eng
Ana səhifə     Struktur     Əlaqə

09 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

1996-cı  il

İyun – Palatanın  nümayəndə heyəti BMT-nin Kiyev  şəhərində təşkil etdiyi «Mühasibat uçotu    auditin  islahatı»   mövzusunda beynəlxalq  elmi-praktik  konfransda  iştirak  etmişdir.

1997-ci il

May – Auditorlar Palatasının nümayəndə heyəti ESOSAI-ın II konqresində və Türkiyə Hesablama Palatasının 135-ci ildönümü  münasibətilə keçirilən tədbirlərdə iştirak etmişdir. Konqresdə Azərbaycan  Respublikasının  Auditorlar Palatası ECOSAI-ın həqiqi üzvü və İdarəetmə Şurasının  üzvü  seçilmişdir.

İyun – Auditorlar Palatasının nümayəndə heyəti Moskvada beynəlxalq  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təşkil etdiyi  və MDB ölkələrində auditin normativ əsaslarının işlənib hazırlanması məsələlərinə həsr olunmuş «Auditin normativ bazasının  yaradılması» konfransında  iştirak  etmişdir.

Dekabr –Auditorlar Palatasının nümayəndə heyəti Daşkənd şəhərində MDB ölkələrinin mühasibat uçotunun metodologiyası üzrə əlaqələndirmə şurasının auditə dair işçi  qrupunun  birinci görüşündə iştirak etmişdir.

1998-ci il

Aprel – Auditorlar Palatasının  nümayəndə  heyəti Tehranda ESOSAI-ın  İdarəetmə Şurasının  III iclasında iştirak etmişdir. Şuranın növbəti – IV iclasını 1999-cu ildə Bakı şəhərində keçirmək qərara  alınmışdır.

İyun – Auditorlar Palatasının nümayəndə heyəti Budapeşt şəhərində BMT-nin xətti ilə keçirilən   seminarda iştirak etmişdir.

Sentyabr – TASIS proqramı çərçivəsində həyata keçirilən «Azərbaycan Respublikası Auditorlar Palatasının audit keçirmə  qabiliyyətinin möhkəmləndirilməsi, müflisləşmə və iflas üzrə  mütəxəssislərin hazırlanması» layihəsi ilə əlaqədar Auditorlar Palatasının nümayəndə  heyəti AFR Auditorlar Palatası rəhbərliyinin  dəvətinə əsasən təcrübə mübadiləsi aparmaq məqsədilə Düsseldorf şəhərində olmuşdur.

Noyabr – Auditorlar Palatasının nümayəndə heyəti Montevideo (Uruqvay)  şəhərində INTOSAI-ın XVI konqresində iştirak  etmişdir.

Dekabr – Auditorlar Palatasının nümayəndə heyəti İqtisadi   Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) «Bazar  iqtisadiyyatında mühasiblərin və  auditorların hazırlanması  üçün qeydiyyat, attestasiya və təlim proqramı»  mövzusunda Paris şəhərində keçirdiyi  seminarda iştirak  etmişdir.

1999-cu il

Mart – Moskvada Azərbaycan Respublikasının Auditorlar Palatası və Rusiya Federasiyasının Auditorlar Kollegiyası  arasında  əməkdaşlıq haqqında  saziş imzalanmışdır.

Aprel – Auditorlar Palatasının  təşkilatçılığı ilə  Bakıda ECOSAI-ın İdarəetmə Şurasının IV iclası keçirilmişdir.  Tədbirin  rəsmi açılışı Milli Məclisin  iclas  salonunda  olmuş, iki iş günü ərzində  burada  iclasın  protokolu  və proqramı əsasında  müvafiq müzakirələr  təşkil edilmişdir. İclasda  iştirak  edən ali  audit  qurumlarının  rəhbərlərini Milli Məclisin  sədri Murtuz Ələsgərov  və baş nazirin müavini Abid Şərifov  qəbul etmişlər.

Oktyabr – Auditorlar Palatasının təmsilçiləri İstanbul şəhərində keçirilən  ikinci Avrasiya  iqtisadi sammitində  iştirak  etmişlər.

Dekabr – Azərbaycan Respublikası Auditorlar Palatasının  nümayəndə  heyəti Kiyevdə  Mühasiblərin və Auditorların «Avrasiya» Beynəlxalq  Regional Federasiyasının təsis yığıncağında  iştirak etmişdir. Auditorlar Palatası  həmin  regional  təşkilatın  həqiqi üzvü  və Federasiya Şurasının üzvü  seçilmişdir.

