eng
Ana səhifə     Struktur     Əlaqə

08 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

Azərbaycan Respublikasının
Auditorlar Palatası
Şurasının
2000-ci il 1 aprel tarixli 52/3 saylı
qərarı ilə təsdiq edilmişdir
(Auditorlar Palatası Şurasının
2010-cu il 20 aprel tarixli 208/5 saylı
qərarı ilə əlavə və dəyişikliklər edilmşdir).


Auditorların ixtisasartırılması qaydaları


I. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında» Əsasnaməyə, Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Təhsil Standartlarının (BTS), Avropa İttifaqının 8-ci direktivinin davamlı peşə təhsili tələblərinə uyğun olaraq, auditorların peşə-ixtisas səviyyəsinin artırılmasına yönəlmişdir.

1.2. İxtisasartırmanın məqsədi - Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Təhsil Standartlarının (BTS), Avropa İttifaqının 8-ci direktivinin davamlı peşə təhsili tələblərinə Beynəlxalq Standartların tələblərinə və mövcud qaydalara uyğun olaraq, auditorların ixtisasartırma kurslarını məqsədyönlü keçirmək, ixtisasartırma kursunda iştirak edən auditorların keçilmiş proqram üzrə bilik səviyyəsini düzgün qiymətləndirmək, auditorların peşə-ixtisas səviyyəsini müasir tələblər üzrə artırmaq, onların praktik iş təcrübəsini təkmilləşdirmək və onları mütərəqqi iş təcrübəsi ilə tanış etməkdir.
1.3. Auditorların peşə-ixtisas səviyyəsinin artırılması məcburi xarakter daşıyır və Auditorlar Palatası tərəfindən ixtisasartırma kursu formasında həyata keçirilir.

1.4. İxtisasartırma kursu Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) davamlı peşə təhsili tələblərinə müvafiq olan və hər il Palata tərəfindən təsdiq olunmuş konkret proqram üzrə həyata keçirilir.

1.5. Auditorlar və auditor adı almaq üçün imtahanları müvəffəqiyyətlə vermiş şəxslər ixtisasartırma kursuna Palata sədrinin əmri ilə təsdiq olunmuş qrafik üzrə cəlb olunurlar.

1.6. İxtisasartırma kursunun maliyyələşdirilməsi ödənişlidir və onun məbləği Palata tərəfindən müəyyən olunur.

II. İxtisasartırma kursunda iştirak edən auditorların hüquqları

2.1. İxtisasartırma kursu üzrə keçirilən proqramda iştirak edərək, öz bilik və iş təcrübəsini artırmaq;

2.2. Kursun təşkili və proqramın təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

2.3. Tədris prosesində kurs üçün ayrılmış auditoriyalardan, kitab və digər texniki vəsaitlərdən istifadə etmək;

2.4. İxtisasartırma kursunun proqramı üzrə nəzərdə tutulmuş tədbirlərdə iştirak etmək.
2.5 Kursların nəticələrinə görə anonim aparılan sorğu anketlərində qoyulmuş məsələləri qiymətləndirmək, öz irad və təkliflərini vermək.
III. İxtisasartırma kursunda iştirak
edən auditorların vəzifələri
İxtisasartırma kursunda iştirak edən auditorların vəzifələri aşağıdakılardan ibarətdir:
3.1. Öz bilik və iş təcrübələrini, peşəkarlıq və işgüzarlıq qabiliyyətlərini müvafiq proqram üzrə artırmaq;

3.2. Kursun bitirilməsi ilə bağlı əldə etdikləri bilik səviyyəsinin qiymətləndirilməsi üçün test yoxlamasını imtahanı vermək;

3.3. Kursun keçirilməsi ilə bağlı təsdiq olunmuş daxili intizam qaydalarına riayət etmək.

IV. İxtisasartırma kursunun təşkili
4.1. Palata sədrinin əmri ilə ixtisasartırma kursunu məqsədyönlü şəkildə həyata keçirmək üçün 6 5 nəfərlik tərkibdən ibarət İxtisasartırma Komissiyası yaradılır və onun sədri təyin olunur.

4.2. İxtisasartırma kursu əyani şəkildə həyata keçirilir.

4.3. Kursun təşkili ilə bağlı tədbirlər planı hazırlanır və tədbirlər planına aşağıdakı məsələlər daxil edilir:
- ixtisasartırma kursu üzrə proqramın hazırlanması;
- ixtisasartırma kursunun maliyyələşdirilməsi;
- ixtisasartırma kursunun keçirilməsi vaxtının müəyyənləşdirilməsi;
- ixtisasartırma kursu üzrə tədris saatlarının müəyyənləşdirilməsi;
- ixtisasartırma kursunun keçirilməsi ilə bağlı zəruri tədris vəsaitlərinin əldə olunması, normativ-metodik sənədlərin hazırlanması;
- ixtisasartırma kursunun keçirilməsi ilə bağlı müəllim heyətinin seçilməsi;
- ixtisasartırma kursunun keçirilməsini təmin edəcək texniki-təşkilati tədbirlərin həyata keçirilməsi.

