2007-ci il ərzində 47 sərbəst auditor, 55 auditor təşkilatı (o cümlədən 4 xarici auditor təşkilatının filialı (və ya nümayəndəliyi) və 3 xarici investisiyalı auditor təşkilatı tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən: - Hesabat dövründə təsərrüfat subyektləri ilə 28.004.071,1 manat məbləğində 4.873 müqavilə bağlanmışdır. Həmin müqavilələrin 6.111.267,5 manat məbləğində 754-ü ilin əvvəlinə qalıq kimi, 21.892.803,6 manat məbləğində 4119-u isə hesabat dövründə bağlanmışdır ki, bunun da xüsusi çəkisi xarici auditor təşkilatlarının filial (və ya nümayəndəlikləri) üzrə sayına görə 5,4% və məbləğinə görə 65,0%, xarici investisiyalı auditor təşkilatları üzrə sayına görə 5,0% və məbləğinə görə 12,1%, yerli auditor təşkilatları üzrə sayına görə 51,2% və məbləğinə görə 17,0%, sərbəst auditorlar üzrə sayına görə 38,4% və məbləğinə görə 5,9% təşkil etmişdir;
- 2006-cı il ilə müqayisədə 2007-ci ildə bağlanmış müqavilələrin sayı 65 ədəd və ya 1,4%, məbləği isə 10.618.341,1 manat və ya 61,1% artmışdır;
- 2007-ci il ərzində bağlanmış müqavilələrdən 15.757.268,8 manat məbləğində 4.182-i yerinə yetirilmişdir.
Qeyd etmək lazımdır ki, 2006-cı il ilə müqayisədə yerinə yetirilmiş müqavilələrin sayı 112 ədəd və ya 2,8%, məbləği isə 3.287.577,7 manat və ya 26,4%, orta məbləğ isə 3.063,8 manatdan 3.767,9 manata qədər, yəni 704,1 manat və ya 23,0% artmışdır (Diaqramm 1-2). O cümlədən: 
Diaqram 1 Diaqram 2 - xarici auditor təşkilatlarının filial (və ya nümayəndəlikləri) üzrə müqavilə sayı 201-dən 216-a qədər, yəni 15 ədəd və ya 7,6%, məbləği 5.995.790,4 manatdan 7.493.523,3 manata qədər, yəni 1.497.732,9 manat və ya 25,0%, orta məbləğ isə 29.829,8 manatdan 34.692,2 manata qədər, yəni 4.862,4 manat və ya 16,3% artmışdır; - xarici investisiyalı auditor təşkilatları üzrə müqavilə sayı 273-dən 240-a qədər, yəni 33 ədəd və ya 13,8% azalmış, məbləği 2.972.601,9 manatdan 3.367.140,3 manata qədər, yəni 394.538,4 manat və ya 13,3%, orta məbləğ isə 10.888,7 manatdan 14029,8 manata qədər, yəni 3.141,1 manat və ya 28,8% artmışdır; - yerli auditor təşkilatlar üzrə müqavilə sayı 1.971-dən 2.161-ə qədər, yəni 190 ədəd və ya 9,6%, məbləği 2.275.617,8 manatdan 3.577.089.9 manata qədər, yəni 1.301.472,1 manat və ya 57,2%, orta məbləğ isə 1.154,5 manatdan 1.655,3 manata qədər, yəni 500,7 manat və ya 43,4% artmışdır; - sərbəst auditorlar üzrə müqavilə sayı 1.625-dən 1.565-ə qədər, yəni 60 ədəd və ya 3,8% azalmış, məbləği 1.225.681,0 manatdan 1.319.515,3 manata qədər, yəni 93.834,3 manat və ya 7,7%, orta məbləğ isə 754,3 manatdan 843,1 manata qədər, yəni 88,9 manat və ya 11,8% artmışdır. Beləliklə, 2006-2007-ci illər müqayisə edildikdə, göstərilmiş auditor xidmətinin xüsusi çəkisi: say etibarı ilə (Diaqram 3) - xarici auditor təşkilatlarının filialları (və ya nümayəndəlikləri) üzrə 4,9%-dən 5,2%-ə qədər yüksəlmişdir; - xarici investisiyalı auditor təşkilatları üzrə 6,7%-dən 5,7%-ə qədər azalmışdır; - yerli auditor təşkilatlar üzrə 48,4%-dən 51,7%-ə qədər yüksəlmişdir; - sərbəst auditorlar üzrə 39,9%-dən 37,4%-ə qədər azalmışdır; həcm etibarı ilə (Diaqram 4) - xarici auditor təşkilatlarının filialları (və ya nümayəndəlikləri) üzrə 48,1%-dən 47,6%-ə qədər azalmışdır; - xarici investisiyalı auditor təşkilatları üzrə 23,8%-dən 21,4%-ə qədər azalmışdır; - yerli auditor təşkilatlar üzrə 18,2%-dən 22,6%-ə qədər yüksəlmişdir; - sərbəst auditorlar üzrə 9,8%-dən 8,4%-ə qədər azalmışdır.  Diaqram 3 Diaqram 4 Yerinə yetirilmiş müqavilələrin 3.257-i və ya 77,9%-i məcburi auditin obyektlərini əhatə etmiş, 925-i və ya 21,1%-i auditor xidmətindən könüllü istifadəçiləri əhatə etmişdir (Diaqram 5). 26.098 ədəd məcburi auditin obyektindən 2007-ci il üzrə 3.257 ədəd müqaviləyə əsasən 2.990-ı auditdən keçmişdir (Cədvəl 2). Cədvəl 2