2000-ci il

Aprel – Palatanın nümayəndə heyəti Tbilisi şəhərində keçirilmiş Cənubi Qafqaz ölkələri mühasiblərinin və auditorlarının II  elmi-praktik  konfransında  iştirak  etmişdir.

May – Palatanın nümayəndə heyəti Moldova Respublikası Peşəkar  Mühasiblər və Auditorlar  Assosiasiyasının Kişinyovda keçirdiyi konfransda iştirak etmişdir.

İyun – Auditorlar Palatasının nümayəndə heyəti Mühasiblərin və Auditorların «Avrasiya» Beynəlxalq Regional Federasiyasının Tbilisi  şəhərində keçirilən şura və komitə iclaslarında iştirak etmişdir.

Oktyabr – Auditorlar Palatasının  nümayəndə heyəti Tailandda ASOSAI-ın 8-ci  assambleyasının  işində iştirak  etmişdir.

Noyabr – Auditorlar Palatasının nümayəndə heyəti Moskvada MDB ölkələrinin ali maliyyə nəzarəti orqanları rəhbərlərinin müşavirəsində iştirak etmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatası Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının üzvü  seçilmişdir.

2001-ci il

May – Auditorlar Palatasının nümayəndə heyəti Qırğızıstanın İssık-Kul şəhərində ECOSAI-ın İdarəetmə Şurasının VI  iclasında iştirak  etmişdir.

İyun – Auditorlar Palatasının nümayəndə heyəti Moskvada Rusiya Federasiyasının Hökuməti yanında Maliyyə Akademiyası, Rusiya Auditorlar  Kollegiyası, Auditorların və Məsləhətçilərin Milli Federasiyası tərəfindən  təşkil olunmuş «Auditor fəaliyyəti  həyata keçirilərkən beynəlxalq audit standartlarının tətbiqində Rusiya  praktikası və beynəlxalq təcrübə» mövzusunda  müşavirədə iştirak  etmişdir.

Sentyabr – Palatanın nümayəndə heyəti EUROSAI-ın Varşava şəhərində  keçirilən konfransında iştirak  etmişdir.

Oktyabr – Auditorlar Palatasının nümayəndə heyəti INTOSAI-ın  Seul  şəhərində  keçirilən XVII  konqresində iştirak  etmişdir.


2002-ci il

Fevral – Auditorlar  Palatasının təmsilçiləri Moskva  şəhərində  keçirilmiş «İqtisadiyyatda qloballaşma,  regional inteqrasiya  və bu proseslərin MDB ölkələrinə, onların əhalisinin həyat səviyyəsinə  təsiri» mövzusunda  beynəlxalq elmi-praktik  konfransda iştirak  etmişlər.

Mart – Auditorlar  Palatasının   departament  direktoru V.Rəhimov ASOSAI-ın «İnformasiya  texnologiyalarının  auditi» mövzusunda Dehli (Hindistan) şəhərində keçirdiyi elmi-praktik  seminarda  iştirak  etmişdir.

Aprel – Auditorlar Palatasının  baş  departament  direktoru Q.Bayramov  Vyana (Avstriya)  şəhərində BMT və  INTOSAI-ın təşkil etdiyi  «Kənd təsərrüfatının  auditində  ali  audit qurumlarının rolu» mövzusunda ənənəvi 15-ci  seminarda iştirak  etmişdir.

May - Auditorlar Palatasının təşkilatçılığı ilə Bakıda  Mühasiblərin və Auditorların «Avrasiya» Beynəlxalq Regional  Federasiyası Şurasının VIII iclası və komitə iclasları keçirilmişdir.

İyun - Auditorlar Palatasının nümayəndə heyəti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) himayəsi altında Beynəlxalq  Sertifikatlı Mühasiblər  və Auditorlar Şurasının Daşkənd (Özbəkistan) şəhərində keçirdiyi «Kiçik    orta biznesin inkişafı»  mövzusunda  seminarda iştirak  etmişdir.

Sentyabr – Azərbaycan auditorlarının təmsilçiləri Krakov (Polşa)  şəhərində Krakov  İqtisadiyyat Akademiyasının  təşkil  etdiyi «Daxili  audit və nəzarət»  mövzusunda  beynəlxalq konfransda  iştirak  etmişlər.

