SOSİAL SIĞORTA HAQQINDA
Azərbaycan Respublikasının 1997-ci il 18 fevral tarixli 250-IQ nömrəli Qanunundan (Azərbaycan Respublikasınınn 1999-cu il 27 oktyabr tarixli 719-IQD nömrəli, 2000-ci il 24 oktyabr tarixli 936-IQD nömrəli, 2001-ci il 22 iyun tarixli 157- IIQD nömrəli, 2001-ci il 16 noyabr tarixli 216-IIQD nömrəli, 2002-ci il 22 noyabr tarixli 382-IIQD nömrəli, 2004-cü il 30 aprel tarixli 643-IIQD nömrəli, 2004-cü il 29 oktyabr tarixli 784-IIQD nömrəli, 2004-cü il 3 dekabr tarixli 794-IIQD nömrəli və 2005-ci il 21 oktyabr tarixli 1029-IIQD nömrəli qanunları ilə edilmiş dəyişiklik və əlavələrlə)
ç ı x a r ı ş Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. ... Məcburi dövlət sosial sığorta haqqı: ... vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün – gəlirlərinin 20 faizi miqdarında…
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DAİMİ KOMİSSİYALARI HAQQINDA Azərbaycan Respublikasının 1998-ci il 10 iyul tarixli 521-IQ nömrəli Qanunundan (Azərbaycan Respublikasının 2000-ci il 1 dekabr tarixli 8-IIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik və əlavələrlə) ç ı x a r ı ş Maddə 10. İqtisadi siyasət daimi komissiyası …İqtisadi siyasət daimi komissiyası: … Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavini, Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorları vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə təklif olunmuş şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir…
Azərbaycan Respublikasının 1999-cu il 1 fevral tarixli 618-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir (2007-ci il yanvarın 1-dək edilmiş dəyişiklik və əlavələrlə)
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİ ( Ç ı x a r ı ş )
Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları … 3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 196. İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası 1. Bu Məcəllənin 195-ci maddəsində göstərilən hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) – müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda işçiyə dəyən maddi ziyan ödənilir… Maddə 262. Kollektiv tələblərin irəli sürülməsi … 4. İşəgötürənin iqtisadi imkanlarına uyğun olmayan tələblərə yol verilmir. Tələblər iqtisadi imkanlarına uyğun olmadıqda işəgötürən bunu auditor rəyinə əsasən sübut etməlidir.
Azərbaycan Respublikasının 2000-ci il 14 iyul tarixli 907-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir (2007-ci il 1 yanvar tarixinədək edilmiş dəyişiklik və əlavələrlə) AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİ (Ç ı x a r ı ş) Maddə 85. Müstəntiq ... 85.2. Müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: ... 85.4.4. dövlət orqanlarından və ya auditor təşkilatlarından təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsini tələb etmək... Maddə 86. Təhqiqatçı ... 86.2. Təhqiqatçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: ... 86.4.4. dövlət orqanlarından və ya auditor təşkilatlarından təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsini tələb etmək... Maddə 207. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası ...207.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror hər hansı hüquqi şəxsin fəaliyyətini yoxlaya bilməz. Belə yoxlamanın aparılması zəruri olduqda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirir: 207.3.1. müvafiq dövlət orqanlarına və ya auditor təşkilatlarına hüquqi şəxsin fəaliyyətinin yoxlanılması üçün mütəxəssisin ayrılmasının təmin edilməsinə dair qərar çıxarır; 207.3.2. müvafiq dövlət orqanlarının və ya auditor təşkilatının mütəxəssisi tərəfindən aparılmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edir...
BÜDCƏ SİSTEMİ HAQQINDA Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ nömrəli Qanunundan (Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 452-IIQD, 2004-cü il 3 dekabr tarixli 791-IIQD, 2005-ci il 5 aprel tarixli 876-IIQD, 2005-ci il 23 dekabr tarixli 36-IIIQD və 2006-cı il 3 mart tarixli 82- IIIQD nömrəli qanunları ilə edilmiş dəyişiklik və əlavələrlə) ç ı x a r ı ş Maddə 11. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi ... 11.8. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyəşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. 11.9. Bu Qanunun 11.8-ci maddəsinə əsasən təqdim olunmuş büdcə layihələrində aşağıdakılar əks etdirilir: ...11.14.3. ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi... Maddə 22. Dövlət büdcəsinin və icmal büdcənin auditi Dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır. Maddə 27. Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqə ...27.5. Büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və büdcədənkənar dövlət fondlarının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Büdcədənkənar dövlət fondları bu hesabatları müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikası Hesablama Palatasına təqdim edirlər və rübdə bir dəfə mətbuatda dərc etdirirlər. Maddə 39. Yerli büdcənin icrasına nəzarət 39.1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir...
BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ İNZİBATİ NƏZARƏT HAQQINDA Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 454-IIQ nömrəli Qanunundan (Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 36- IIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik və əlavələrlə) ç ı x a r ı ş Maddə 4. İnzibati nəzarətin həyata keçirilməsinin şərtləri ... 4.6. Azərbaycan Respublikasının Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda audit yoxlamasını həyata keçirir.
ELEKTRON İMZA VƏ ELEKTRON SƏNƏD HAQQINDA
Azərbaycan Respublikasının 2004-cü il 9 mart tarixli 602-IIQ nömrəli Qanunundan ç ı x a r ı ş Maddə 9. Sertifikat xidmətləri Mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi 9.7. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hallarda Mərkəzi qeydiyyata almaqdan imtina edə bilər: … 9.7.4. informasiya sisteminin təhlükəsizliyinin auditinin nəticələrinə əsasən iddiaçı şəxsin Mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmadıqda…
Maddə 17. Mərkəzlərin hüquqları, vəzifələri və məsuliyyəti 17.3. Mərkəzlər aşağıdakı vəzifələri yerinə yetirir: … 17.3.8. fəaliyyətə başladığı müddət nəzərə alınmaqla, hər il informasiya sisteminin təhlükəsizlik auditinin keçirilməsini təmin edir və nəticəsini 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edir…
Maddə 18. Sertifikat xidmətlərinə aid tələblər
… 18.3. Mərkəzlər fəaliyyətə başlamazdan əvvəl və qeydiyyatdan keçdikdən sonra hər il informasiya sisteminin auditini keçirməlidir, sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalar tətbiq etməlidir.
İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA
Azərbaycan Respublikasının 2004-cü il 28 sentyabr tarixli 767-IIQ nömrəli Qanunundan ç ı x a r ı ş Maddə 9. İctimai yayım sənədlərinin saxlanması … 9.2. İctimai yayımçı: … 9.2.5. təftiş və audit yoxlamalarının nəticəsi barədə aktları və arayışları… … 9.2.8. bank, maliyyə və məhkəmə sənədlərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə saxlayır.
Maddə 10. İctimai yayım fəaliyyətində şəffaflıq
10.1. İctimai yayımçının iqtisadi fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə cari və ya Yayım Şurasının qərarı əsasında fövqəladə audit yoxlamaları keçirilir. 10.2. Təftiş və ya audit yoxlamalarının nəticələri kütləvi informasiya vasitələrində dərc olunur.
ƏMANƏTLƏRİN SIĞORTALANMASI HAQQINDA
Azərbaycan Respublikasının 2006-cı il 29 dekabr tarixli 226-IIIQ nömrəli Qanunundan ç ı x a r ı ş Maddə 2. Əsas anlayışlar ... 2.1.5. Qorunan əmanətçi – aşağıdakılar istisna olunmaqla bankda əmanəti olan fiziki şəxsdir: ... 2.1.5.3. kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar. Maddə 3. Əmanətlərin Sığortalanması Fondunun hüquqi statusu 3.1. Əmanətlərin sığortalanması məqsədləri üçün bu Qanunla Əmanətlərin Sığortalanması Fondu yaradılır... Maddə 8. Fondun Himayəçilik Şurasının səlahiyyətləri 8.1. Fondun Himayəçilik Şurası: ...8.1.12. Fondun Daxili Audit Xidmətinin fəaliyyət qaydalarını müəyyən edir; 8.1.13. Fondun kənar auditorunu təyin edir və audit yoxlamasının nəticələrini təsdiq edir... Maddə 10. Fondun icraçı direktorunun səlahiyyətləri 10.1. Fondun icraçı direktoru: ... 10.1.8. Fondun kənar auditinin keçirilməsi və auditorun namizədliyinə dair Himayəçilik Şurasına təkliflər verir... Maddə 19. Fondun uçot və hesabatı ... 19.4. Fond illik hesabatını və audit rəyini Azərbaycan Respublikasının Prezidentinə, Milli Banka və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edir. ... 19.6. Fondun illik mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların mötəbərliyi kənar auditor tərəfindən təsdiq edilir. Maddə 20. Fondun fəaliyyətinə nəzarət ... 20.2. Fondun illik maliyyə-təsərrüfat fəaliyyəti Himayəçilik Şurasının müəyyən etdiyi kənar auditor tərəfindən yoxlanılır. Tələb olunduqda Fondun Himayəçilik Şurası növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul edə bilər. 20.3. Fondun daxili auditi Himayəçilik Şurasına hesabat verən Daxili Audit Xidməti tərəfindən aparılır. Daxili Audit Xidmətinin əməkdaşları Fondun Himayəçilik Şurasının təqdimatı ilə vəzifəyə təyin edilir. Maddə 30. İctimaiyyətin məlumatlandırılması ... 30.4. Bank audit yoxlamasından keçmiş illik hesabatını kütləvi informasiya vasitələrində dərc etdirərkən Fondda iştirakı barədə məlumat verməlidir.
