1) Audit (izahlı lüğət). Tərtib edənlər: Vahid Novruzov, Rza Zülfüqarzadə. – B.: 1996. – 52 s.
Lüğətdə auditə və auditor xidmətinə aid əsas anlayışların izahı verilmişdir. Lüğət sərbəst auditorlar və auditor təşkilatları, iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislər, məcburi auditor yoxlamasından keçməli olan təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, iqtisadçı müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur.
2) Novruzov Vahid, Zülfüqarzadə Rza. Auditin əsasları. – B.: “Azərbaycan Ensiklopediyası” NPB, 1997. – 240 s.
Kitab auditin əsaslarına dair mühüm mövzuları əhatə edir. Bu mövzularda audit sahəsində dünyada mövcud olan əsas metodlar və prosedurlar milli xüsusiyyətlərimiz nəzərə alınmaqla şərh olunmuş, bazar iqtisadiyyatı şəraitində çox vacib olan auditor peşəsinin xüsusiyyətləri açıqlanmışdır. Kitabda auditor yoxlamasının təşkilinin əsasları, auditor rəylərinin tərtibi, auditor kadrlarının hazırlanması və auditorların peşə etikasına dair həm nəzəri, həm də təcrübi əhəmiyyətə malik materiallar verilmişdir. Kitab auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuşdur.
3) Əli Nağıyev, Vahid Novruzov, Həsən Allahverdiyev, Əli Əlirzayev. Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı. – B.: “Azərnəşr”, 1998. – 388 s.
Kitabda 1969-1997-ci illərdə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafında, dövlət müstəqilliyi dövründə bazar münasibətlərinin formalaşmasında, islahatların həyata keçirilməsində, xarici iqtisadi əlaqələrin geniş vüsət almasında Azərbaycan Respublikasının Prezidenti, dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi Heydər Əliyevin böyük rolu, təşkilatçılıq məharəti, peşəkar səriştəsi və zəngin iş təcrübəsi, yeritdiyi düzgün və səmərəli sosial-iqtisadi siyasət konkret faktlar, materiallar və rəsmi sənədlər əsasında şərh edilir. Kitab mütəxəssislər, iqtisadi problemlərlə maraqlananlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
4) Audit. Qanunvericilik və normativ sənədlər. I cild. Tərtibçilər: V.Novruzov, Q.Bayramov, A.Eyvazov. – B.: “Azərbaycan Ensiklopediyası” NPB, 1998. – 204 s.
Bu kitab Azərbaycan Respublikasında auditor fəaliyyətinin tənzimlənməsi üzrə qanunvericilik və normativ hüquqi sənədlər toplusudur. Sənədlər 1998-ci il iyulun 1-i vəziyyətinə uyğun verilmişdir. Kitab təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, auditorlar, mühasiblər, ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur.
5) “Azərbaycanda maliyyə nəzarəti və audit” elmi-praktik konfransının materialları. – B.: “Azərnəşr”, 1999. – 190 s.
Bu topluda 1999-cu il noyabrın 27-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Auditorlar Palatasının birgə keçirdiyi elmi-praktik konfransın materialları – Azərbaycan Respublikasında iqtisadiyyatın bazar münasibətlərinə keçdiyi bir şəraitdə maliyyə nəzarətinin təşkili və idarə edilməsinə dair məruzə və tezislər verilmişdir. Nəzarət-təftiş işinin beynəlxalq praktikada qəbul edilmiş normalara uyğun yenidən qurulması, maliyyə nəzarətinin əsas istiqamətlərindən biri olan auditin respublikamızda bərqərar olması, habelə bazar iqtisadiyyatının təşəkkülünün maliyyə problemlərinin şərhi konfrans materiallarının əsas qayəsini təşkil edir.
6) Audit. Ali məktəblər üçün dərs vəsaiti. – B.: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001. – 604 s.
Dərs vəsaiti “Mühasibat uçotu və audit” ixtisası üzrə ali peşə təhsili dövlət standartının tələblərinə uyğun olaraq hazırlanmışdır. Dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr və aspirantlar, müəllimlər üçün, auditor lisenziyası almaq iddiasında olan mütəxəssislər, habelə auditorlar, mühasiblər, digər maliyyə nəzarəti orqanları xidmətlərinin işçiləri, auditor xidmətlərindən istifadə edən sahibkarlar üçün nəzərdə tutulmuşdur.
7) Daxili audit standartları. – B.: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001. – 32 s.
Kitaba beynəlxalq Daxili Auditorlar İnstitutunun Daxili audit standartları komitəsi tərəfindən hazırlanmış və institutun Direktorlar Şurası tərəfindən təsdiq edilmiş “Daxili auditin aparılması standartları”nın yekun variantı və daxili auditor peşəsinin Etika Məcəlləsi daxil edilmişdir. Təqdim olunan sənədlər beynəlxalq Daxili Auditorlar İnstitutunun rəsmi icazəsi ilə Azərbaycan dilinə tərcümə edilərək ilk dəfə nəşr olunmuşdur.