2003-cü il

Avqust – Auditorlar Palatasının təmsilçiləri Avrasiya Fondu tərəfindən maliyyələşdirilən «Cənubi Qafqazda mühasibat uçotunun  harmonizasiyası»  layihəsi  çərçivəsində  Batumi (Gürcüstan)  şəhərində  keçirilmiş III beynəlxalq konfransda  iştirak  etmişlər.

Sentyabr – Auditorlar Palatasının nümayəndə  heyəti Berlində EFAA-nın «Avropa  Mühasiblər və Auditorlar Federasiyasının konsepsiya, məqsəd və strategiyası»  adlı beynəlxalq  seminarında iştirak etmişdir.

2004-cü il

May – Ukrayna Peşəkar Mühasiblər və Auditorlar Federasiyası ilə  əməkdaşlıq  haqqında  sazişə  uyğun olaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının təmsilçiləri auditor  fəaliyyəti sahəsində  təcrübə  mübadiləsi  məqsədilə  Kiyev  şəhərində  olmuşlar.

İyun – Auditorlar Palatasının nümayəndə heyəti EFAA-nın Madrid şəhərində keçirilmiş illik yığıncağında və Federasiyanın yaranmasının 10 illiyinə həsr olunmuş  tədbirlərdə iştirak  etmişdir.

                                                     

2006-cı il

Latviya Universititinin Mühasibat Uçotu İnstitutu tərəfindən Riqa şəhərində keçirilmiş “Mühasibat uçotu, audit və vergi: nəzəriyyə və praktikanın inkişafı və istiqamətləri” adlı konfransda iştirak etmək, Latviyanın Sertifikatlaşdırılmış Auditorlar Palatası ilə əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması və Latviyanın beynəlxalq audit təcrübəsini öyrənmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri  Vahid Novruzov, Auditin təşkili və keyfiyyətə nəzarət şöbəsinin müdiri Qəşəm Bayramov və Palatanın hüquqşünası Sevinc Rəhimova 2006-cı il 08 fevral tarixdən  2006-cı il 14 fevral tarixədək Latviya Respublikasının Riqa şəhərində ezamiyyədə olmuşlar.

             “Məlumatların elektron təkmilləşdirilməsinin auditi-Ali audit təşkilatlarının problemləri” mövzusunda keçirilmiş 72-ci Beynəlxalq Təlim Proqramında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Paltasının Audit qanunvericiliyi və metodiki təminat şöbəsinin müavini Sahib Xanlarov 2006-cı il 25 fevral tarixdən 2006-cı il 30 mart tarixədək Hindistanın Nyu-Dehli şəhərində ezamiyyədə olmuşdur.

Ukraynanın Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının 10 illiyinə həsr olunmuş “Ukraynada mühasibat uçotu və audit: Onun perspektivlərinin beynəlxalq inkişaf tendensiyası” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının Xarici Əlaqələr şöbəsinin müdiri Fuad Hümbətov 2006-cı il 18 may tarixdən 2006-cı il 22 may tarixədək Ukraynanın Kiev şəhərində ezamiyyədə olmuşdur.

`Azərbaycan Respublikası Auditorlar Palatası və Antalyanın İmtiyazlı Sertifikatlı Mühasiblər Palatası arasında əməkdaşlıq haqqında əldə olunmuş razılığa əsasən auditor xidməti sahəsində təcrübə mübadiləsinin aparılması, peşə fəaliyyəti ilə bağlı işgüzar əlaqələrin təşkili, audit üzrə qabaqcıl nailiyyətlərin, təlimatların və metodik göstərişlərin öyrənilməsi, onların tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi üçün müvafiq münasibətlərin yaradılması və gücləndirilməsi üçün zəruri işlərin görülməsi ilə əlaqədar Antalyanın İmtiyazlı Sertifikatlı Mühasiblər Palatasının 17-ci konfransında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri  Vahid Novruzov və Auditin təşkili və keyfiyyətə nəzarət şöbəsinin müdiri Qəşəm Bayramov 2006-cı il 16 iyun tarixdən 2006-cı il 23 iyun tarixədək Türkiyyə Respublikasının Antalya şəhərində ezamiyyədə olmuşlar.