"BANKLAR HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 4 nömrəli fərmanından ç ı x a r ı ş "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41.5-ci maddəsinə müvafiq olaraq bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları tərəfindən bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar, həmçinin bank nəzarəti üzrə səlahiyyətlərin həyata keçirilməsi prosesində Azərbaycan Respublikası Milli Bankının mövcud və keçmiş inspektorlarına, kənar auditorlara, habelə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq kredit reyestrini aparan şəxslərin onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə mülki, inzibati və cinayət məsuliyyətinə dair qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin...
AZƏRBAYCAN RESPUBLİKASINDA MALİYYƏ-BANK SİSTEMİNDƏ İSLAHATLARIN DƏRİNLƏŞDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 205 nömrəli fərmanından ç ı x a r ı ş ... Azərbaycan Respublikasının maliyyə-bank sektorunda müasir bazar münasibətlərinin daha da dərinləşdirilməsi, milli bank sisteminin rəqabət qabiliyyətinin artırılması və ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi məqsədilə qərara alıram: ... 3.1.2. səhm zərfinin ölkə daxilində, eləcə də xarici maliyyə bazarlarında satış qiyməti nüfuzlu beynəlxalq audit şirkətlərindən biri tərəfindən bankın maliyyə-təsərrüfat fəaliyyətinin satış anına ən yaxın hesabat dövrünün nəticələri və mövcud bazar konyunkturu kimi faktorlar nəzərə alınmaqla müəyyən edilməli, satışa çıxarılan hər bir səhm zərfinin beynəlxalq audit şirkəti tərəfindən təklif edilmiş alıcısı və ya alıcıları Azərbaycan Respublikasının iqtisadi maraqlarına cavab verməli və bankın hər bir səhm zərfinin satışı barədə qərar Azərbaycan Respublikasının qanunvericiliyi ilə bankların özəlləşdirilməsi üçün müəyyən edilmiş qaydada qəbul edilir...
«HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI VƏ DÖVLƏT REYESTRİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN İCRASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 1996-cı İL 17 DEKABR TARİXLİ 521 NÖMRƏLİ FƏRMANININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 238 nömrəli fərmanından ç ı x a r ı ş «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram: ... 7. Müəyyən edilsin ki, «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsində, «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və onuncu hissələrində, «Azərbaycan Respublikasının Təhsil Qanunu»nun 13-cü maddəsinin birinci bəndində və «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir...
"AZƏRBAYCAN RESPUBLİKASININ 2006-cı İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 311 nömrəli fərmanından ç ı x a r ı ş ... 12. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Auditorlar Palatasına tapşırılsın ki, qanunvericiliyə əsasən məcburi auditdən keçməli olan təsərrüfat subyektlərində maliyyə şəffaflığını artırmaq, dövlət büdcəsinə və büdcədənkənar fondlara vergi və ayırmaların müvafiq hesabatlarda düzgün əks etdirilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsünlər. 13. Bu fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
“AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI VƏ RUSİYA FEDERASİYASI AUDİTORLAR KOLLEGİYASI ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ”İ İMZALAMAQ SƏLAHİYYƏTİNİN VERİLMƏSİ HAQQINDA Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 fevral tarixli 102 nömrəli sərəncamı 1. “Azərbaycan Respublikasının Auditorlar Palatası və Rusiya Federasiyası Auditorlar Kollegiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası tərəfindən imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Tapdıq oğlu Novruzova verilsin. 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Tapdıq oğlu Novruzova verilməsi barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin.
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI ARASINDA MÜHASİBAT UÇOTU VƏ AUDİT İSLAHATLARI ÜÇÜN QRANT ÜZRƏ MƏKTUB-SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 569 nömrəli sərəncamından ç ı x a r ı ş 1. 2004-cü il noyabrın 10-da Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Mühasibat Uçotu və Audit İslahatları üçün Qrant üzrə Məktub-Saziş təsdiq edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Auditorlar Palatasına tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Məktub-Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər...
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmişdir (2005-ci il 6 sentyabr tarixli 291 nömrəli və 2006-cı il 12 may tarixli 402 nömrəli fərmanlarla edilmiş dəyişiklik və əlavələrlə) AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİ HAQQINDA ƏSASNAMƏ (Ç ı x a r ı ş) IV. NAZİRLİYİN HÜQUQLARI 11. Nazirliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır: ... 11.5. Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək...
