eng
Ana səhifə     Struktur     Əlaqə

09 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR  PALATASI  HAQQINDA

Ə S A S N A M Ə

I.ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Auditorlar Palatası (bundan sonra  «Palata»  adlandırılacaq) auditor  xidmətinin dövlət tənzimlənməsini və  inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini  müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn  tələblərə  sərbəst auditorlar və  auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.

2. Palata  öz fəaliyyətində «Auditor xidməti haqqında»  Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, eləcə də digər normativ  aktları  rəhbər tutur.

3. Palata  hüquqi şəxsdir, bankda  hesablaşma, valyuta  və xüsusi hesabları olmaqla,  üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və özünün adı yazılan  girdə  möhürə, habelə künc və digər  ştamplara malikdir.

4. Auditor  xidmətinin  haqqı qeydiyyatdan keçmiş sərbəst auditorlar və auditor təşkilatları ilə müəssisə və təşkilatlar arasında bağlanmış müqavilələr əsasında, hüquq-mühafizə və digər orqanlar tərəfindən müəssisə və  təşkilatlarda  təftiş və yoxlamalar aparmaq məqsədilə auditorlar cəlb  olunduqda  isə  həmin  orqanlar  tərəfindən müvafiq qaydada ödənilir.

5. Palata  Bakı  şəhərində  yerləşir.


II. PALATANIN VƏZİFƏ  VƏ  FUNKSİYALARI

6. Palatanın əsas vəzifəsi  mülkiyyət formasından asılı  olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin  etmək  məqsədilə  respublikada  auditor  xidmətinin  işini  təşkil etməkdən və  mövcud qanunvericiliyə uyğun olaraq onun  inkişafı və  fəaliyyətinin  təkmilləşdirilməsi  üçün  tədbirlər həyata  keçirməkdən ibarətdir.

7. Palata  aşağıdakı  funksiyaları  yerinə yetirir:

Azərbaycan  Respublikasında  auditor xidməti işlərini  təşkil  edir    tənzimləyir;

Azərbaycan Respublikası  ərazisində sərbəst auditorlara    auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və  auditor  təşkilatlarının  nizamnamələrinin «Auditor xidməti haqqında» Azərbaycan  Respublikası Qanununa  uyğunluğuna  nəzarət edir;

sərbəst auditorların və  auditor  təşkilatlarının  uçotunu aparır;

Azərbaycan  Respublikası ərazisində  auditor  xidməti ilə məşğul  olmaq hüququ  verən lisenziyaların verilməsi üçün imtahanların  keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir;

auditor fəaliyyəti ilə məşğul olmaq hüququ  verən lisenziyaların verilməsi üçün imtahan  komissiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir, imtahan  haqqını  müəyyən edir;

təsərrüfat subyektinin  maliyyə  və mühasibat  hesabatlarına  dair  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor  təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını  hazırlayıb təsdiq edir;

auditor təcrübəsinin  ümumiləşdirilməsi və  mövcud  qanunvericilik  aktlarının tətbiqi  məsələləri  ilə əlaqədar sərbəst  auditorlara    auditor  təşkilatlarına  məsləhətlər verir, auditor xidmətinin  inkişafı  və təkmilləşdirilməsi üçün təkliflər  hazırlayır və onların həyata  keçirilməsinə  nəzarət  edir;

audit aparılmasına  dair təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır;

auditor  xidməti göstərilməsinin  forma    metodlarına  dair  normativ sənədlər  tərtib edir, milli    beynəlxalq  təcrübənin daimi öyrənilməsi əsasında  müvafiq  tövsiyələr hazırlayır;

peşə funksiyalarını  lazımi  səviyyədə yerinə yetirməməsi ilə  əlaqədar  sərbəst auditorlara və auditor təşkilatlarına qarşı sifarişçilərin iddialarına  respublikanın qanunvericilik  aktlarına müvafiq  surətdə baxılmasını  təmin edir;

sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni  mənafelərinin qorunması  üçün müvafiq tədbirlər həyata  keçirir;

sərbəst auditor, auditor təşkilatı, sərbəst xarici auditor və xarici auditor təşkilatının filialı  və (və ya) nümayəndəliyinin maliyyə-təsərrüfat fəaliyyətinin «Auditor xidməti haqqında»  Azərbaycan Respublikası Qanununa  uyğunluğunu yoxlayır və işinə  nəzarət edir;

təkrar  audit  həyata keçirir;

dövlət  müəssisələrinin  özəlləşdirilməsi və ya başqa  məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının  qiymətləndirilməsinin  düzgünlüyünə  auditor  rəyləri verir.


III. PALATANIN  SƏLAHİYYƏTLƏRİ

8. Palatanın  aşağıdakı  səlahiyyətləri vardır:

sərbəst auditorların və  auditor  təşkilatlarının  apardıqları auditin  keyfiyyətini  yoxlamaq və auditin aparılmasında qanun  pozuntusuna  yol verildikdə  auditor  fəaliyyəti ilə məşğul olmaq hüququ  verən  lisenziyanı geri almaq;

sərbəst auditorlardan və auditor  təşkilatlarından  müəyyən  edilmiş  formada  hesabat  almaq;

öz səlahiyyətləri  daxilində  sərbəst auditorlara və auditor təşkilatlarına icrası məcburi olan təlimatlar və metodik  göstərişlər vermək;

sərbəst auditorlar və  auditor  təşkilatları ilə onların sifarişçiləri arasında baş verən müxtəlif xarakterli mübahisələrə  baxmaq;

auditorların  fəaliyyəti üzrə şikayətlərə  baxıb onları həll  etmək;

təcrübə mübadiləsi və  mütəxəssislər hazırlanması  məqsədilə auditor fəaliyyəti  ilə məşğul olan beynəlxalq  təşkilatlarla  işgüzar əlaqələr yaratmaq və xarici ölkələrdə  audit məsələləri üzrə Azərbaycan Respublikasının  mənafeyini təmsil etmək;

auditor  kadrlarını hazırlamaq və təkmilləşdirmək;

fiziki və  hüquqi şəxslərə  auditor fəaliyyəti və maliyyə-təsərrüfat münasibətləri  sahəsində xidmət göstərmək;

təsərrüfat subyektləri ilə bağlanmış  müqavilələr əsasında auditor xidmətləri  göstərmək;

auditor təşkilatları təsis etmək;

Palatanın səlahiyyətinə  aid olan  auditor  xidmətinə dair başqa məsələləri həll etmək.


