bankınin Nərimanov şöbəsində baş kredit inspektoru, Dövlət Kinematoqrafiya Komitəsində Nəzarət Təftiş Şöbəsinin rəisi, Kökə Maya kombinatında baş mühasib işləmişdir.

1978-ci ildə qiyabı olaraq Dnepropetrovski Dəmir Yol İnstitutunda xüsusi kurs keçib  Dəmir Yol Nəqliyyatının iqtisadiyyatı  üzrə diplom almışdır.

1996-cı ildən Azərbaycan Respublikası Auditorlar Palatasında çalışır. Hal hazırda Auditorlar Palatasının Şura üzvüdür.

1997-ci ildə Almaniyanın Höttingen Universitetində ixtisas artırma kursunu keçib Beynəlxalq Audit Standartları üzrə sertifikat almışdır.

1998-ci ildə Almaniyanın Varen şəhərində Avropa Akademiyasında ixtisas artırma kursunu keçib Müflisləşmə üzrə sertifikat almışdır.

2001-ci ildən ABŞ-ın Daxili Auditorlar İnstitutunun üzvüdür. Auditorlar Palatasının tərtib etdiyi “AUDİT”, “DAXİLİ  AUDİT” kitablarının müəlliflərindən biridir. Bundan başqa bir çox sahəvi audit proqramlarının müəllifidir.

Vaqif  Ağayev ədəbiyyat sahəsində də  fəaliyyət göstərir. Onun  2003-cü ildə “Bağban”, 2004-cü ildə “Oxşar talelər”, 2005-ci ildə “Həsrət”, “Doğmalar”, “Ömrün həzin pıçıltıları”, 2006-cı ildə “Acı həqiqət”, “Qara göz yaşları”, 2007-ci ildə “Tale yolları”, 2008-ci ildə “Fındıqlı kəndinin əhvalatları”  adlı kitabları işıq üzü görüb.

            Hal- hazırda Ağayev Vaqif Ağahüseyn oğlu “RR & VAM Beynəlxalq” Müstəqil Auditor Firmasının prezidentidir.


       Xəbərlər
2010-09-08
Məlumt verirk ki:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli, 25 İyun 2010-cu il tarixli qərarı ilə təstiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə

2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"