Abbaslı Namiq Rasim oğlu

TƏRCÜMEYİ - HAL
Abbaslı Namiq Rasim oğlu 25 aprel 1971-ci ildə Tovuz şəhərində anadan olmuşdur. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakultəsinə daxil olmuşdur. 1993-cü ildə həmin filialın bazasında yaradılmış Azərbaycan Dövlət İqtisad İnstitutunun “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirmişdir. 1992-ci ilin noyabrından 1994-cü ilin yanvar ayına kimi “Azərenerjitikintiquraşdırma” Dövlət Şirkətinin “Mebel” Kiçik Dövlət Müəssisəsində baş mühasib vəzifəsində işləmişdir. 1994-cü ilin yanvar ayından 1996-cı ilin noyabr ayına kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 1996-1999-cu illərdə Bakı Kimya Əczaçılıq Zavodunda mühasib, “NAB Dış Ticarət Ltd” şirkətində mühasib və “İnter-Rima” Azərbaycan-Türkiyə birgə müəssisəsində baş mühasib vəzifəsində işləmişdir. 05 yanvar 2000-ci il tarixdən Sərbəst auditor kimi fəaliyyət göstərir. Sərbəst auditor kimi bir çox yerli və xarici investisiyalı müəssisələrə auditor xidməti göstərir. “Məhdud məsuliyyətli cəmiyyətlərdə audit aparılmasına dair proqram”ı tərtib edənlərdən biridir. 02 yanvar 2004-cü il tarixdən Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvüdür. Evlidir. 2 övladı var.
|