4.4. Auditorlar ixtisasartırma kursuna cəlb olunarkən onların peşə fəaliyyəti üzrə iş təcrübəsi nəzərə alınır.

4.5. Palatanın təsdiq etdiyi qrafik üzrə auditorlar il ərzində ən azı yalnız bir dəfə məcburi qaydada ixtisasartırma kursuna cəlb olunurlar bilərlər. Regionlarda fəaliyyət göstərən və ya digər auditorların kursda iştirakı mümkün olmadıqda, Palata tərəfindən internet vasitəsilə məsafədən idarəetmə (distant) tədris şəraiti yaradıla bilər. Auditorların öz müraciəti olduqda Palata onlar üçün ixtisasartırma ilə bağlı ödənişli əlavə kurslar, seminarlar təşkil edir.

4.6. İxtisasartırma kursu üzrə proqramların minimal illik həcminin müddəti Palata tərəfindən müəyyənləşdirilir və bu müddət 40 tədris saatından az olmamalıdır. Kursa cəlb olunacaq auditorların təşəbbüsü ilə tədris proqramları əlavə mövzular üzrə genişləndirilə bilər.

4.7. İxtisasartırma kursu təşkil olunarkən, tədris proqramına uyğun olaraq, kurs intensiv-tədris, praktik-təcrübə şəklində aparıla bilər. Palata zərurət yarandıqca kursda iştirak edəcək auditorlar üçün müvafiq praktik təcrübənin keçirilməsinin təşkili məsələlərini də həll edir.
4.8. Tədris məşğələləri mühazirə, praktik-təcrübə, seminar, işgüzar oyunlar, təcrübə mübadiləsi, konkret halların şəraitlərin araşdırılması, müstəqil işin icrası, məsləhətlər şəklində təşkil oluna bilər.
4.9. Auditorların keçirilmiş ixtisasartırma kursu üzrə əldə etdiyi bilik səviyyəsi kursun sonunda test üsulu ilə qiymətləndirilir.

4.10. İxtisasartırma Komissiyası üzvlərinin 2/3 hissəsi, o cümlədən komissiyanın sədri iştirak etdikdə, komissiya test imtahanını yoxlamasını götürməyə səlahiyyətlidir.

4.11. Test yoxlaması götürülən müddətdə auditorların hüquqi-normativ sənədlərdən, təlimatlardan və digər ədəbiyyatlardan istifadə etməsi qadağandır. Bu tələbləri pozan auditorlar müvafiq test imtahanını yoxlamasını verməmiş hesab olunurlar.

4.12. Test imtahanı yoxlaması müddətində auditorlardan və komissiya üzvlərindən başqa kənar şəxslərin test yoxlaması prosesində iştirakına icazə verilmir.

4.13. Test imtahanının yoxlamasının hər sualı üzrə cavab 5 bal sistemi ilə qiymətləndirilir. Test imtahanı yoxlaması üzrə müəyyən olunmuş maksimum balın 80 faizini toplamış kurs iştirakçıları ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirmiş hesab olunurlar.

4.14. Test imtahanı yoxlaması nəticələrinin qiymətləndirilməsinə görə protokol tərtib edilir və protokol komissiyanın sədri və komissiya üzvləri tərəfindən imzalanır. Tərtib olunmuş protokollar 5 il müddətinə Palatada saxlanılır.

4.15. Komissiya tərəfindən test imtahanının yoxlamasının nəticələri 3 gün müddətində elan edilir.

4.16. Kursu müvəffəqiyyətlə bitirmiş auditorlara Palata tərəfindən arayış azərbaycan və ingilis dillərində yazılmış müvafiq sertifikatlar verilir və Palatada verilmiş arayışların sertifikatların qeydiyyatı aparılır.

4.17. Kursu müvəffəqiyyətlə bitirməyən auditorlara müvafiq arayışlar sertifikatlar verilmir.
4.18. Auditorlar Palatanın göndərişi ilə digər yerli və beynəlxalq ixtisasartırma kursunda iştirak edərək, həmin kursu müvəffəqiyyətlə bitirdikdə, bu Palata tərəfindən onların fəaliyyəti dövründə ümumi ixtisasartırma proqramlarında iştirakın nəticələri qiymətləndirilərkən nəzərə alınır.

4.19. Palatanın müvafiq departamenti struktur bölməsi ixtisasartırma kursunun təşkili və keçirilməsi ilə bağlı tədbirləri həyata keçirir.

4.20. İxtisasartırma kursu aşağıdakı formada təşkil olunur:
İFAC-ın Beynəlxalq Təhsil Standartlarının (BTS) tələblərinə uyğun təşkil olunur.