Azərbaycan Respublikası Prezidentinin2001-ci il 17 iyul tarixli 533 nömrəli fərmanına Ə L A V ƏİNVESTİSİYA MÜSABİQƏSİNİN KEÇİRİLMƏSİQ A Y D A L A R I ( Ç ı x a r ı ş ) 7. Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət 7.1. Alıcı həyata keçirilən investisiya qoyuluşlarının mərhələləri və həcmi barədə İİN-ə müəyyən edilmiş formada müstəqil audit tərəfindən təsdiq edilmiş hesabat təqdim etməlidir... ... 7.4. Hesabatda qeyd olunan məlumatların doğruluğu üçün alıcı və auditor məsuliyyət daşıyır. 7.5. Müqavilə üzrə nəzərdə tutulan öhdəliklər və investisiya proqramı tam yerinə yetirildikdən sonra alıcı bütün müqavilə müddətini əhatə edən və müstəqil auditor tərəfindən təsdiq olunan yekun hesabat hazırlayır və İİN-ə təqdim edir…
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilətəsdiq edilmişdir AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİNƏ YARDIM FONDU HAQQINDA Ə S A S N A M Ə (Ç ı x a r ı ş) VI. Fondun idarə edilməsi … 6.3. Fondun maliyyə-təsərrüfat fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi auditor tərəfindən ildə bir dəfə yoxlanılır.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli fərmanı ilə təsdiq edilmişdir MİLLİ TELEVIZİYA VƏ RADİO ŞURASI HAQQINDA Ə S A S N A M Ə ( Ç ı x a r ı ş ) III. SURANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ … 22. Hər il Şuranın maliyyə fəaliyyətinin auditi keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli 339 nömrəli fərmanı ilə təsdiq edilmişdir AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI NƏZDİNDƏ AZƏRBAYCAN İPOTEKA FONDU HAQQINDA ƏSASNAMƏ ( Ç ı x a r ı ş ) 8. Uçot və hesabat ... 8.3. AİF-in illik maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat Milli Bankın İdarə Heyəti tərəfindən təyin olunan kənar auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır. Auditorun xidmətləri AİF-in hesabına ödənilir. 8.4. AİF-in ilin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat əməliyyat büdcəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. 8.5. AİF-in auditor rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunur.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir XÜSUSİ RAZILIQ (LİSENZİYA) TƏLƏB OLUNAN FƏALİYYƏT NÖVLƏRİNİN SİYAHISI VƏ HƏMİN FƏALİYYƏT NÖVLƏRİNƏ XÜSUSİ RAZILIQ (LİSENZİYA) VERİLMƏSİNƏ GÖRƏ ÖDƏNİLƏN DÖVLƏT RÜSUMUNUN MƏBLƏĞLƏRİ ( Ç ı x a r ı ş )
| Sıra №-si | Fəaliyyət növlərinin adı | Lisenziya verən icra hakimiyyəti orqanı |
Dövlət rüsumunun məbləği (manatla) | | ... 22. | Auditor fəaliyyəti | Azərbaycan Respublikasının Auditorlar Palatası | 2200 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərari ilə təsdiq edilmişdir AZƏRBAYCAN RESPUBLİKASINDA RABİTƏ VASİTƏLƏRİNİN SERTİFİKATLAŞDIRILMASI Q A Y D A L A R I ( Ç ı x a r ı ş ) 3. TERMİN VƏ ANLAYIŞLAR ... Ekspert-auditor – sertifikatlaşdırma sahəsində bir və ya bir neçə növ işlərin keçirilməsinə səlahiyyəti olan attestasiyadan keçmiş şəxs...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 204 nömrəli qərarı ilə edilmiş dəyişiklik və əlavələrlə) MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA ÖDƏMƏLƏRİNİN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ HAQQINDA Ə S A S N A M Ə II. ƏMƏK QABİLİYYƏTİNİN MÜVƏQQƏTİ İTİRİLMƏSİNƏ GÖRƏ MÜAVİNƏT ... 53. Vəkillər kollegiyasının üzvü olan vəkillərə, xüsusi notariuslara, sərbəst auditorlara və sərbəst mühasiblərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, habelə hamiləliyə və doğuma görə müavinət bu Əsasnamənin 35-ci və 40-cı bəndlərində əməyin işəmuzd ödənilməsi formasında çalışan işçilər üçün müəyyən edilmiş qaydalara əsasən hesablanır. Bu zaman müavinətin hesablanması üçün götürülən qazanc əvvəlki ildə vəkilin, xüsusi notariusun, sərbəst auditorun və sərbəst mühasibin orta gündəlik qazancından artıq olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 iyul tarixli 114 nömrəli qərarı ilə edilmiş əlavələrlə) KƏND TƏSƏRRÜFATINDA ÖZƏL BÖLMƏNİN İNKİŞAFINA YARDIM AGENTLİYİ HAQQINDA Ə S A S N A M Ə ( Ç ı x a r ı ş ) II. AGENTLİYİN FUNKSİYALARI VƏ HÜQUQLARI 2.1. Agentlik öz