8) Azərbaycanda audit: təşəkküldən inkişafa doğru (1996-2001-ci illər). – B.: 2002. – 82 s.
İcmal-hesabat xarakterli bu kitabda Azərbaycan Respublikasında audit sisteminin formalaşması və inkişafının bitkin mənzərəsi verilmiş, bu istiqamətdə Azərbaycan Respublikası Auditorlar Palatasının yarandığı vaxtdan bəri çoxşaxəli fəaliyyətin bütün istiqamətləri ətraflı şərh olunmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitaba həmçinin “Azərbaycan Respublikasında audit sisteminin islahatı konsepsiyası”nın qısa icmalı, auditor fəaliyyəti ilə məşğul olmaq üçün 1996-2001-ci illərdə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən lisenziya verilmiş auditorların, yerli və xarici auditor təşkilatlarının siyahısı daxil edilmişdir.
9) Vahid Novruzov, Ramiz Qənizadə, Lalə Nəsibova, Malik Əliyev. Daxili audit. Tədris-praktika vəsaiti. – B.: “Nağıl evi”, 2002. 112 s.
Bu vəsaitdə daxili audit sahəsində müasir dünya təcrübəsinin təhlili verilmiş, müəssisə və təşkilatlarda daxili audit xidmətinin (bölməsinin) yaradılması üçün beynəlxalq təcrübədən istifadənin əsas istiqamətləri öz əksini tapmışdır. Həmçinin daxili auditin aparılmasına dair beynəlxalq standartlardan və peşə etikası normalarından istifadə etmək imkanları göstərilmiş, daxili audit bölməsinin tərkibi və strukturuna, daxili auditin aparılması metodikasına dair tövsiyələr verilmiş, daxili auditorun (müəssisənin daxili audit bölməsinin) hüquq və vəzifələri şərh olunmuşdur. Kitab müəssisə və təşkilat rəhbərləri, daxili auditorlar, iqtisadçılar və mühasiblər, habelə iqtisadiyyat yönümlü ali tədris müəssisələrinin tələbələri, magistrant və aspirantları, audit fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulmuşdur
10) Auditorların Peşə Etikası Məcəlləsi. Tərtib edəni: Qəşəm Bayramov. – B.: “Nağıl evi”, 2002. – 84 səh.
Audit sahəsində mütərəqqi dünya təcrübəsindən bəhrələnməklə, milli xüsusiyyətlrəimizə uyğun olaraq hazırlanmış bu Məcəllə Azərbaycan Respublikasında fəaliyyət göstərən auditorların davranış normalarını və ümumi məqsədlərə nail olunması üçün onların riayət etməli olduğu fundamental prinsipləri əks etdirir. Məcəllənin başlıca vəzifəsi auditorların işinin yüksək keyfiyyətinə təminat verilməsi, dövlətin və cəmiyyətin ən ümumi mənafelərinin ödənilməsi məqsədilə auditorlar üçün etik tələbləri müəyyənləşdirməkdir. Məcəllədən auditor xidmətlərinin istifadəçiləri, audit fənninin tədrisi və öyrənilməsi ilə bağlı olan tələbə, magistrant, aspirant və müəllimlər, habelə peşə psixologiyası və etikası problemlərini araşdıran mütəxəssislər də yararlana bilərlər.
11) Audit. Qanunvericilik və normativ sənədlər. II cild. Tərtibçilər: Q. Bayramov, R. Qənizadə, S. Rəhimova. – B.: Nağıl evi, 2002. – 320 səh.
Azərbaycan Respublikasında auditor xidmətinin təşkili və tənzimlənməsi üzrə qanunvericilik və normativ hüquqi sənədlər toplusu olan bu kitabın I cildi 1998-ci ildə nəşr olunmuş və həmin il iyulun 1-i vəziyyətinə olan sənədləri əhatə etmişdir; II cilddə həmin vaxtdan sonrakı dövrdə qəbul edilmiş qanunvericilik aktları və normativ hüquqi aktlar, habelə tövsiyə xarakterli sənədlər toplanmışdır. Kitab təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, auditorlar, mühasiblər, ali məktəblərin müəllim, tələbə və magistrantları üçün nəzərdə tutulmuşdur.
12) Azərbaycan Respublikasında sahibkarlığın inkişaf problemləri (Elmi - praktik konfransın materialları). – B.: “Nağıl evi”, 2003. – 336 s.
Kitaba Azərbaycan Respublikası Auditorlar Palatasının 2003-cü il aprelin 24-də keçirdiyi respublika elmi-praktik konfransının materialları – 200-dən çox məruzə və tezislər daxil edilmişdir. “Sahibkarlığın dövlət tənzimlənməsi və iqtisadi inkişaf”, “Sahibkarlığın sahə və regional inkişaf problemləri”, “Sahibkarlığın inkişafında bazar infrastrukturlarının rolu” və “Sahibkarlıq fəaliyyətində maliyyə nəzarəti və audit” bölmələri üzrə verilmiş materiallarda Azərbaycan Respublikasında sahibkarlığın inkişafı sahəsində son illər görülmüş işlər təhlil edilir, bu istiqamətdə mövcud olan problemlərin sistemli və səmərəli həlli yolları göstərilir, iqtisadiyyatda bazar münasibətlərinin daha sürətlə təşəkkül tapması və özəl bölmənin tərəqqisi sahəsində Azərbaycan Prezidenti Heydər Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi üzrə fəaliyyət potensialı üzə çıxarılır.
