AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI
Bakı şəhəri # 209/4 18 iyun 2010-cu il
Bəzi auditorlar təşkilatları və sərbəst auditorlar tərəfindən
“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun,
“Auditorların Peşə Etikası” Məcəlləsinin və Auditorlar Palatası
Şurasının 1998-ci il 21 aprel tarixli 19/2 saylı qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin
üzvlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları
barədə Təlimat”ın tələblərinin kobud surətdə pozulması faktının
müzakirəsi barədə
“M.M.M. Audit Konsaltinq” MMC-nin (direktor M.Məmmədov), ”VAQİF AUDİT” MMC-nin (direktorV.Məmmədov), Bakı şəhər auditor təşkilatının (direktor N.Əkbərov), sərbəst auditor İlham Ələkbərovun müvafiq üzvlük haqqı borclarının ödəməmələri və bununla da Azərbaycan Respublikasının bir sıra normativ-hüquqi aktlarının, o cümlədən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun, “Auditorların Peşə Etikası” Məcəlləsinin müddəalarını və Auditorlar Palatası Şurasının 1998-ci il 21 aprel tarixli 19/2 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin üzvlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə Təlimat”ın tələblərini pozmaları barədə Palatanın Maliyyə və informasiya təminatı idarəsinin rəisi V.Rəhimovun məruzəsini müzakirə edərək, Auditorlar Palatasının Şurası
QƏRARA ALIR:
1. Maliyyə və informasiya təminatı idarəsinin rəisi V.Rəhimovun məruzəsi nəzərə alınsın (əlavə olunur).
2. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun, “Auditorların Peşə Etikası” Məcəlləsinin, Palata üzvlərinin hüquq və vəzifələri haqqında Əsasnamənin II “Palata üzvlərinin vəzifələri” bölməsinin 2.5-ci “Palata Şurası tərəfindən müəyyən edilmiş müddətdə və məbləğdə üzvlük haqqı ödəmək” bəndinin və Auditorlar Palatası Şurasının 1998-ci il 21 aprel tarixli 19/2 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin üzvlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə Təlimat”ın tələblərini pozduğuna, dəfələrlə müraciət edilməsinə baxmayaraq üzvlük haqqı borclarını ödəmədiklərinə görə aşağıdakı auditor təşkilatlarına verilmiş auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyalar 2010-cu ilin sonudadək dayandırılsın:
2.1 2009-cu il üzrə Palataya olan 4125,0 manat üzvlük haqqını ödəmədiyinə görə “M.M.M. Audit Konsaltinq” MMC-nə (direktor M.Məmmədov), verilmiş auditor xidməti göstərmək hüququ verən 04.03.2009-cu il tarixli, AT/080 saylı,
2
031616 nömrəli lisenziya;
2.2 2008-2009-cu illər üzrə Palataya olan 9600,0 manat üzvlük haqqını ödəmədiyinə görə ”VAQİF AUDİT” MMC-nə (direktor V.Məmmədov) verilmiş auditor xidməti göstərmək hüququ verən 05.10.2007-ci il tarixli, AT/071 saylı, 031573 nömrəli lisenziya;
3. Palata Şurasının 2010-cu il 18 iyun tarixli 209/1 saylı qərarına əsasən Bakı şəhər auditor təşkilatının (direktor N.Əkbərov) fəaliyyətinin müvafiq komissiya tərəfindən yoxlanılması ilə əlaqədar bu auditor təşkilatına 2009-cu il üzrə Palataya olan 3950,0 manat üzvlük haqqının ödənilməsi üçün bir ay müddət verilsin. Bakı şəhər auditor təşkilatının (direktor N.Əkbərov) rəhbərliyinin nəzərinə çatdırılsın ki, üzvlük haqqı ödənilməsi məsələsi yoxlamanın nəticələri ilə birgə Palata Şurasında müzakirə ediləcək və ciddi tədbirlər görüləcəkdir.
4. 2009-cu il üzrə Palataya olan 3560,0 manat üzvlük haqqını ödəmədiyinə görə sərbəst auditor İlham Ələkbərova verilmiş auditor xidməti göstərmək hüququ verən 03.01.2005-ci il tarixli, SA/238 saylı, 001485 nömrəli lisenziya ləğv edilməlidir, lakin lisenziyanın müddətinin 03.01.2010-cu il tarixdə bitməsini nəzərə alaraq bununla kifayətlənilsin.
5. Auditin təşkili və tənzimlənməsi şöbəsi (M.Hacıyev) tərəfindən 3 (üç) gün müddətində bu qərarın 2-ci və 4-cü bəndlərində göstərilən auditor təşkilatlarının lisenziyalarının müddətinin dayandırılması və sərbəst auditorun lisenziyasının müddətinin bitməsi ilə əlaqədar yazılı şəkildə lisenziya sahiblərinə və dövlət verqi xidməti orqanlarına məlumat verilsin
6. Qərarın mətni Palatanın internet saytında yerləşdirilsin və «İqtisadiyyat və audit» jurnalında (V.Rəhimov, Ş.Yaqubov) dərc edilsin.
ŞURANIN SƏDRİ V.NOVRUZOV
|