eng
Ana səhifə     Struktur     Əlaqə

08 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB


2010-06-03


Malumat üçün bildiririk ki:
"GRBS® və Azərbaycan Respublikası Auditorlar Palatasının ortaq REGİONAL LAYİHƏSİnin I Mərhələsi Xaçmaz, Naxçıvan və Lənkəranın ardınca Zaqatala və Gəncədə keçirilən praktik seminar-müşavirə ilə yekunlaşdı"


26 May tarixində – Respublika Günü ərəfəsində və GRBS® ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında imzalanmış Strateji Partnyorluq Sazişinin 1 illik tarixinin tamam olduğu tarixdə regional lider olan GRBS®, Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhəri İcra Hakimiyyəti ilə birlikdə Regional Layihənin ilkin mərhələsinin yekunu olaraq “Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi” mövzusunda Gəncə şəhərində seminar müşavirə keçirdi.


Qeyd edək ki, Regional Layihə GRBS® və Azərbaycan Respublikası Auditorlar Palatasının təşəbbüsü ilə və yerli icra hakimiyyəti orqanları cəlb edilməklə 2010-cu ilin mart ayında başlamışdı. Layihənin məqsədi Azərbaycan Respublikası zati-aliləri cənab İlham Əliyev tərəfindən imzalanmış və artıq 1 ildən çoxdur ki, uğurla həyata keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi, həmçinin Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tədrisi istiqamətində praktik seminar müşavirə keçirməklə doğma yurdumuzun paytaxtı Bakıdan kənarda qalmış regionlarının inkişafında iştirak etmək və regionlarda çalışan mütəxəssislərimizin bilik və təcrübələrinin artırılmasında əhəmiyyətli dərəcədə rol oynamaqdır.


Xüsusi ilə vurğulanmalıdır ki, layihə Azərbaycanın bütün regionlarını əhatə etmişdir. Belə ki, seminar-müşavirələr bir-birinin ardınca Xaçmaz, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Zaqatala və Gəncə şəhərlərində keçirilmişdir. Tamamilə ödənişsiz əsasda keçirilən seminarlarda ümumilikdə 1000 (min) nəfərdən artıq Azərbaycan mühasib və auditorları, həmçinin müxtəlif istiqamətlərdə fəaliyyət göstərən müəssisə rəhbərləri iştirak ediblər. Uğurla keçirilən praktiki seminarların sonunda iştirakçılar təntənəli şəkildə GRBS® və Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən şəhadətnamələrlə təltif olunublar.


Keçirilən bütün tədbirlərdə təşəbbüskarlar – GRBS® və Azərbaycan Respublikası Auditorlar Palatası ilk növbədə Regional Layihənin uğurla həyata keçirilməsində göstərilən köməkliyə görə xüsusi ilə respublika rəhbərliyinə, Gəncə şəhəri, Xaçmaz, Lənkəran və Zaqatala rayonlarının İcra Hakimiyyəti başçılarına, həmçinin Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə dərin minnətdarlığını bildirmişdir.



Proqrama uyğun olaraq bütün regionlarda seminar-müşavirələr müasir Azərbaycanın banisi, zati-aliləri cənab Heydər Əliyevin abidəsini ziyarət ilə başlanılmışdır. Seminarlarda giriş sözü ilə çıxış edən rayon və şəhər rəhbərlikləri “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı“na toxunaraq, regionların timsalında bu proqramın uğurlarından danışıblar. Ölkə Prezidenti İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin ölkəni gündən-günə inkişaf etdirərək xalqın rifahını yaxşılaşdırdığını bildiriblər. Natiqlər Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı proqramın qısa bir zaman ərzində öz bəhrəsini verdiyini qeyd edərək, regionların son illər daha da sürətlə inkişafının göz qabağında olduğunu vurğulayıblar.


