eng
Ana səhifə     Struktur     Əlaqə

09 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

"Auditorların mülki məsuliyyətinin icbari sığortası haqqında"   Azərbaycan   Respublikası   Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Auditorların mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Auditorların mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Auditorların mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 8.9-cu maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş baza sığorta tariflərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. öz səlahiyyətləri daxilində "Auditorların mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Auditorların mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 8.9-cu maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2007-ci il

№ 613


       Xəbərlər
2010-09-08
Məlumt verirk ki:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli, 25 İyun 2010-cu il tarixli qərarı ilə təstiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə

2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"