ədədlə | T/h formanın kodu | Məcburi audit obyektinin formanın kodtəşkilati hüquqi forması | məcburi audit obyektinin sayı | məcburi auditdən keçən təsərrüfat subyektini sayı | auditdən keçmə %-i | Respublika üzrə xücuci çəkisi (%-lə) | məcburi auditə görə icra olunan mügavilə sayı | | 01 | səhmdar cəmiyyətləri | 1398 | 334 | 23,89 | 11,17 | 331 | | 02 | filial və nümayən dəliklər | 803 | 223 | 27,77 | 7,46 | 240 | | 03 | xarici investisiyalı müəssisələr | 680 | 92 | 13,53 | 3,08 | 92 | | 04 | məhdud məsuliyyətli müəssisələr | 13471 | 512 | 3,80 | 17,12 | 543 | | 05 | digər idarə və müəssisələr | 6612 | 198 | 2,99 | 6,62 | 201 | | 06 | sığorta təşkilatları | 46 | 35 | 76,09 | 1,17 | 37 | | 07 | birgə müəssisələr | 232 | 61 | 26,29 | 2,04 | 65 | | 08 | bələdiyyələr | 2701 | 1415 | 52,39 | 47,32 | 1606 | | 09 | bank və kredit təşkilatları | 155 | 120 | 77,42 | 4,01 | 142 | | CƏMİ | 26098 | 2990 | 11,46 | 100,0 | 3257 | 929 müqaviləyə əsasən könüllü olaraq auditor xidmətinin aşağıdakı növlərinin təsərrüfat subyektləri üzrə xüsusi çəkiləri Cədvəl 3-də göstərilən kimi olmuşdur: - əmlakın qiymətləndirilməsinin auditi (ƏQA); - nizamnamə fondunun auditi (NFA); - mühasibat və vergi uçotu xidmətləri (MUX); - mühasibat uçotu və vergiqoyma üzrə məsləhət xidmətləri (MVMX); - maliyyə-vergi hesabatlarının auditi (MVHA). Cədvəl 3
ədədlə | T/h forma- nın kodu | Təsərrüfat subyektlərinin təşkilati hüquqi forması | Könüllü xidmətin adı | CƏMİ | xüsusi çəki %-lə | | | ƏQA | NFA | MUX | DX | MVMX | MVHA | | | 01 | səhmdar cəmiyyətləri | 14 | 8 | 2 | 30 | 3 | | 57 | 6,16 | | | 02 | filial və nümayən dəliklər | | 2 | 54 | 26 | 168 | | 250 | 27,03 | | | 03 | xarici investisiyalı müəssisələr | 1 | 5 | | 5 | 9 | | 20 | 2,16 | | | 04 | məhdud məsuliyyətli müəssisələr | 21 | 103 | 29 | 41 | 39 | | 233 | 25,19 | | | 05 | digər idarə və müəssisələr | 16 | 22 | 2 | 60 | 34 | | 134 | 14,49 | | | 06 | sığorta təşkilatları | | 13 | | 2 | 2 | | 17 | 1,84 | | | 07 | birgə müəssisələr | 2 | 8 | 2 | 5 | 4 | | 21 | 2,27 | | | 08 | bələdiyyələr | 4 | 6 | | 1 | 1 | | 12 | 1,30 | | | 09 | bank və kredit təşkilatları | 1 | 1 | | 17 | 22 | | 41 | 4,43 | | | 10 | qeyri- rezidentlər | | | | | 17 | 35 | 52 | 5,62 | | | 11 | fiziki şəxslər | 66 | 9 | 3 | 6 | 1 | 3 | 88 | 9,51 | | | CƏMİ | 125 | 177 | 92 | 193 | 300 | 38 | 925 | 100,0 | | | xüsusi çəkisi %-lə | 13,51 | 19,14 | 9,95 | 20,86 | 32,43 | 4,11 | 100,0 | х | | Hesabat dövründə 12.110.280,1 manat dəyərində 591 müqavilə yerinə yetirilməmişdir. O cümlədən: - xarici auditor təşkilatlarının filial (və ya nümayəndəlikləri) üzrə 10.699.030,0 manat dəyərində 48 ədəd müqavilə yerinə yetirilməmişdir; - xarici investisiyalı auditor təşkilatları üzrə 27.730,0 manat dəyərində 2 ədəd müqavilə yerinə yetirilməmişdir; - yerli auditor təşkilatlar üzrə 1.088.349,2 manat dəyərində 293 ədəd müqavilə yerinə yetirilməmişdir; - sərbəst auditorlar üzrə 295.171,0 manat dəyərində 248 ədəd müqavilə yerinə yetirilməmişdir. Yerinə yetirilməmiş müqavilələr əsasən 2007-ci ilin yekunun üçün təsərrüfat subyektlərinin maliyyə hesabatlarının auditi üçün bağlanmış müqavilələrdir. Həmin müqavilənin yerinə yetirilməsi 2007-ci ildə nəzərdə tutulmuşdur. Hesabat dövründə 131.522,2 manat dəyərində 100 müqavilə müxtəlif səbəblərə görə ləğv olunmuşdur. Hesabat dövründə xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri, xarici investisiyalı auditor təşkilatları, yerli auditor təşkilatları və sərbəst auditorlar tərəfindən büdcəyə 4.604.580,2 manat məbləğində pul ödənilmişdir. O cümlədən: - 3.821.380,8 manat məbləğində vergilərə görə;
- 783.199,4 manat məbləğində məcburi ödəmələrı görə ödənilmişdir.