Seminar müşavirlərdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov “Sosial-iqtisadi inkişafın Azərbaycan modelində şəffaflıq amili” mövzusunda seminar iştirakçıları qarşısında çıxış edib. Palata sədri, Azərbaycanın hər tərəfli inkişafının mühasibatlıq və audit sahəsində də uğurlara gətirib çıxardığını bildirib. Vahid Novruzov Auditorlar Palatasının Azərbaycanda daxili auditin hüquqi bazasını yaratmağa nail olunduğunu nəzərə çatdırıb. Cənab Novruzov, həmçinin GRBS®-in Azərbaycanda peşəkar mühasib və auditorların hazırlanmasındakı əvəzsiz rolunu vurğulayıb. Respublikanın baş auditoru digər ölkələrin artıq Azərbaycanın audit sahəsindəki təcrübəsindən yararlanmaq istədiklərini bildirib.


Seminarlarda çıxış edən GRBS®-in İdarəedici Direktoru Bəhram Qurbanov bildirib ki, Azərbaycanın səfalı guşələrində olmaq və respublikamızın sürətli inkişafını görmək onu sevindirir. GRBS® rəhbəri yerli mühasiblərə və auditorlara keçirilən təlimlərin mühüm əhəmiyyətini nəzərə çatdırmaqla yanaşı, yaxın gələcəkdə regionlarda İcra Hakimiyyətlərinin dəstəyi ilə uzunmüddətli kursların təşkil edilməsi istəyinin olduğunu da vurğulayıb. Cənab Qurbanov regionlarda bu qəbildən olan tədbirləri həyata keçirməklə GRBS®-in hər zaman cənab Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin sırasına öz töhfəsini verməyə çalışdığını qeyd edib.


Tədbirlər daha sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Maliyyə hesabatlarında şəffaflığın təmin edilməsində Beynəlxalq Standartların rolu” mövzusunda seminar iştirakçıları qarşısında çıxışı ilə davam edib və natiq tədbir iştirakçılarının maraqlandıran sualları cavablandırıb.


Seminarların praktiki hissəsi isə GRBS® Tədris Mərkəzinin Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə ekspert-məsləhətçisi Elşən Rəhimov tərəfindən keçirilib. Cənab Rəhimov iştirakçılara Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə təlim keçib. Beynəlxalq təcrübəli ekspert, maliyyə hesabatlarının konseptual əsasları, gəlirin tanınması, uzunmüddətli maddi aktivlər uçotu, dərc edilmiş maliyyə hesabatlarının təqdimatı, vergi uçotu və digər mövzulara toxunub. Qarşılıqlı dialoq şəklində keçən təlimlər iştirakçılar tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanıb.


Sonda bir daha xatırladaq ki, GRBS® və Azərbaycan Respublikası Auditorlar Palatasının təşəbbüsü ilə keçirilən bu Regional Layihə bir neçə mərhələdən ibarətdir və seminar müşavirələr layihənin ilkin mərhələsidir və regionallarda ilkin informasiyanın verilməsi məqsədini daşıyır. Yaxın gələcəkdə regionlarda İcra Hakimiyyətlərinin dəstəyi ilə uzunmüddətli kursların təşkil edilməsi planlaşdırılır.

2010-08-31
Məlumt verirk ki:


2010-08-25
Məlumt verirk ki:


2010-08-18
Məlumt verirk ki:


2010-07-28
ELAN


2010-06-30
Məlumt verirk ki:


2010-06-29
Malumat üçün bildiririk ki:


2010-06-03
Malumat üçün bildiririk ki:


2010-06-10
Auditorlar adı almaq üçün keçirilən imtahanların nəticələri


2010-05-20
DİQQƏT!