vəzifəsini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: ... layihələr daxilində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar arasında koordinasiya, büdcənin hazırlanmasını, əmək ehtiyatlarının idarə olunmasını, təlim, texniki köməklik, ödəniş, hesabat, audit, nəzarət, qiymətləndirmə ilə əlaqədar işləri təşkil edir və Dövlət Komissiyası adından onlardan məlumatlar alır... tətbiq olunan layihələr çərçivəsində xaricdən cəlb edilmiş kredit vəsaitlərinin istifadəsi üzrə bütün prosedurlar barədə (audit, tender, malların alqı-satqısı, kontraktlar və s.) ödənişlər həyata keçirilməzdən əvvəl xarici dövlət borcunun idarə edilməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 173 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) EKOLOJİ AUDİTOR FƏALİYYƏTİNİN APARILMASI Q A Y D A L A R I 1. Ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq hüququ 1.1. Ekoloji auditor - ekoloji auditor fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir. 1.2. Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və məsləhətlərin verilməsinə cəlb edilə bilərlər. 2. Ekoloji auditin obyektləri Ekoloji auditin obyektləri ətraf mühitin təbiət istifadəçiləri tərəfindən istifadə olunan bütün komponentləri (atmosfer havası, su obyektləri, bitki örtüyü, heyvanat aləmi və torpaq örtüyü), ətraf mühitə vurulan zərərli təsir sahələridir. 3. Ekoloji auditorun məqsədi Ekoloji auditorun məqsədi ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə təbiətdən istifadəçilərin fəaliyyətinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, ekoloji norma və standartlara uyğunluğunu müstəqil surətdə yoxlamaq, onlara fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasətinin müəyyənləşdirilməsi ilə bağlı zəruri məsləhətlər vermək, kömək göstərməkdir. 4. Ekoloji auditorun vəzifələri Ekoloji auditorun vəzifələri aşağıdakılardır: 4.1. Ekoloji auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək; 4.2. Auditor yoxlamalarını və zəruri məsləhət xidmətlərini mövcud qanunvericilik üzrə keyfiyyətli həyata keçirmək; 4.3. Yoxlanılan təsərrüfat subyektində şəxsi əmlak mənafeyi, qarşılıqlı iqtisadi və işgüzar maraqları, əlaqələri müəyyənləşdikdə, müəssisə rəhbərliyindən hər hansı bir şəxslə birbaşa qohumluq əlaqəsi olduqda, bundan əvvəl orada öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditin aparılmasında iştirakın qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək; 4.4. Mülkiyyət formasından asılı olmayaraq təbiətdən istifadəçilərin təbii resurslardan istifadə və onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmaq; 4.5. Ekoloji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, maliyyə-mühasibat uçotunun aparılması və hesabatların tərtibi, ekoloji tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə rəsmi məlumat vermək; 4.6. Təbiətdən istifadəçilərin tələbi ilə aparılan ekoloji audit zamanı əldə edilən məlumatları (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq; 4.7. Yoxlama zamanı alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanılmasını təmin etmək; 4.8. Təbiətdən istifadəçilərin tələbi ilə onlara audit aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələri əsaslandıran normativ aktlar barəsində ətraflı məlumatlar vermək. 5. Ekoloji auditor fəaliyyətinin tənzimlənməsi Ekoloji auditor fəaliyyəti Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" Qanunu, bu Qayda və digər normativ hüquqi aktlarla tənzimlənir. 6. Ekoloji auditorun hüquqları Ekoloji auditorun hüquqları aşağıdakılardır: 6.1. Müvafiq qanunvericiliyə uyğun olaraq təbiətdən istifadəçilər və digər sifarişçilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək; 6.2. Ekoloji audit aparılan təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və lazım olan məlumatlar almaq; 6.3. Ekoloji audit aparılan təsərrüfat subyektlərinin rəhbərliyindən və digər işçilərindən yazılı izahat almaq; 6.4. Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə ekoloji auditor xidməti göstərərkən müəyyən edilmiş nöqsan və pozuntular haqqında onlar qarşısında məsələ qaldırmaq; 6.5. Ekoloji auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları, mütəxəssisləri cəlb etmək; 6.6. Yoxlanılan təbiətdən istifadəçi müəssisə və təşkilat tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi hallarında yoxlamanı keçirməkdən imtina etmək. 7. Ekoloji auditor fəaliyyətinin aparılması 7.1. Ekoloji audit təbiətdən istifadəçi ilə ekoloji auditor arasında bağlanılmış müqaviləyə əsasən aparılır. 7.2. Ekoloji auditor öz işini yoxlama üçün tələb olunan ekoloji normativ sənədlər, təlimatlar, yoxlanılan obyektin texniki sənədləri əsasında qurur. 7.3. Ekoloji auditor, lazım olarsa, yoxlama prosesində ekoloji laboratoriya xidmətindən və ya digər texniki yardımlardan istifadə edir. 7.4. Ekoloji auditor, yoxlamanın xüsusiyyətindən asılı olaraq müəyyən sahələr üzrə mütəxəssis tələb olunarsa, kənar təşkilatlardan ekspert dəvət edir. 7.5. Ekoloji auditor müəssisənin gərgin ekoloji sahələrində aparılan tədbirlərin yaxşılaşdırılmasına daha diqqətli olmalı və ətraf mühitə zərərli təsirin mümkün qədər azaldılmasına nail olmalıdır. 7.6. Ekoloji auditor müəssisə rəhbərlərinə və mütəxəssislərinə məsləhətlər verməli, bu məsləhətlər müəssisənin gələcək ekoloji siyasətində öz müsbət əksini tapmalıdır. 7.7. Ekoloji auditin nəticəsi auditor rəyi şəklində sifarişçiyə təqdim olunur. 7.8. Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən ekoloji auditor rəyi Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur. 7.9. Ekoloji auditor tərəfindən müqavilə üzrə yerinə yetirilmiş iş sifarişçiyə akt əsasında təqdim olunmaqla rəsmiləşdirilir. 8. Ekoloji auditorun məsuliyyəti 8.1. Ekoloji auditor qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmişdir AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLƏN BƏZİ QƏRARLARININ SİYAHISI ( Ç ı x a r ı ş )
... 6. “Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 yanvar tarixli 9 nömrəli qərarı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nörəli qərarı ilə təsdiq edilmişdir FƏALİYYƏT NÖVLƏRİNİN XÜSUSİYYƏTİNDƏN ASILI OLARAQ XÜSUSİ RAZILIQ (LİSENZİYA) VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN ƏLAVƏ ŞƏRTLƏR ( Ç ı x a r ı ş ) ... 18. Auditor fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər: 18.1. ərizəçinin və ya cəlb ediləcək mütəxəssislərin mühasibat uçotu, maliyyə, iqtisadçı və ya hüquqşünas ixtisasları üzrə ali təhsilə malik olmasını təsdiq edən sənədin surəti.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmişdir MALLAR (İŞLƏR VƏ XİDMƏTLƏR) ÜZRƏ SATINALMA MÜQAVİLƏSİNİN N Ü M U N Ə S İ ( Ç ı x a r ı ş ) 22. Müqavilə üzrə sənədləşdirmənin aparılması ... 22.2. Müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi İcraçı tərəfindən müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada aparılır. Sifarişçi sənədləşdirmənin düzgün aparılmasına nəzarət edə bilər (o cümlədən audit və digər yoxlamalar vasitəsilə). Bu cür yoxlamalar müqavilənin yerinə yetirilməsi zamanı və ya müqavilənin icrası başa çatdıqdan sonra üç ay müddətində aparıla bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20 oktyabr tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmişdir İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin F O R M A L A R I ( Ç ı x a r ı ş ) ... 11. Sığorta müqaviləsi bağlanan zaman sığortalının ekoloji auditi aparıla bilər. ____________________________________ “İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası vəicbari ekoloji sığorta müqaviləsinin və icbari ekoloji sığorta şəhadətnaməsinin formalari”na 1 nömrəli ƏLAVƏ
İCBARİ EKOLOJİ SIĞORTA M Ü Q A V İ L Ə S İ II. Tərəflərin hüquq və vəzifələri … 2.6. Ekoloji audit __________________ (sığortalı və ya sığortaçı) hesabına aparılmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmişdir DÖVLƏT MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARININ, HABELƏ NİZAMNAMƏ KAPİTALINDA DÖVLƏTİN PAYI OLAN MÜƏSSİSƏLƏRİN BALANSINDA OLAN YARARSIZ HALA DÜŞMÜŞ ƏSAS VƏSAİTLƏRİN SİLİNMƏSİ VƏ BU VƏSAİTLƏRİN SÖKÜNTÜSÜNDƏN ƏLDƏ EDİLƏN MATERİAL QİYMƏTLİLƏRİNİN SATIŞI ÜZRƏ Q A Y D A L A R ( Ç ı x a r ı ş ) II. Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi 2.2. Yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) istifadəyə yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün təşkilat rəhbərinin əmri ilə ən azı 5 nəfərdən ibarət müvafiq ləğvetmə komissiyası yaradılır... Komissiya öz işinə qiymətləndiricilər, müstəqil auditor, səlahiyyətli qurumların mütəxəssislərini cəlb etmək hüququna malikdir…
