Imamquliyev Calal Məmməd oğlu

TƏRCÜMEYİ - HAL İmamquliyev Calal Məmməd oğlu 1941-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur. 1948-ci ildə Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbinin birinci sinifinə getmiş və 1958-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi qurtardıqdan sonra bir il kolxozda işləmişdir. 1959 –cu ildə Bakı şəhərinə gəlmiş və Bakı Statistika Texnikumuna daxil olub 1961-ci ildə həmin texnikumu bitirmişdir. Əmək fəaliyyətinə 1961-ci ildə Maştağa südçülük sovxozunda mühasib vəzifəsində işə başlamışdır.İşləməklə bərabər Azərbaycan Xalq Təsərrüfatı İnstitunun iqtisad fakultəsini bitirmişdir. Sonralar “Abşeron” qazetində mühasib, Azərbaycan Respublikası Sosial Təminat Nazirliyində, Azərbaycan KP MK-də baş mühasib, Abşeron RİK-in sədri, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini, Respublika Dövlət Sosial Müdafiə Nəzarət təftiş idarəsinin rəisi, Qırğızıstan Respublikasının Azərbaycandakı Nümayəndəliyində baş mühasib, “ANS” Müstəqil Yayım və Medya şirkətində baş mühasib, baş direktorun müavini, Azərbaycan Respublikası Malliyə Nazirliyində Baş Nəzarət Təftiş İdarəsinin, Dövlət Maliyyə Nəzarəti Baş İdarəsinin rəisi Uçot Siyasəti İdarəsinin (şöbəsinin) rəis müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyində Maliyyə-İnzibati şöbənin müdir müavini-baş mühasib vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyində Elmi maliyyə tədris mərkəzində baş elmi işçi vəzifəsində işləyir.
|