Hesabat dövrünün sonuna ümumi debitor borcu 6.203.375,7 manat, kreditor borcu isə 5.317.444,2 manat təşkil etmişdir. Debitor borcunun 5.348.235,5 manatı kredotor borcunun isə 4.970.297,1 manatı xarici auditor təşkilatlarının filiallarının (və ya nümayəndəliklərinin) və xarici investisiyalı auditor təşkilatlarının, qalan hissəsi yerli auditor təşkilatlarının və sərbəst auditorların (855.140,2 manat debitor və 347.147,2 manat kreditor borcu ) payına düşür. 2007-ci il ərzində Respublika üzrə auditor xidmətinə görə 17.100.452,8 manat məbləğində gəlir, 3.247.291,8 manat məbləğində isə mənfəət olmuşdur. 2006-cı il ilə müqayisədə gəlir 5.000.517,0 manat məbləğində və ya 41,3%, mənfəət isə 1.397.514,0 manat məbləğində və ya 75,6% artmışdır. O cümlədən: - xarici auditor təşkilatlarının filial (və ya nümayəndəlikləri) üzrə gəlir 6.016.448,2 manatdan 9.025.533,8 manata qədər, yəni 3.009.085,5 manat və ya 50,0%, mənfəət isə 636.617,9 manatdan 1.822.738,5 manata qədər, yəni 1.186.120,6 manat və ya 186,3% artmışdır; - xarici investisiyalı auditor təşkilatları üzrə gəlir 2.950.598,6 manatdan 3.384.240,2 manata qədər, yəni 433.641,7 manat və ya 14,7%, artmış, mənfəət isə 716.106,9 manatdan 620.263,3 manat manata qədər, yəni 95.843,6 manat və ya 15,5% azalmışdır; - yerli auditor təşkilatlar üzrə gəlir 1.997.473,8 manatdan 3.433.385,5 manata qədər, yəni 266.214,5 manat və ya 71,9%, mənfəət isə 266.214,5 manatdan 624.233,5 manata qədər, yəni 358.019,0 manat və ya 74,4% artmışdır; - sərbəst auditorlar üzrə gəlir 1.135.415,1 manatdan 1.257.293,3 manata qədər, yəni 121878,2 manat və ya 10,7%, mənfəət isə 230.838,6 manatdan 180.056,6 manata qədər, yəni 50.782,0 manat və ya 28,2% azalmışdır. Beləliklə, 2005-2006-cı illər müqayisə edildikdə, xidmətin ümümi gəlirinin və maliyyə nəticəsinin xüsusi çəkisi (Diaqram 6 və 7): 
Diaqram 6 Diaqram 7 - xarici auditor təşkilatlarının filialları (və ya nümayəndəlikləri) üzrə gəlir 49,7%-dən 52,7%-ə qədər, yəni 3,1 %, mənfəəti isə 34,4%-dən 56,2%-ə qədər, yəni 21,7% artmışdır; - xarici investisiyalı auditor təşkilatları üzrə gəlir 24,4%-dən 19,8%-ə qədər, yəni 4,6%, mənfəəti isə 38,7%-dən 19,1%-ə qədər, yəni 19,6% azalmışdır; - yerli auditor təşkilatlar üzrə gəlir 16,5%-dən 20,1%-ə qədər, yəni 3,6 %, mənfəəti isə 14,4%-dən 19,2%-ə qədər, yəni 4,8% artmışdır; - sərbəst auditorlar üzrə gəlir 9,4%-dən 7,4%-ə qədər, yəni 2,0%, mənfəəti isə 12,5%-dən 5,5%-ə qədər, yəni 6,9% azalmışdır.

|