2010-05-07
Malumat üçün bildiririk ki:


2010-04-13
Malumat üçün bildiririk ki:


2010-03-29
E L A N Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir:


2010-03-18
Malumat üçün bildiririk ki:


2010-03-14
Məlumat veririk ki:


2009-12-22
Eminov Otello Zəkəriyyə oğlu (15.02.2005-ci il tarixli, SA/247 qeydiyyat saylı, 018067 seriyalı lisenziya)


2009-12-10
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


2009-10-20
"BÖHRANDAN SONRAKI İQTİSADİYYATDA MALİYYƏ RESURSLARININ SƏMƏRƏLİ İDARƏ OLUNMASINDA ŞƏFFAFLIĞIN ROLU" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS


2009-06-26
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin sərəncamı


2009-08-27
Yerinə yetirilmiş müqavilələrin orta məbləği.
Müsabiqəsinə yekun vurulmuşdur



2009-08-07
ELAN


2009-07-14
Azərbaycan Respublikasının Auditorlar Palatası 2008-ci il maliyyə hesabatı


2009-06-16
06 iyun tarixində keçirilmiş imtahanların nəticələri


2009-06-16
AZƏRBAYCAN RESPUBLIKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-06-04
ANKET


2009-06-04
AZƏRBAYCAN RESPUBLİKASINDA
AUDİTOR XİDMƏTİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ
Ə S A S N A M Ə



2009-06-02
PARTNYORLUQ SAZİŞİ İMZALANMIŞDIR


2009-05-14
RUMINİYA MALİYYƏ AUDİTORLARI PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA


2009-04-24
Azərbaycan Rusiya Auditinin inkişafı naminə


2009-04-24
Məktub


2009-04-24
Hesabat


2009-02-23
Elan


2009-02-24
Azərbaycan Respublikasi Auditorlar Palatasi Sədrinin Sərəncamı


2009-02-24
«AUDİT-AZƏRBAYCAN» İnstitutunun 2008-CI İL ÜZRƏ FƏALİYYƏTİNƏ DAİR İDARƏ HEYƏTİNİN HESABATI


2009-01-27
«AUDİTOR XİDMƏTİNİN AKTUAL PROBLEMLƏRİ» MÖVZUSUNDA KEÇİRİLMİŞ SORĞUNUN NƏTİCƏLƏRİ


2009-01-27
Elan


2009-01-26
Elan


2009-01-26
Elan


2009-01-19
Elan


2008-12-30
20 dekabr 2008-ci ildə keçirilmiş imtahan nəticələri


2008-12-03
İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışı


2008-12-01
AZƏRBAYCANIN DAXİLİ AUDİT TƏCRÜBƏSİ AVROPADA TƏQDİR OLUNUR


2008-12-01
Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü  Prof. Tomas Amlinq-dən məktub


2008-11-26
Polşa Mühasiblər Assosiasiyasının prezidenti cənab Zbigniev Messner tərəfindən təşəkkür məktubu....


2008-11-26
Türkiyyədə XII Daxili Auidit Konqresi


2008-11-21
Mətbuat Üçün Məlumat


2008-11-05
2009-cu il üçün nəzərdə tutulan Təlimlərin (Treyninqlərin) Təqvimi


2008-11-05
Avropa Mühasiblər və Auditorlar Federasiyasında yeni üzvümüz…


2008-10-08
Azərbaycan Respublikası Auditorlar Palatasının 2007 - ci il üzrə maliyyə hesabatları auditor yoxlamasından keçirilmiş və nəşr etdirilmişdir.


2008-09-23
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ


2008-09-23
“ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN ROLU VƏ ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS


2008-08-22
Protokol 1


2008-08-22
İmtahan vermiş şəxslərin sayı


2008-08-22
Protokol 2


2008-08-15
ELAN


2008-07-16 15:51
Cənab Fəxrəddin İsmayılov


2008-07-08 10:51
DAXİLİ AUDİTORLARIN HAZIRLANMASI İŞİNƏ ƏMƏLİ TÖHFƏ


2008-06-25 10:30
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 10:24
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 16:38
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


2008-07-08 16:32
Daxili audit.


2008-06-25 16:08
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


17.06.08
ELAN


06.06.08
YARIŞ-MÜSABİQƏNİN NÖVBƏTİ LAUREATLARI


23.05.08
E L A N


30.04.08
Daxili Auditorlar İnstitutunun (IIA) sertifikatlaşdırma imtahanları kompüter vasitəsilə aparılacaqdır


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


       Xəbərlər
2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2010-08-18
Məlumt verirk ki:
Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir
       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"