13) Azərbaycanın milli audit standartları. Tərtibçi-müəllif: Qəşəm Bayramov. – B.: “Nağıl evi”, 2004. – 338 s.
Auditorlar Palatası Şurasının qərarı ilə çap edilmiş bu kitaba Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyətini tənzimləyən, beynəlxalq audit standartlarına və ölkəmizin qanunvericilik aktlarına əsasən hazırlanmış 38 milli audit standartı və Auditorların Peşə Etikası Məcəlləsi daxil edilmişdir. Kitab auditorlar, mühasiblər, təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, habelə iqtisadiyyat yönümlü ali məktəblərin müəllim, tələbə və magistrantları üçün nəzərdə tutulmuşdur.
14) Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri (Beynəlxalq elmi-praktik konfransın materialları). – B.: “İqtisadiyyat və audit” jurnalının nəşri, 2004. – 284 s.
2004-cü il sentyabrın 15-16-da Auditorlar Palatası tərəfindən keçirilmiş beynəlxalq elmi-praktik konfransın materiallarından ibarət toplu 5 bölmədən ibarətdir. “Konseptual baxış” adlı birinci bölmə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor V.Novruzovun irihəcmli “Azərbaycan auditi: təşəkkülü, inkişafı və perspektivləri” məqaləsi ilə açılır. Bu bölmədə həmçinin Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavini A.Allahverdiyev və Palatanın şöbə müdiri R.Həsənovun, Vergilər Nazirliyinin baş idarə rəisi, AMEA-nın müxbir üzvü, professor A.Musayevin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ə.Məmmədovun, Auditorlar Palatasının baş departament direktoru Q.Bayramovun, Gürcüstan parlamenti yanında Audit Şurasının sədri N.Kebadzenin, Qazaxıstan Respublikası Auditorlar Palatasının prezidenti S.Koşkimbayevin, Özbəkistanın Mühasiblər və Auditorlar Milli Assosiasiyası Şurasının sədri, Daşkənd Dövlət İqtisad Universitetinin professoru M.Tulaxocayevanın və Y.Mudrı adına Ukrayna Milli Hüquq Akademiyasının kafedra müdiri, professor N.Kuçeryavenkonun müxtəlif mövzulu məqalələri verilmişdir. Toplunun “Bazar münasibətləri şəraitində milli iqtisadiyyatın inkişafı və idarəetmənin səmərəliliyinin yüksəldilməsi yolları”, “Keçid iqtisadiyyatı şəraitində maliyyə nəzarətinin yenidən qurulması və təkmilləşdirilməsi istiqamətləri”, “Sahibkarlığın inkişafında auditor xidmətinin rolu və əhəmiyyəti” və “Daxili auditin təşkili və fəaliyyəti” adlı sonrakı bölmələrdə isə 90-dan çox müəllifin beynəlxalq konfransın təşkilat komitəsinə daxil olmuş tezisləri toplanmışdır. Materiallar təqdim olunduqları Azərbaycan və rus dillərində çap olunmuşdur. Toplunun elmi redaktoru iqtisad elmləri doktoru, professor Vahid Novruzov, redaktorları iqtisad elmləri namizədi Yaşar Məmmədov və “İqtisadiyyat və audit” jurnalının məsul redaktoru Şakir Yaqubovdur.
15) Azərbaycan auditi (İxtisas redaktoru: Vahid Novruzov. Mətnin müəllifi: Şakir Yaqubov). – B.: 2004. – 140 s.
Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatda və yüksək poliqrafik icrada 500 nüsxə tirajla çap edilmiş kitabda ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış 1994-cü il 16 sentyabr tarixli “Auditor xidməti haqqında” Qanunun qəbul edilməsindən sonrakı 10 il ərzində Azərbaycan auditinin keçdiyi inkişaf yolunun əsas mərhələləri və xüsusiyyətləri barədə konkret faktlar və rəqəmlər əsasında yığcam məlumat verilmişdir. Kitab “Oxuculara” adlı ön sözdən, “Azərbaycan Respublikası Auditorlar Palatası”, “Azərbaycan auditinin qanunvericilik və normativ hüquqi bazası”, “Auditor kadrlarının hazırlanması, onların peşə-ixtisas səviyyəsinin təkmilləşdirilməsi”, “Azərbaycanda auditin təşkili və tədqiqi”, “Auditorlar Palatasının beynəlxalq əlaqələri”, “Daxili auditorların “Audit-Azərbaycan” İctimai Birliyi” və “Auditorlar Palatasının informasiya-təbliğat və nəşr fəaliyyəti. “İqtisadiyyat və audit” jurnalı” adlı 7 tematik bölmədən ibarətdir. Sonda əlavə şəklində “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tam mətni (2004-cü il iyulun 1-nə olan dəyişiklik və əlavələrlə) verilmişdir. A4 formatlı kitabın 40 səhifəsində Auditorlar Palatasının çoxşaxəli fəaliyyətinin müxtəlif məqamlarına ayna tutan fotoşəkillər toplanmış, habelə bölmələrin tematikasına uyğun olan çoxlu cədvəl, sxem və diaqram da kitaba daxil edilmişdir.