        İsveçrə Respublikasının Cenevrə şəhərində Birləşmiş Millətlər təşkilatı tərəfindən keçirilmiş “Beynəlxalq Mühasibat Uçotu və Hesabatı Standartları üzrə Ölkələrarası Ekspertlərin İşçi Qrupunun 23-cü Sessiyası” və “Beynəlxalq Maliyyə Hesabatı Standartlarına dair texniki seminar”da iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Paltasının Auditor xidməti departamentinin direktoru Ramiz Qəni-zadə, direktor müavini Əlimuxtar Bağırov və Auditin təşkili və keyfiyyətə nəzarət şöbəsinin müdiri Qəşəm Bayramov 2006-cı il 08 oktyabr tarixdən 2006-cı il 13 oktyabr tarixədək İsveçrə Respublikasının Cenevrə şəhərində ezamiyyədə olmuşlar.
 

            Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində keçirilmiş “Məcburi audit-Avropa Parlamenti və Şurasının “Şirkətlər haqqında” dəyişikliklər edilmiş 8-ci direktivinin məcburi auditə dair yeni tələbləri” mövzusunda keçirilmiş beynəlxalq  konfransda iştirak etmək, Slovakiya Azərbaycan Auditorlar Palataları arasında əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması və Slovakiya Respublikasının audit təcrübəsini öyrənmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Paltasının sədri Vahid Novruzov, Palatanın hüquqşünası Sevinc Rəhimova və Xarici Əlaqələr Şöbəsinin baş mütəxəssisi Səkinə Əliyeva 2006-cı il 18 oktyabr tarixdən 2006-cı il 22 oktyabr tarixədək Slovakiya Respublikasının Bratislava şəhərində ezamiyyədə olmuşlar.


            “Mühasiblərə: İqtisadi artımın yaranması və bütün dünyada sabitlik” mövzusunda Türkiyənin İstanbul şəhərində keçirilmiş Mühasiblərin 17-ci Ümumdünya konqresində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Paltasının sədri Vahid Novruzov, Auditin təşkili və keyfiyyətə nəzarət şöbəsinin müdiri Qəşəm Bayramov, Maliyyə-təsərrüffat şöbəsinin müdiri Vəli Rəhimov və Xarici Əlaqələr şöbəsinin müdiri Fuad Hümbətov 2006-cı il 12 noyabr tarixdən 18 noyabr tarixədək Türkiyyənin İstanbul şəhərində ezamiyyədə olmuşlar.

2004-cü il 23 dekabr tarixli 569 nömrəli “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Mühasibat uçotu və Audit İslahatları üçün Qrant üzrə Məktub-Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən Qrant üzrə Məktub-Sazişin həyata keçirilməsi ilə əlaqədar Beynəlxalq

            Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birgə lazımi tədbirlərin əsasında Auditorlar Palatasının tənzimləyici funksiyalarının yerinə yetirilməsi üçün potensialın artırılması və Auditorlar Paltasının islahatı üçün Tədbirlər Planının hazırlanması işində beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə
tətbiqi, Azərbaycan Respublikası Auditorlar Palatası və Kanadanın Sertifikatlı Baş Mühasiblər Assosiasiyası, Fransanın Ekspert Mühasiblərin Peşəkar Birliyi, və Fransanın Milli Auditorlar Assosiasiyası arasında əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması məqsədilə Azərbaycan Respublikası Auditorlar Paltasının sədri  Vahid Novruzov, Auditin təşkili və keyfiyyətə nəzarət şöbəsinin müdiri Qəşəm Bayramov və Palatanın hüquqşünası Sevinc Rəhimova 2006-cı il 12 dekabr tarixdən 2006-cı il 16 dekabr tarixədək Fransanın
Paris şəhərində ezamiyyədə olmuşlar.

2007- ci il
 

Hindistanın Auditor və Baş Maliyyə Nəzarəti şöbəsi tərəfindən 2006 2007-ci illər üzrə “Ekoloji Audit” mövzusunda keçirilmiş Beynəlxalq Təlim Proqramında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının Elmi-tədqiqat və tədris mərkəzinin direktoru Səbuhi Gülməmmədov 2007-ci il 08 yanvar tarixdən 2007-ci il 08 fevral tarixədək Hindistanın Nyu-Deli şəhərində ezamiyyədə olmuşdur.