IV. PALATANIN İDARƏ EDİLMƏSİ

9. Palatanın sədrini və sədr müavinini Azərbaycan Respublikasının Milli Məclisi təyin  edir. Onlar mərkəzi  dövlət  icra  orqanları rəhbərlərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərinə malikdirlər.

10. Palataya  onun sədri rəhbərlik edir. O, Palataya həvalə edilmiş vəzifələrin icrası  və onun funksiyalarının həyata  keçirilməsi üçün şəxsən  məsuliyyət daşıyır.

11. Palatanın strukturunu, ştatını, işçilərin əmək  haqqını    xərclər  smetasını  Palatanın öz vəsaiti  daxilində  onun  sədri təsdiq edir. Palatanın sədri  qüvvədə olan əmək  qanunvericiliyinə  uyğun olaraq işçiləri işə qəbul və işdən azad edir, onları  mükafatlandırır və  onlar barəsində  intizam tənbehləri tətbiq  edir.

12. Cari işlərin aparılması və əməli xidməti funksiyaların  yerinə yetirilməsi üçün Palatada  idarəetmə  orqanı  - Şura  yaradılır. Şuranın tərkibinə Palatanın sədri, sədr müavini, iki  aparıcı  şöbənin rəhbərləri, auditor  təşkilatlarının seçdiyi bir, sərbəst auditorların seçdiyi bir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  bir nümayəndəsi  daxildir.

13. Şuranın  üzvlərini Palatanın  sədri elan edir.

14. Şuranın  iclasları  rübdə  bir dəfədən az olmayaraq keçirilir.


V. AUDİTOR ADI ALMAQ  ÜÇÜN İMTAHANLARIN  TƏŞKİLİ

15. Auditor adı almaq üçün imtahanları Palatanın təyin etdiyi imtahan komissiyası (bundan sonra «komissiya» adlandırılacaq) qəbul edir.

16. Komissiyaya Auditorlar Palatasından üç, Azərbaycan  Respublikası Maliyyə Nazirliyinin, Baş Dövlət Vergi Müfəttişliyinin, Milli Bankın, iqtisadçı alimlərin, sərbəst auditorların və  auditor  təşkilatlarının  hərəsindən bir nümayəndə daxil olur. Komissiyanın  tərkibini  hər ilin əvvəlində  Palatanın sədri elan edir.

17. Komissiyanın üzvü auditor  xidməti sahəsində böyük təcrübəyə    mühasibat uçotu, maliyyə, iqtisadiyyat və hüquq ixtisaslarından biri  üzrə  azı  on  il əməli iş stajına  malik  olmalıdır.

18. Komissiya üzvlərinə müəyyən edilmiş  qaydada əmək haqqı ödənilir.


VI. PALATANIN ƏMLAKI

19. Palatanın əmlakı  aşağıdakı  mənbələr  hesabına  yaranır:

imtahanların  keçirilməsindən və  lisenziyaların  verilməsindən daxil olan ödənişlər;

sərbəst auditorların və auditor  təşkilatlarının (xarici fiziki və  hüquqi şəxslər  də daxil olmaqla) üzvlük haqları;

təsərrüfat subyektləri  ilə bağlanmış  müqavilələr əsasında  göstərilən  auditor xidmətinə  görə  ödənilmiş məbləğlər;

qanunvericiliklə qadağan  olunmayan digər mənbələr;

audit sahəsi üzrə nəşr  etdirdiyi təlimatların və metodik  göstərişlərin, kitabların, qəzet və  jurnalların satışından və qadağan  olunmayan digər fəaliyyətdən daxil olan vəsait.

20. Palatanın  sərəncamında  olan əsas  və dövriyyə  vəsaitləri onun  əmlakı  hesab edilir.

21. Qanunvericilikdə  nəzərdə tutulan vergilər  ödənildikdən  sonra Palatanın sərəncamında qalan xalis mənfəət müvafiq fondların yaradılmasına  yönəldilir.

22. Fondların formalaşdırılması və onlardan istifadə qaydalarını Şura təsdiq edir.


VII. PALATANIN ÜZVLƏRİ

23. Sərbəst auditorlar və auditor təşkilatları Palatanın üzvləri sayılır.

24. Palatanın  üzvləri müəyyən olunmuş məbləğdə üzvlük haqqı  ödəyirlər.

25. Üzvlük  haqqının  məbləği  Şura tərəfindən müəyyən edilir və  ödəyicilərin xərclərinə  aid olunur.


VIII. MÜHASİBAT UÇOTU VƏ HESABAT

26. Palata  öz fəaliyyətinin  yekunları barədə yerləşdiyi ərazi  üzrə vergi və statistika orqanlarına müəyyən olunmuş  qaydada mühasibat və  statistika hesabatları verir.


       Xəbərlər
2010-09-08
Məlumt verirk ki:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli, 25 İyun 2010-cu il tarixli qərarı ilə təstiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə

2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"