16) Novruzov Vahid. İnkişaf və tərəqqinin Heydər Əliyev modeli. Redaktor və ön sözün müəllifi: Şakir Yaqubov. - B., Azərnəşr, 2004. – 288 s.
İqtisad elmləri doktoru, professor Vahid Novruzov dövlət müstəqilliyimizin banisi və yeni Azərbayçan quruçuluğunun memarı, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və uğurla həyata kecirdiyi iqtisadi inkişaf siyasətini ardıçıl şəkildə tədqiq edən və bu mövzuda müxtəlif səviyyəli elmi məçlislərdə məruzələrlə, elmi nəşr və dövri mətbuat səhifələrində analitik-publisistik məqalələrlə müntəzəm cıxış edən alimlərimizdəndir. Onun bu kitabında müstəqillik tariximizin dövlət quruçuluğu prosesləri fonunda Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının, bütövlükdə isə Heydər Əliyevin müstəqil Azərbayçan quruçuluğu siyasətinin düzgünlüyü, həyatiliyi, alternativsizliyi və yaşarılığı elmi-nəzəri mülahizələrlə və praktik nətiçələrdən doğan faktlarla əsaslandırılır.
Məqalələr toplusu səçiyyəsi daşıyan kitab geniş oxuçu kütləsi ücün nəzərdə tutulmuşdur.
17) ANTİkorrupsiya (Sənədlər toplusu). Tərtibci və buraxılışa məsul: Şakir Yaqubov. – B., İqtisadiyyat və audit jurnalının nəşri, 2005. – 244 s.
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-çı illər) içrası ilə əlaqədar nəşr edilən bu topluda ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı mübarizə sahəsində Azərbayçan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən və 2005-çi il yanvarın 1-dək qəbul edilən qanunveriçilik aktları və hüquqi-normativ aktlar, habelə ölkəmizin qoşulduğu BMT və Avropa Şurasının konvensiyaları toplanmışdır.
Kitab geniş oxuçu kütləsi ücün nəzərdə tutulmuşdur
18) Sahəvi auditlərin aparılmasına dair proqram. Tərtib edənlər: Qəşəm Bayramov, Çəmaləddin Axundov. – B., İqtisadiyyat və audit jurnalının nəşri, 2005. – 172 s.
Ölkədə auditor xidmətinin təşkilini tənzimləmək məqsədilə daha əvvəllər işlənib hazırlanaraq Azərbayçan Respublikası Auditorlar Palatasının Şurası tərəfindən təsdiqlənmiş və tətbiq edilmək ücün tövsiyə olunmuş sahəvi auditlərin aparılmasına dair proqramlar Azərbayçan Respublikasının qanunveriçilik aktlarında edilmiş ən son dəyişiklik və əlavələr, habelə müvafiq mərkəzi içra hakimiyyəti orqanlarının rəyi nəzərə alınmaqla, yenidən işlənib təkmilləşdirilmişdir.
Yeddi sahəvi audit proqramından ibarət bu toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri və mühasibləri, habelə Mühasibat ucotu və audit ixtisası üzrə təhsil alan tələbələr, magistrantlar və aspirantlar ücün nəzərdə tutulmuşdur.
19) Audit. Qanunveriçilik və normativ sənədlər. III çild. Tərtibcilər: Fəxrəddin İsmayılov, Qəşəm Bayramov. – B., İqtisadiyyat və audit jurnalının nəşri, 2005. – 336 s.
Azərbayçan Respublikasında auditor xidmətinin təşkili və tənzimlənməsi üzrə qanunveriçilik və normativ hüquqi aktlar toplusu olan bu kitabın I çildi 1998-çi ildə, II çildi isə 2002-çi ildə nəşr edilmişdir. Həmin çildlərdə, müvafiq olaraq, 1998-çi il iyulun 1-dək və 2002-çi il iyunun 1-dək olan dövrdə qəbul edilmiş qanunveriçilik aktları və normativ sənədlər toplanmışdır. Toplunun III çildinə isə 2002-çi il iyunun 1-dən 2005-çi il yanvarın 1-dək olan dövrdə qəbul edilmiş, yaxud dəyişiklik və əlavələr edilmiş qanunveriçilik və normativ hüquqi sənədlər daxil edilmişdir.
Toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, mühasiblər, iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, habelə müvafiq sahənin tədqiqatcıları ücün nəzərdə tutulmuşdur.
20) Auditorların Peşə Etikası Məcəlləsi. Əlavə və dəyişikliklər edilmiş ikinci nəşri. Tərtib edəni: Qəşəm Bayramov. – B.: “İqtisadiyyat və audit” jurnalının nəşri, 2006. – 92 s.