        2007-ci il 28 fevral tarixindən 2007-ci il 01 mart tarixinədək “Mühasibat uçotu və maliyyə hesabatlarının beynəlxalq standartları: təcrübə və keçid iqtisadiyyatı ölkələrində tətbiq etmənin özəlikləri” mövzusundakeçiriləcək beynəlxalq konfransda iştirak etmək, Ukrayna Auditorlar Palatası ilə təcrübə mübadiləsi aparmaq, İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyası arasında (ACCA) ilə qarşılıqlı münasibətlərin yaradılması istiqamətində danışıların aparılması və Azərbaycan Respublikası Auditorlar Palatasında BMHS üzrə kursların keçirilməsi üçün, Ukraynanın Auditorlar və Peşəkar Mühasiblər Federasiyası ilə əlaqələrin yaradılması məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditor xidməti Departamentinin direktoru Ramiz Qəni-zadə və Maliyyə-təsərrüfat şöbəsinin müdiri Vəli Rəhimov 2007-ci il 25 devral tarixindən 2007-ci 03 mart tarixinədək Ukrayna Respublikasının Kiyev şəhərində ezamiyyədə olmuşlar.

28-29 may 2007-ci il tarixilərində Polşa Mühasiblər Assosiasiyasının100 illik yubileyinə həsr olunmuş Konqresdə, 29-30 may 2007-ci il tarixlərində Avropa Mühasiblər və Auditorlar Federasiyasının illlikümumi yığıncağında iştirak etmək və Polşanın Milli Auditorlar İnstitutuilə əməkdaşlıq haqqında Niyyət Protokolu imzalamaq məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Aparatın rəhbəri Qəşəm Bayramov və Palatanın hüquqşunası Sevinc Rəhimova 27 may 2007-ci il tarixindən 01 iyun 2007-ci il tarixədək Polşa Respublikasının Varşava şəhərində ezamiyyədə olmuşlar.

            2007-ci il 06 iyul tarixində Daxili Auditorlar İnstitutunun (DAİ) Avropa Konfederasiyasının Baş Assembleyasında, 2007-ci il 07-08 iyul tarixlərində DAİ-nin Qlobal Şurasında və 2007-ci il 09-11 iyul tarixlərində DAİ-nin İllik Konfransında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditor xidməti Departamentinin direktoru Ramiz Qəni-zadə və Aparatın rəhbəri Qəşəm Bayramov 2007-ci il 05 iyul tarixindən 2007-ci il 12 iyul tarixinədəkNiderland Krallığının Amsterdam şəhərində ezamiyyədə olmuşlar.

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində 2007-ci il 19-21 sentyabr tarixlərində keçiriləcək Daxili Auditorların Asiya Konfransında iştirak etmək və Çin Daxili Auditorlar İnstitutu və Azərbaycan Daxili Auditorlar İnstitutu arasında əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Azərbaycan Daxili Auditorlar İnstitutunun prezidenti Vahid Novruzov, Auditor xidməti Departamentinin direktoru Ramiz Qəni-zadə və Palatanın hüquqşunası Sevinc Rəhimova 2007-ci il 17 sentyabr tarixindən 2007-ci il 24 sentyabr tarixinədək Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ezamiyydə olmuşlar.

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının “Rusiyada audit. İnkişafın perspektivləri. İş üzrə təcrübə. Beynəlxalq təcrübə” mövzusunda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 2007-ci il 27-29 noyabr tarixində keçiriləcək beynəlxalq konfransda iştirak etmək və Azərbaycan Respublikası Auditorlar Palatası ilə Rusiya Auditor Palatası arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalamaqməqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Aparatın rəhbəri Qəşəm Bayramov, Palatanın hüquqşunası Sevinc Rəhimova və Xarici əlaqələr şöbəsinin müdiri Fuad Hümbətov 2007-ci il 26 noyabr tarixindən 2007-ci il 30 noyabr tarixinədək Moskva şəhərində ezamiyyədə olmuşlar.

                Avropanın Mühasiblər və Auditorlar Federasiyasının(EFAA) Portuqaliyanın Lissabon şəhərində 2007-ci il 10 dekabr tarixində keçiriləcək illik konfransda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədr müavini Fəxrədiin İsmayılov 2007-ci il 07 dekabr tarixindən 2007-ci il 17 dekabr tarixinədək Portuqaliyanın Lissabon şəhərində ezamiyyədə olmuşdur.  

2007-ci il 30 oktyabr tarixində Malta şəhərində Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən keçirilən kiçik və orta təşkilatlarda çalışan mütəxəssislərin forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasının Maliyyə-təsərrüfat şöbəsinin müdiri Vəli Rəhimov 2007-ci il 26 oktyabr tarixindən 2007-ci il 02 noyabr tarixədək Malta şəhərində ezamiyyədə olmuşdur.


       Xəbərlər
2010-09-08
Məlumt verirk ki:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli, 25 İyun 2010-cu il tarixli qərarı ilə təstiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə

2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"