eng
Ana səhifə     Struktur     Əlaqə

08 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

1996-2007-ci illər ərzində Auditorlar Palatası tərəfindən beynəlxalq əlaqələrin qurulması və inkişafı sahəsində ardıcıl iş aparılmış və bunun nəticəsi olaraq, Palatanın beynəlxalq əlaqələrinin coğrafiyası və əhatə dairəsi kifayət qədər genişlənmiş, beynəlxalq və regional peşə təşkilatlarının keçirdiyi tədbirlərdə Azərbaycan auditorlarının iştirakı intensiv xarakter almışdır, audit sahəsində xarici ölkələrin iş təcrübəsinin öyrənilməsi, müvafiq ədəbiyyatın və digər yardımçı materialların əldə edilməsi, əməkdaşlıq ünsiyyəti imkanlarının çoxalması üçün möhkəm zəmin yaratmışdır. Hər şeydən əvvəl, inkişaf etmiş ölkələrin peşə qurumlarının zəngin iş təcrübəsinə malik olduğu nəzərə alınaraq, onların bazasında mütəxəssislərimizin dünya standartlarına uyğun təlim hazırlıq keçməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan Respublikası Auditorlar Palatası 12 ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq haqqında sazişlər imzalamışdır:

1.  Azərbaycan Respublikası Auditorlar Palatası və Rusiya Federasiyasının Auditorlar Kollegiyası arasında 19 mart 1999-cu il tarixində Əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

2.   Daxili Auditorlar İnstitutunun “Audit-Azərbaycan” Bölməsi və Türkiyə Daxili Auditorlar İnstitutu arasında 22 sentyabr 2000-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

3.       Azərbaycan Respublikası Auditorlar Palatası və Ukraynanın Peşəkar Mühasiblər və Auditorlar Federasiyası arasında 09 iyun 2001-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

4.    Azərbaycan Respublikası Auditorlar Palatası və Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyi  arasında 22 aprel 2005-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

5.    Azərbaycan Respublikası Auditorlar Palatası və Litvanın Auditorlar Palatası arasında 19 iyul 2005-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

6.   Azərbaycan Respublikası Auditorlar Palatası və Qazaxıstan Respublikası Auditorlar Palatası arasında 10 avqust 2005-ci il tarixində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

7.   Azərbaycan Respublikası Auditorlar Palatası və Latviyanın Sertifikatlı Auditorlar Assosiasiyası arasında 9 fevral 2006-cı il tarixində Əməkdaşlıq haqqında Niyyət Ptorokolu imzalanmışdır. 

8.   Azərbaycan Respublikası Auditorlar Palatası və Slovakiyanın Auditorlar Palatası arasında 19 oktyabr 2006-cı il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

9.  Azərbaycan Respublikası Auditorlar Palatası və Kanadanın Sertifikatlı Baş Mühasiblər Assosiasiyası arasında 19 dekabr 2006-ci il tarixində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

10.   Azərbaycan Respublikası Auditorlar Palatası və Fransanın Ekspert Mühasiblərin Peşəkar Birliyi arasında 19 dekabr 2006-ci il tarixində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

11.   Azərbaycan Respublikası Auditorlar Palatası və Fransanın Milli Auditorlar Assosiasiyası arasında 19 dekabr 2006-ci il tarixində Əməkdaşlıq haqqında Memorandumu imzalanmışdır.

12.   Azərbaycan Respublikası Auditorlar Palatası və Samara Regional Peşəkar Mühasiblər İnstitutu arasında 24 fevral 2007-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

13.   Azərbaycan Respublikası Auditorlar Palatası və İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyası arasında (ACCA) 20 iyun 2007-ci il tarixində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

14.   Azərbaycan Respublikası Auditorlar Palatası və Polşanın Milli Auditorlar Palatası arasında 30 may 2007-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

15.   Azərbaycan Respublikası Auditorlar Palatası və Çin Daxili Auditorlar İnstitutu  arasında  21 sentyabr 2007-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

16.   Azərbaycan Respublikası Auditorlar Palatası və Ukraynanın Auditorlar Birliyi arasında 06 oktyabr 2007-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.

17.   Azərbaycan Respublikası Auditorlar Palatası və Rusiya Auditor Palatası arasında 28 noyabr 2007-ci il tarixində Əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır.


       Xəbərlər
2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2010-08-18
Məlumt verirk ki:
Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir
       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"