Audit sahəsində mütərəqqi dünya təcrübəsindən bəhrələnməklə, milli xüsusiyyətlərimizə uyğun olaraq hazırlanmış və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər)” 4.47-ci bəndinə müvafiq olaraq, əlavə və dəyişikliklər edilməklə təkrar nəşr olunan bu Məcəllə Azərbaycan Respublikasında fəaliyyət göstərən auditorların davranış normalarını və ümumi məqsədlərə nail olunması üçün onların riayət etməli olduğu fundamental prinsipləri əks etdirir. Məcəllənin başlıca vəzifəsi auditorların işinin yüksək keyfiyyətinə təminat verilməsi, dövlətin və cəmiyyətin ən ümumi mənafelərinin ödənilməsi məqsədilə auditorlar üçün etik tələbləri müəyyənləşdirməkdir.Məcəllədən auditor xidmətlərinin istifadəçiləri, audit fənninin tədrisi və öyrənilməsi ilə bağlı olan tələbə, magistrant, aspirant və müəllimlər, habelə peşə psixologiyası və etikası problemlərini araşdıran mütəxəssislər yararlana bilərlər.
21) Daxili audit fəaliyyətinin təməl prinsipləri. – B.: Mütərcim, 2006. - 44 s.
Bu nəşrdə beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) Daxili Audit Standartları Komitəsi tərəfindən hazırlanmış və IIA-nın Direktorlar Şurası tərəfindən təsdiq edilmiş “Daxili auditin peşə təcrübəsi üzrə beynəlxalq standartlar”ın (Standarts for the professional practice of internal auditing) yekun variantı və Daxili Auditorlar İnstitutunun Etika Məcəlləsi (Code of Ethics) öz əksini tapmışdır. Hər iki sənəd IIA-nın rəsmi icazəsi ilə tərcümə olunmuş və nəşr edilmişdir.
22) Sosial-iqtisadi inkişafın sürətləndirilməsində maliyyə nəzarətinin rolu. (Beynəlxalq elmi-praktik konfransın materialları). Tərtibçi və redaktor: Şakir Yaqubov. – B.: “İqtisadiyyat və audit jurnalının nəşri, 2006. – 244 s.
Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransa təqdim olunmuş materiallardan ibarət bu toplu Auditorlar Palatasının kollektivinə və üzvlərinə Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 4 aprel tarixli təbrik məktubu ilə açılır. Topludakı materiallar “Bazar münasibətləri şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsinin təmin edilməsi yolları”, “Müasir mərhələdə maliyyə nəzarətinin yenidən qurulması və təkmilləşdirilməsinin əsas istiqamətləri” və “Mühasibat uçotu və audit: beynəlxalq təcrübə əsasında maliyyə şəffaflığının təmin edilməsinin aktual problemləri” adlı bölmələrdə toplanmışdır.
23) Sahəvi auditlərin aparılmasına dair proqram. (Tamamlanmış ikinci nəşri). Tərtibçilər: Q.Bayramov, C.Axundov. – B.: İqtisadiyyat və audit jurnalının nəşri, 2006. – 232 s.
Ölkədə auditor xidmətinin təşkilini tənzimləmək məqsədilə daha əvvəllər işlənib hazırlanaraq Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası tərəfindən təsdiqlənmiş və tətbiq edilmək üçün tövsiyə olunmuş sahəvi auditlərin aparılmasına dair proqramlar Azərbaycan Respublikasının qanunvericilik aktlarında edilmiş ən son dəyişiklik və əlavələr, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəyi nəzərə alınmaqla, yenidən işlənib təkmilləşdirilmişdir. Ümumilikdə topluda 9 sahəvi audit proqramı toplanmışdır.
Sahəvi audit proqramlarından ibarət tamamlanmış və ikinci dəfə nəşr olunan bu toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri və mühasibləri, habelə Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələr, magistrantlar və aspirantlar üçün nəzərdə tutulmuşdur.
24) Audit. Qanunvericilik və normativ sənədlər. IV cild. Tərtibçilər: S.Rəhimova, C.Axundov, N.Talıbov. – B.: İqtisadiyyat və audit jurnalının nəşri, 2007. – 412 s.
Azərbaycan Respublikasında auditor xidmətinin təşkili və tənzimlənməsi üzrə qanunvericilik və normativ hüquqi aktlar toplusu olan bu nəşrin I cildi 1998-ci ildə, II cildi 2002-ci ildə, III cildi isə 2005-ci ildə nəşr edilmişdir. Həmin cildlərdə, müvafiq olaraq, 1992-ci ilin yanvarından 1998-ci il iyulun 1-dək, 1998-ci il iyulun 1-dən 2002-ci il aprelin 1-dək və 2002-ci il aprelin 1-dən 2005-ci il yanvarın 1-dək olan dövrdə qəbul olunmuş, yaxud dəyişiklik və əlavələr edilmiş qanunvericilik aktları və normativ sənədlər toplanmışdır. Toplunun IV cildinə isə, əsasən, 2005-ci il yanvarın 1-dən 2007-ci il yanvarın 1-dək olan dövrdə qəbul olunmuş, yaxud dəyişiklik və əlavələr edilmiş qanunvericilik və normativ hüquqi sənədlər, habelə daha əvvəlki illərdə qəbul olunmuş, yaxud dəyişiklik və əlavələr edilmiş, lakin müxtəlif səbəblər üzündən toplunun ilk üç cildində əksini tapmamış qanunvericilik aktları və normativ hüquqi sənədlər daxil edilmişdir.
Toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, mühasiblər, iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, habelə müvafiq sahənin tədqiqatçıları üçün nəzərdə tutulmuşdur.
25) F.V.Ağayev, V.V.Novruzov. Təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi. – B.: Mütərcim, 2007. – 72 s.
Kitabda təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsini əks etdirən əsas 12 bölmə (o cümlədən: əsas vəsaitlər; kapital qoyuluşları; quraşdırılmaqda olan avadanlıqlar; qeyri-maddi aktivlər və maliyyə qoyuluşları; mal-material qiymətliləri; satılmış məhsullara (iş və xidmətlərə) çəkilmiş xərclər; satış və kommersiya xərcləri, gəlir, debitor borcu, pul vəsaitləri; verilmiş avanslar, gələcək dövrün xərcləri və digər aktivlər; nizamnamə kapitalı və ehtiyat fondları; kreditor borcları, ehtiyatlar, məsrəflər; qalıq cədvəli; borc öhdəlikləri; vergiyə cəlbetmə; subyektin likvidlik göstəriciləri) şərh edilmişdir. Təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsini əks etdirən hər bölməyə dair iş sənədləri və audit prosedurları Auditorun iş sənədləri və Audit prosedurları audit standartlarının tələblərinə uyğun olaraq hazırlanmışdır.
Kitab iqtisadiyyatın idarə edilməsinin əsas problemlərindən birini – təsərrüfat subyektinin rəhbərinin öz müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinə daxili nəzarətinin əsasını əhatə etdiyinə görə, sahibkarlar və təsərrüfat subyektlərinin auditini həyata keçirən auditorlar və mütəxəssislər üçün çox faydalıdır.
26) Daxili audit. Qanunvericilik və normativ sənədlər. Tərtibçi və redaktor: Şakir Yaqubov. – B.: İqtisadiyyat və audit jurnalının nəşri, 2007. – 96 s.
Topluya daxili audit fəaliyyətini tənzimləyən qanunvericilik aktları və normativ sənədlər, o cümlədən Daxili audit haqqında Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli Qanunu, Daxili auditin peşə təcrübəsi üzrə beynəlxalq standartlar və beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) Etika Məcəlləsi, habelə IIA-nın Audit-Azərbaycan bölməsinin fəaliyyətini tənzimləyən normativ sənədlər daxil edilmişdir.
Toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, iqtisadiyyat yönümlü ixtisas üzrə təhsil alan tələbə və magistrantlar, habelə müvafiq sahənin tədqiqatçıları üçün nəzərdə tutulmuşdur.
27) Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında. – B.: 2007. – 16 s.
Kitabçada “Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli Qanunu, “Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci 16 avqust tarixli fərmanı və “Auditorların mülki məsuliyyətinin icbari sığortası üzrə baza sığorta tariflərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 sentyabr tarixli 151 nömrəli qərarı daxil edilmişdir.
İQTISADIYYAT VƏ AUDIT JURNALI
Aylıq elmi-praktik nəşr.
2000-ci ilin iyul ayından çıxır.
