Azərbaycan Respublikasının
Auditorlar Palatası
Şurasının
2000-ci il 1 aprel tarixli 52/3 saylı
qərarı ilə təsdiq edilmişdir
(Auditorlar Palatası Şurasının
2010-cu il 20 aprel tarixli 208/6 saylı
qərarı ilə əlavə və dəyişikliklər edilmişdir).
Auditorlar Palatasının İxtisasartırma
Komissiyası haqqında
Əsasnamə
I.Ümumi müddəalar
1.1. Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Təhsil Standartlarının (BTS), Avropa İttifaqının 8-ci direktivinin davamlı peşə təhsili tələblərinə və mövcud qaydalara uyğun olaraq, auditorların ixtisasartırma kurslarını məqsədyönlü keçirmək, ixtisasartırma kursunda iştirak edən auditorların keçilmiş proqram üzrə bilik səviyyəsini düzgün qiymətləndirmək məqsədilə Auditorlar Palatası sədrinin əmri ilə İxtisasartırma Komissiyası (bundan sonra Komissiya adlandırılacaq) yaradılır.
1.2. İxtisasartırma Komissiyası öz fəaliyyətində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununu, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməni, qüvvədə olan qanunvericilik aktlarını, Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC tələblərini), “Auditorların ixtisasartırılması qaydalarını”, Palata rəhbərliyinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Komissiyanın üzvləri iqtisadçı alimlərdən, müvafiq sahə üzrə yüksək ixtisaslı və peşəkar mütəxəssislərdən (auditorlar, mühasiblər, hüquqşünaslar), müvafiq maliyyə qurumlarının rəhbərlərindən – cəmi 6 5 nəfərdən ibarət olmaqla təşkil olunur.
II. Komissiysanın məqsədi
Komissiyanın məqsədi - Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Təhsil Standartlarının (BTS), Avropa İttifaqının 8-ci direktivinin davamlı peşə təhsili tələblərinə və mövcud qaydalara uyğun olaraq, auditorların peşə ixtisas səviyyəsini inkişaf etdirmək, onların praktik iş təcrübəsini təkmilləşdirmək və mütərəqqi iş təcrübəsi ilə onları tanış etməkdir.
III. Komissiya üzvlərinin hüquqları
Komissiya üzvləri aşağıdakı hüquqlara malikdirlər;
3.1. İxtisasartırma Komissiyasının iclaslarında iştirak etmək, müzakirə olunan məsələlər üzrə təkliflər vermək, qəbul olunan qərarlar barədə səs vermək;
3.2. İxtisasartırma proqramlarıın, tədris üzrə planın, tədris-metodik vəsaitlərin hazırlanmasında iştirak etmək, bu istiqamətdə təklif və tövsiyyələr vermək;
3.3. İxtisasartırma prosesinin təkmilləşdirilməsi, ixtisasartırma ilə bağlı mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təkliflər vermək;
3.4. Kurs iştirakçılarının bilik səviyyəsinə dair şəxsi rəy bildirmək və onun kollektiv qərar əsasında qiymətləndirilməsində iştirak etmək, kursun nəticələrinə görə tərtib olunan protokolda şəxsi mövqeyini qeyd etmək və protokolu imzalamaq.
IV. Komissiya üzvlərinin vəzifələri
Komissiya üzvlərinin vəzifələri aşağıdakılardan ibarətdir;
4.1.Auditorların ixtisasartırma kurslarını yüksək tələblər səviyyəsində həyata keçirmək;
4.2. İxtisasartırma kursları üzrə proqramların, tədris-tematik planın və müvafiq tədris vəsaitlərinin hazırlanmasında iştirak etmək, kurs iştirakçılarının bilik səviyyəsinin qiymətləndirilməsi meyarlarını müəyyənləşdirmək və onu təsdiq edilmək üçün Palata rəhbərliyinə təqdim etmək;
4.3. İxtisasartırma proqramlarının təkmilləşdirilməsi, beynəlxalq mütərəqqi təcrübənin öyrənilməsi ilə bağlı müvafiq departamentlə struktur bölmələrilə birgə zəruri tədbirləri həyata kecirmək;
4.4. Komissiyanın səlahiyyətinə aid edilmiş məsələlərin müzakirəsi və vəzifələrin həyata keçirilməsi üçün mütəmadi içlaslar keçirmək;
4.5. Auditorların keçilmiş proqram üzrə bilik səviyyəsini müəyyən daydalara uyğun olaraq, kollektiv razılığa əsasən qiymətləndirmək;
4.6. Kursun nəticələrini müəyyən olunmuş qaydada rəsmiləşdirmək.
V. Komissiyanın işinin təşkili
5.1. Komissiya üzvlərinin 2/3 hissəsi, o cümlədən Komissiyanın sədri istirak etdikdə Komissiya iclas keçirmək, test keçirmək və kursla bağlı qərar qəbul etmək səlahiyyətlərinə malikdir.
5.2. Komissiyanın qərarları sadə səs coxluğu ilə qəbul olunur və səsvermə vaxtı komissiyanın hər üzvü bir səsə malikdir.
5.3. Komissiya üzvləri mütəmadi olaraq komissiyanın işində iştirak etmədikdə onlar Palata sədrinin əmri ilə başqa şəxslə əvəz oluna bilərlər.
5.4. Komissiya üzvləri müəyyən olunmuş qaydaları pozduqda və ya etika normalarına zidd hərəkət etdikdə Palata sədrinin əmri ilə Komissiyanın tərkibindən cıxarılırlar.
Qeyd: Mətndə üstdən xətt çəkilmiş cümlələr layihənin yeni redaktəsindən çıxarılmış, qara kursivlə yazılanlar isə layihəyə edilən yeni əlavə və dəyişikliklərdir.
|