- Ümumi ixtisasartırma kursları – bu kurslar ümumi audit proqramı üzrə təşkil olunur;

- Təcrübi inkişaf kursları – bu kurslar mütərəqqi audit təcrübəsinin öyrənilməsi məqsədilə təşkil olunur;

- Məqsədli kurslar – bu kurslar auditin ixtisaslaşmış sahələri, konkret audit proqramları üzrə təşkil olunur.
V. İxtisasartırma kurslarının keçirilməsinə

cəlb olunan müəllimlər

5.1. Palata tərəfindən kursun keçirilməsinə müəllimlər müqavilə əsasında cəlb olunurlar.
5.2. Kursun keçirilməsində iştirak edən müəllimlərə müəyyən olunmuş qaydada əmək haqqı alırlar ödənilir.
5.3. Müəllim heyəti iqtisadçı alimlərdən, müvafiq sahə üzrə peşəkar və yüksək ixtisas səviyyəsinə malik mütəxəssislərdən (auditorlar, mühasiblər, hüquqşünaslar) və müvafiq maliyyə qurumlarının rəhbərlərindən təşkil olunur.
5.4. Beynəlxalq audit qurumlarının və digər ölkələrin yüksək ixtisaslı mütəxəssisləri müəllim heyətinin tərkibinə daxil oluna bilər.
VI. İxtisasartırma kurslarında iştirak

edən auditorların məsuliyyəti

6.1. Auditorlar mütəmadi olaraq il ərzində bir dəfədən az olmayaraq məcburi qaydada Palata tərəfindən təşkil olunan ixtisasartırma kursunda iştirak edərək öz peşə-ixtisas səviyyəsini artırmalıdırlar.
6.2. İxtisasartırma kursunda il ərzində heç bir səbəb olmadan iştirak etməyən və ya həmin kursa məsuliyyətsiz yanaşan auditora Palata tərəfindən xəbərdarlıq edilir və bu xəbərdarlıq auditorun şəxsi işinə yazılır əgər bu xəbərdarlığa nəticə çıxarılmadıqda, onun lisenziyasının dayandırılması barədə Palatanın müvafiq struktur bölməsi tərəfindən Auditorlar Palatası Şurasına müraciət edilir.
6.3. Auditorun mütəmadi olaraq öz peşə-ixtisas səviyyəsini artırmaqdan imtina etməsi onun vəzifə öhdəliklərinin, peşə məsuliyyət səviyyəsinin pozulması üçün əsas sayılır və lisenziyasının ləğv edilməsi barədə Palatanın müvafiq struktur bölməsi tərəfindən Auditorlar Palatası Şurasına müraciət edilir.
6.4. İxtisasartırma kursunda son 5 il ərzində müxtəlif illərdə iştirak edən və bu kursu müvəffəqiyyətlə bitirməyən auditorun lisenziyasının qüvvədə olma müddəti başa çatdıqdan sonra o, imtahan üzrə ümumi qaydalar əsasında müəyyən olunan ödənişi ödədikdən sonra auditor adı almaq üçün keçirilən növbəti imtahanda iştirak edə bilər.
6.5. İxtisasartırma kursunda hər il iştirak edən və bu kursu müvəffəqiyyətlə bitirməyən auditorun lisenziyasının qüvvədə olma müddəti başa çatdıqdan sonra o, imtahan üzrə müəyyən olunan ödənişi ödədikdən sonra auditor adı almaq üçün keçirilən növbəti imtahanda iştirak edə bilər.

6.6. İxtisasartırma kursunda hər il iştirak edən və üç ildən az olmamaqla bu kursu müvəffəqiyyətlə bitirən auditorun lisenziyasının qüvvədə olma müddəti başa çatdıqdan sonra o, imtahan üzrə müəyyən olunan ödənişi ödəmədən auditor adı almaq üçün keçirilən növbəti imtahanda iştirak edə bilər.

6.7. İxtisasartırma kursunda hər il iştirak edən və bu kursu müvəffəqiyyətlə bitirən auditorun lisenziyasının qüvvədə olma müddəti başa çatdıqdan sonra onun lisenziyasının müddəti Palatanın qərarı ilə növbəti beş il müddətinə uzadılır.
6.8. Bu Qaydaların 6.4. və 6.5.-ci 6.2. 6.3. 6.4. 6.5. 6.6. və 6.7.-ci bəndləri auditor adı almaq üçün imtahanları müvəffəqiyyətlə verən, lakin auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı almayan və ya auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı müvəqqəti Palataya qaytaran şəxslərə də şamil olunur.


Qeyd: Mətndə üstdən xətt çəkilmiş cümlələr layihənin yeni redaktəsindən çıxarılmış, qara kursivlə yazılanlar isə layihəyə edilən yeni əlavə və dəyişikliklərdir.



       Xəbərlər
2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2010-08-18
Məlumt verirk ki:
Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir
       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"