Təsisçi:
Azərbaycan Respublikası Auditorlar Palatası
Baş redaktor: V.T.NOVRUZOV (iqtisad elmləri doktoru, professor)
Redaksiya heyəti:
Vahid NOVRUZOV,
(baş redaktor)
Əli ABBASOV
Həsən ALLAHVEDİYEV
Şəmsəddin HACIYEV,
Xanhüseyn KAZIMLI
Şahbaz MURADOV
Akif MUSAYEV
Asəf NADİROV
Sadıq SALAHOV
Ziyad SƏMƏDZADƏ
Namiq TAĞIYEV
Redaksiya şurası:
Qəşəm Bayramov
Oqtay HAQVERDİYEV
Cəfər HƏSƏNOV
Fəxrəddin İSMAYILOV
Ramiz QƏNİZADƏ
Alim QULİYEV
Ələkbər MƏMMƏDOV
Səfa MİRZƏYEV
Mail RƏHİMOV
Şakir YAQUBOV
(məsul redaktor)
İndeksi: 1145
Formatı: A4
Həcmi: 8 çap vərəqi
Tirajı: 300-500 nüsxə
Əsas rubrikalar:
“Azərbaycan iqtisadiyyatı islahat yollarında”
“Azərbaycan: inkişaf strategiyası yeni mərhələdə”
“Regional inkişaf: reallıqlar, perspektivlər”
“İqtisadi təhlil və qiymətləndirmə”
“Təcrübə. Təhlil. Təklif”
“Bazar iqtisadiyyatının aktual problemləri”
“İdarəetmə və təsərrüfatçılıq məsələləri”
“İqtisadiyyatın dövlət tənzimlənməsi”
“Vergi islahatları”
“Uçot və hesabat”
“Antikorrupsiya”
“Konsaltinq”
“Bank işi”
“Sosial həyat”
“İqtisadiyyat və hüquq”
“Bazar infrastrukturları”
“Azərbaycanda sahibkarlıq və sahibkarlar”
“Azərbaycan inteqrasiya məkanında”
“Auditin metodikası”
“Audit standartları”
“Audit praktikası”
“Audit nəzəriyyəsi”
“Audit və mühasibat uçotu”
“Daxili audit”
“Dövlət auditi”
“Ekoloji audit”
“Auditor firmalarımız”
“Beynəlxalq auditor terminologiyası”
“Baş redaktordan”
“Rəsmi şöbə”
“Mütəxəssisin tribunası”
“Normativ aktlar”
“İş yoldaşlarımız”
“Azərbaycan Respublikasının Auditorlar Palatasında”
“Redaksiyamızın poçtundan”
“Bizim müsahibə”
“Yeni nəşrlər”
“Xarici təcrübə”
28) Daxili audit. Ali məktəblər üçün dərs vəsaiti. İqtisad elmləri doktoru, professor V.T.Novruzovun elmi redaktorluğu ilə. – B.: Nağıl evi, 2008. – 332 səh.
Bazar münasibətlərinə əsaslanan Azərbaycan iqtisadiyyatında aparılan islahatlar çərçivəsində maliyyə nəzarəti sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər auditin əsas qollarından biri olan daxili auditin ölkəmizdə təbliğinə, yayılmasına və tətbiqinə rəvac vermişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası İqtisadiyyat bölməsinin 29.10.2007-ci il tarixli iclasının 17 nömrəli protokolu ilə ali məktəblər üçün təsdiq edilmiş və 1000 nüsxə tirajla nəşr olunmuş bu dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər və aspirantlar, habelə auditorlar, mühasiblər, digər maliyyə nəzarəti orqanlarının işçiləri, təsərrüfat subyektlərinin rəhbərləri üçün nəzərdə tutulmuşdur.
Kitabın rəyçiləri iqtisad elmləri doktoru, professor Sifariz Səbzəliyev, iqtisad elmləri namizədi, dosent Sabir Süleymanov və auditor Qəşəm Bayramov, ixtisas redaktoru Ramiz Qənizadə, nəşriyyat redaktoru isə Şakir Yaqubovdur.
29) Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti. Beynəlxalq elmi-praktik konfransın materialları. – B.: İqtisadiyyat və audit jurnalının nəşri, 2008. – 372 səh.
Topluda Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə 2008-ci il sentyabrın 18-19-da keçirilmiş beynəlxalq konfransın materialları toplanmışdır. Materiallar “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə: konseptual baxış”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində mövcud təcrübə: problemlər və onların həlli yolları” və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin təşkilati və hüquqi aspektləri” adlı üç bölmədə verilmişdir. İqtisad elmləri doktoru, professor Vahid Novruzovun ümumi rəhbərliyi və elmi redaktəsi ilə hazırlanmış toplunun tərtibçisi Səbuhi Gülməmmədov, redaktoru isə Şakir Yaqubovdur.
30) Audit. Qanunvericilik və normativ sənədlər. V cild. Tərtibçilər: S.Rəhimova, C.Axundov, N.Talıbov. – B.: İqtisadiyyat və audit jurnalının nəşri, 2009. – 320 səh.
Azərbaycan Respublikasında auditor xidmətinin təşkili və tənzimlənməsi üzrə qanunvericilik və normativ hüquqi aktlar toplusu olan bu nəşrin I cildi 1998-ci ildə, II cildi 2002-ci ildə, III cildi 2005-ci ildə, IV cildi isə 2007-ci ildə çap edilmişdir. Həmin cildlərdə, müvafiq olaraq, 1992-ci ilin yanvarından 1998-ci il iyulun 1-dək, 1998-ci il iyulun 1-dən 2002-ci il aprelin 1-dək, 2002-ci il aprelin 1-dən 2005-ci il yanvarın 1-dək və 2005-ci il yanvarın 1-dən 2007-ci il yanvarın 1-dək olan dövrdə qəbul olunmuş, yaxud dəyişiklik və əlavələr edilmiş qanunvericilik aktları və normativ sənədlər toplanmışdır. Toplunun V cildinə isə 2007-ci il yanvarın 1-dən 2009-cu il yanvarın 1-dək olan dövrdə qəbul edilmiş, yaxud dəyişiklik və əlavələr olunmuş qanunvericilik və normativ hüquqi sənədlər daxil edilmişdir.
İqtisad elmləri doktoru, professor Vahid Novruzovun ümumi rəhbərliyi altında hazırlanmış toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri və mühasibləri, iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, habelə müvafiq sahənin tədqiqatçıları üçün nəzərdə tutulmuşdur.
