eng
Ana səhifə     Struktur     Əlaqə

09 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

«AUDİT-AZƏRBAYCAN» İCTİMAİ BİRLİYİNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ

“Audit-Azərbaycan” İctimai Birliyi Avropa Daxili Auditorlar İnstitutları Konfederasiyasının (ECIIA) 2004-cü il 9 oktyabr tarixində İstanbulda keçirdiyi Baş Assambleyasının yığıncağında bu qurumun üzvlüyünə qəbul olunmuşdur.

 2007-ci ildə isə Birlik Asiya Daxili Auditorlar İnstitutları Konfederasiyasına (ACIIA) assosiativ üzv qəbul edilmişdir.

2007-ci il sentyabrın 21-də “Audit-Azərbaycan” İctimai Birliyi ilə Çin Daxili Auditorlar İnstitutu arasında Pekin şəhərində anlaşma Memorandumu imzalanmışdır. 9 maddədən ibarət bu Memoranduma əsasən tərəflər qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparacaq, birgə seminarlar və konfranslar təşkil edəcək, tədris vəsaitləri və metodik göstərişlər hazırlayacaq, müvafiq şərh və tövsiyələrin hazırlanmasını təşkil edəcəklər.  2008-ci ildə “Audit-Azərbaycan” İctimai Birliyi ilə Çin Daxili Auditorlar İnstitutunun birgə  birinci seminarın keçirilməsi planlaşdırılır.



«AUDİT-AZƏRBAYCAN» İCTİMAİ BİRLİYİ NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN BEYNƏLXALQ VƏ REGİONAL TƏDBİRLƏRDƏ İŞTİRAKI

“Audit-Azərbaycan” İctimai Birliyinin əməkdaşları Daxili Auditorlar İnstitutunun beynəlxalq tədbirlərində müntəzəm olaraq iştirak edirlər.

2007-ci ilin 5-12 iyul tarixlərində Hollandiyanın Amsterdam şəhərində keçirilmiş Avropa Daxili Audit İnstitutları Konfederasiyasının (ECIIA) Baş Assambleyasında, Qlobal Şurasında və Daxili Auditorlar İnstitutunun (IIA)  illik konfransında “Audit-Azərbaycan” İctimai Birliyini R.Qənizadə və Q.Bayramov təmsil etmişdir.

2007-ci ilin 19-21 sentyabr tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Asiya Daxili Auditorlar İnstitutları Konfederasiyasının Asiya konfransı keçirilmişdir. Bu konfransda “Audit-Azərbaycan” İctimai Birliyinin prezidenti cənab V.Novruzov, vitse-prezidenti R.Qənizadə və İdarə Heyətinin üzvü S.Rəhimova təmsil etmişdir.


       Xəbərlər
2010-09-08
Məlumt verirk ki:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli, 25 İyun 2010-cu il tarixli qərarı ilə təstiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə

2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"