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmişdir "AZƏRSU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ ( Ç ı x a r ı ş ) 5. SƏHMDARLARIN HÜQUQU VƏ VƏZİFƏLƏRİ 5.1. Cəmiyyətin adi səhminin sahibi olan səhmdarın aşağıdakı hüquqları vardır: ... 5.1.6. Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək... 9. CƏMİYYƏTİN PREZİDENTİ ... 9.2. Cəmiyyətin prezidenti: ... 9.2.10. Cəmiyyətin və onun tabeliyində olan müəssisələrin maliyyə və təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir... 10. CƏMİYYƏTİN TƏFTİŞ KOMİSSİYASI ... 10.2. Təftiş komissiyası 5 nəfərdən ibarət tərkibdə ümumi yığıncaqda iştirak edən səsli səhm sahiblərinin sadə səs çoxluğu ilə seçilir. Təftiş komissiyasının üzvlüyünə fiziki şəxslər seçilir. Təftiş komissiyasının üzvü Cəmiyyətin səhmdarı, direktorlar şurasının və idarə heyətinin üzvü, Cəmiyyətlə birbaşa və ya dolayı maddi münasibətləri olan, son 2 il ərzində Cəmiyyətlə əmək münasibətlərində olan, son 5 il ərzində Cəmiyyətin audit yoxlamasında iştirak edən şəxslər ola bilməzlər. Təftiş komissiyası üzvlərindən azı birinin mühasibat uçotu, maliyyə hesabatı və ya audit sahəsində müvafiq təcrübəsi olmalıdır. ... 10.4. Təftiş komissiyasının səlahiyyətlərinə aşağıdakılar daxildir: ... 10.4.2. Cəmiyyətin maliyyə fəaliyyətini təftiş etmək, maliyyə hesabatları rejiminə riayət edilməsinə, Cəmiyyətin daxili yoxlamaları və daxili auditi sisteminin fəaliyyətinə nəzarəti həyata keçirmək; 10.4.3. müstəqil (kənar) auditorun təyin edilməsi üzrə ümumi yığıncağa tövsiyələr vermək, onun işinin həcmini, məqsədini və vəzifəsini müəyyən etmək... ... 10.4.6. mühasibat uçotunun düzgünlüyü, sənədlərin saxlanması, maliyyə hesabatlarının tərtibi, daxili yoxlama və auditin fəaliyyəti barədə ümumi yığıncağın tapşırığı ilə məruzələr hazırlamaq... ... 10.4.8. qarşısında duran vəzifələrin həlli məqsədi ilə Cəmiyyətin daxili audit sistemindən istifadə etmək... 11. DAXİLİ AUDİT VƏ MALİYYƏ NƏZARƏTİ MEXANİZMİ 11.1. Cəmiyyət bilavasitə direktorlar şurasına, təftiş komissiyasına və prezidentə tabe olan daxili audit sistemi təsis edir. Daxili audit və bu sistemin işini icra edən şəxslər öz fəaliyyətlərində Cəmiyyətin xüsusi şöbələrindən, filial və nümayəndəliklərindən, törəmə cəmiyyətlərindən asılı deyildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər. 11.2. Cəmiyyətin daxili auditinin əməkdaşları Cəmiyyətin bütün işçiləri üçün müəyyən edilmiş tələblərlə bərabər, aşağıdakı əlavə tələblərə cavab verməlidirlər: 11.2.1. Azərbaycan Respublikasının qanunvericiliyi sahəsində və ekspertiza aparacaqları sahədə müvafiq biliklərə malik olmaq; 11.2.2. hüquq, iqtisadiyyat, yaxud mühasibat uçotu sahəsində ali təhsili olmaq... 11.3. Daxili auditin aşağıdakı səlahiyyəti vardır: ... 11.3.2. Cəmiyyətin istehsal və xidmət fəaliyyətinin, habelə maliyyə statusunun dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan xüsusi əməliyyatların mütəmadi auditini aparmaq; 11.3.3. daxili audit yoxlamalarının nəticələri barədə, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə direktorlar şurasına, təftiş komissiyasına və Cəmiyyətin prezidentinə məlumat vermək... 11.4. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə onlara zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün zəruri şərait yaratmağa borcludurlar. 12. CƏMİYYƏTİN MÜSTƏQİL (KƏNAR) AUDİTİ Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmişdir "AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN N İ Z A M N A M Ə S İ ( Ç ı x a r ı ş ) VII. SƏHMDARLAR, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ ... 7.2. Cəmiyyətin adi səhminin sahibi olan səhmdarın aşağıdakı hüquqları vardır: ... 7.2.6. Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmişdir “AZƏRİSTİLİKTƏCHİZAT” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ ( Ç ı x a r ı ş ) 6. CƏMİYYƏTDƏ UÇOT VƏ HESABATIN APARILMASI ... 6.2. Cəmiyyət illik hesabatı və mühasibat balansını hamının tanış olması üçün hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə mətbu orqanda dərc etməyə borcludur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmişdir QANIN, QAN KOMPONENTLƏRİNİN VƏ ONLARDAN HAZIRLANAN PREPARATLARIN TƏHLÜKƏSİZLİK VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNƏ ƏMƏL OLUNMASINA NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI ( Ç ı x a r ı ş ) 2. Keyfiyyətli istehsal praktikasının (KİP-in) əsas tələbləri 2.1. KİP-in qan komponentlərinin hazırlanmasına olan əsas tələbləri aşağıdakılardır: ... özünüqiymətləndirmə, daxili və xarici auditlərin mütəmadi olaraq aparılması. 11. Donorun seçilməsi və qanötürmə ... 11.3. İzləmə imkanı yaratmaq və hərtərəfli audit üçün bütün sistemlərin mövcudluğu təmin olunmalıdır... 13. Müqavilə Qan komponentlərinin emalı və ya yoluxucu xəstəliklərə görə yoxlanılması müəssisədən kənarda aparılarsa, bu zaman xüsusi yazılı müqavilə bağlanmalı və audit təşkil olunmalıdır. Bu, müqavilə bağlayan tərəfin fəaliyyətinin keyfiyyətli istehsal tələblərinə cavab verməsini təmin etməlidir. 19. Özünüqiymətləndirmə, daxili və xarici audit ... 19.2. Müstəqil şəxslər tərəfindən həyata keçirilən xarici audit vacibdir. Xarici auditlər təyin olunmuş səriştəli şəxslər tərəfindən aparılır. 19.3. Bütün audit və nəzarət əməliyyatları sənədləşdirilməli və qeydlər aparılmalıdır...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmişdir AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN N İ Z A M N A M Ə S İ ( Ç ı x a r ı ş ) 6. Cəmiyyətdə uçot və hesabatın aparılması ... 6.3. Cəmiyyət illik hesabatı və mühasibat balansını hamının tanış olması üçün hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə mətbu orqanda dərc etməyə borcludur. 7. Cəmiyyətin icra orqanı ... 7.6. İdarə Heyəti: 7.6.1. sədr tərəfindən yaradılmış komissiyalarla birlikdə meliorasiya və su təsərrüfatı sistemlərinin istismarı, inkişafı ilə bağlı məsələləri, tərkibində olan qurumların fəaliyyətinin yekunlarını, daxili audit yoxlamalarının nəticələri barədə və ortaya çıxmış çatışmazlıqların aradan qaldırılmasını, habelə Cəmiyyətin illik maliyyə tələbatını, suyun paylanma rejimlərini və digər məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir... 8. Cəmiyyətin sədri ... 8.1.10. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin auditinin və yoxlamaların keçirilməsi ilə bağlı qərarlar qəbul edir... 9. Daxili audit və maliyyə nəzarəti mexanizmi 9.1. Cəmiyyət sədrə tabe olan daxili audit sistemi təsis edir. Daxili audit və bu sistemin işini icra edən şəxslər öz fəaliyyətlərində Cəmiyyətin şöbələrindən asılı deyildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər. 9.2. Cəmiyyətin daxili auditinin əməkdaşları Cəmiyyətin bütün işçiləri üçün müəyyən edilmiş tələblərlə bərabər, aşağıdakı əlavə tələblərə cavab verməlidirlər: 9.2.1. Azərbaycan Respublikasının qanunvericiliyi sahəsində və ekspertiza aparacaqları sahədə müvafiq biliklərə malik olmaq; 9.2.2. hüquq, iqtisadiyyat, yaxud mühasibat uçotu sahəsində ali təhsili olmaq; 9.2.3. bu Nizamnamənin 9.2.2-ci yarımbəndində sadalanan müvafiq sahə üzrə azı beş illik iş stajına malik olmaq. 9.3. Daxili auditin aşağıdakı səlahiyyətləri vardır: 9.3.1. Cəmiyyətin, o cümlədən onun struktur bölmələrinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq; 9.3.2. Cəmiyyətin istehsal və xidmət fəaliyyətinin, habelə maliyyə statusunun dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan xüsusi əməliyyatların mütəmadi auditini aparmaq; 9.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat vermək; 9.3.4. Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlər. 9.4. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün zəruri şərait yaratmağa borcludurlar. 10. Cəmiyyətin müstəqil (kənar) auditi Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
|