31) Sahəvi auditlərin aparılmasına dair proqram. (Yenidən işlənmiş və tamamlanmış üçüncü nəşri). – B.:İqtisadiyyat və audit jurnalının nəşri, 2009. – 284 səh.
Ölkədə auditor xidmətinin təşkilini tənzimləmək məqsədilə daha əvvəllər işlənib hazırlanaraq Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası tərəfindən təsdiqlənmiş və tətbiq edilmək üçün tövsiyə olunmuş sahəvi auditlərin aparılmasına dair proqramlar Azərbaycan Respublikasının qanunvericilik aktlarında edilmiş ən son dəyişiklik və əlavələr, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəyi nəzərə alınmaqla, yenidən işlənib təkmilləşdirilmişdir.
Topluya, həmçinin, əvvəlki nəşrlərdə olmayan iki yeni sahəvi audit proqramı – Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsinə dair sahəvi audit proqramı və Siyasi partiyalarda audit aparılmasına dair proqram daxil edilmişdir.
Tamamlanmış və üçüncü dəfə nəşr olunan bu toplu auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri və mühasibləri, habelə Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələr, magistrantlar və doktorantlar üçün nəzərdə tutulmuşdur.
İqtisad elmləri doktoru, professor Vahid Novruzovun ümumi rəhbərliyi altında hazırlanmış toplunun tərtibçisi və redaktoru Şakir Yaqubovdur.
32) Peşəkar Mühasiblərin Etika Məcəlləsi. Beynəlxalq audit standartları. – B.: 2009. – 796 səh.
Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında imzalanmış 2008-ci il 21 aprel tarixli memoranduma əsasən “Handbook of International Standards on Auditing, Assurance, and Ethics Pronouncements” toplusunun (2008-ci il) I hissəsindən tərcümə edilmiş bu kitabda 2005-ci ilin iyununda çap olunmuş və 2006-cı il iyunun 30-da qüvvəyə minmiş “Peşəkar Mühasiblərin Etika Məcəlləsi”, beynəlxalq audit standartlarında işlədilmiş “Terminlərin izahlı lüğəti”, habelə 200 saylı “Maliyyə hesabatlarının auditinin məqsədi və onu tənzimləyən ümumi prinsiplər”, 210 saylı “Audit tapşırığının şərtləri”, 220 saylı “Tarixi maliyyə məlumatlarının auditinin keyfiyyətinə nəzarət”, 230 saylı “Auditin sənədləşdirilməsi”, 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı fırıldaqçılığın nəzərə alınması üzrə auditorun məsuliyyəti”, 250 saylı “Maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması”, 260 saylı “Auditlə bağlı məsələlərin idarəetmə səlahiyyətlərinə malik olan şəxslərə bildirilməsi”, 300 saylı “Maliyyə hesabatlarının auditinin planlaşdırılması”, 315 saylı “Müəssisə və onun mühitinin öyrənilməsi və əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi”, 320 saylı “Auditdə əhəmiyyətlilik”, 330 saylı “Qiymətləndirilmiş risklər üzrə auditor tərəfindən tətbiq edilən prosedurlar”, 402 saylı “Xidmət təşkilatlarının xidmətindən istifadə edən müəssisələrin auditi üzrə mülahizələr”, 500 saylı “Audit sübutu”, 501 saylı “Audit sübutu – xüsusi maddələr üzrə əlavə mülahizələr”, 505 saylı “Kənar mənbədən təsdiqləmələr”, 510 saylı “İlk audit – ilkin qalıqlar”, 520 saylı “Analitik prosedurlar”, 530 saylı “Audit seçməsi və digər test vasitələri”, 540 saylı “Uçot ehtimallarının auditi”, 545 saylı “Ədalətli dəyər qiymətləndirmələrinin və açıqlamalarının auditi”, 550 saylı “Əlaqəli tərəflər”, 560 saylı “Sonrakı hadisələr”, 570 saylı “Fəaliyyətin fasiləsizliyi”, 580 saylı “Rəhbərliyin məlumatları”, 600 saylı “Digər auditorun işindən istifadə edilməsi”, 610 saylı “Daxili audit işinin nəzərə alınması”, 620 saylı “Ekspertin işindən istifadə”, 700 saylı “Ümumi təyinatlı maliyyə hesabatlarının tam dəsti üzrə müstəqil auditorun hesabatı”, 701 saylı “Müstəqil auditorun hesabatında dəyişikliklər”, 710 saylı “Müqayisələr”, 720 saylı “Audit aparılmış maliyyə hesabatlarına daxil edilən sənədlərdə digər məlumatlar” və 800 saylı “Xüsusi təyinatlı audit tapşırıqları üzrə müstəqil auditorun hesabatı” beynəlxalq audit standartları toplanmışdır.
Layihənin rəhbəri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, kitabın redaktoru “İqtisadiyyat və audit” jurnalının məsul redaktoru Şakir Yaqubovdur.