eng
Ana səhifə     Struktur     Əlaqə

08 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

Bakı şəhəri

# 12

21 may 2010-cu il


“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun
11-ci maddəsinin “Auditorun başqa növ fəaliyyətlə məşğul olması
qadağandır” müddəasının tələblərinə riayət olunması ilə bağlı
qabaqlayıcı tədbirlərin görülməsi barədə


“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin “Auditorun başqa növ fəaliyyətlə məşğul olması qadağandır” müddəasının tələblərinin Auditorlar Palatasının bəzi əməkdaşları tərəfindən pozulması faktlarının yol verilməzliyi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi zərurəti barədə Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinin müdiri M.Abbasovun məlumatını nəzərə alaraq


ƏMR EDİRƏM:


1. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin “Auditorun başqa növ fəaliyyətlə məşğul olması qadağan-dır” müddəasının tələblərinin Auditorlar Palatasının bəzi əməkdaşları tərə-findən pozulması ilə bağlı daxil olan məlumatları və bununla bağlı Palata üzvlərinin haqlı narazılıqlarının yaranması faktları barədə Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinin müdiri M.Abbasovun məlumatı nəzərə alınsın.
2. Palatanın bəzi əməkdaşları tərəfindən Qanunun “Auditorun başqa növ fəaliyyətlə məşğul olması qadağandır” müddəasının tələblərinin pozulması hallarına yol verilməsi Auditorlar Palatasının qanunvericiliklə müəyyən olunmuş audtor xidmətinin tənzimlənməsi funksiyası ilə bir araya sığmayan və korrupsiya hüquqpozmalarına və haqsız rəqabətə şərait yaradan hal kimi qiymətləndirilsin.
3. Palatanın əməkdaşlarına Qanunun bu tələbinin pozulması faktları aşkar edildiyi təqdirdə barələrində ciddi intizam tədbirləri görüləcəyi və tutduqları vəzifədən azad ediləcəkləri barədə xəbərdarlıq edilsin.
4. Auditin təşkili və tənzimlənməsi şöbəsinə (M.Hacıyev) tapşırılsın ki, auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyanı əldə etmiş Palata əməkdaşlarının lisenziyalarının Palatada saxlanılması vəziyyəti barədə müvafiq arayışı 3 (üç) gün müddətində rəhbərliyə təqdim etsin.
5. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın başlıca tələblərindən biri olan aşkarlığın təmin olunması məqsədilə Palatanın müvafiq struktur bölmələrinə (V.Rəhimov, Ş.Yaqubov) tapşırılsın ki, əmrin mətni Palatanın internet saytında yerləşdirilsin və “İqtisadiyyat və audit” jurnalının növbəti nömrəsində bu barədə məlumat dərc edilsin.
6. Bu əmrin icrasına nəzarət Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinin müdiri M.Abbasova həvalə edilsin.


PALATANIN SƏDRİ V.NOVRUZOV


       Xəbərlər
2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2010-08-18
Məlumt verirk ki:
Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir
       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"