"Dünya bankı tərəfindən maliyyələşdirilən layihələrin
auditini həyata keçirəcək audit firmalarının araşdırılması
"
Bildiyiniz kimi, Dünya Bankı bu yaxınlarda Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin auditini həyata keçirmək üçün namizədliyini irəli sürmüş bir sıra audit firmalarının fəaliyyətini nəzərdən keçirmişdir. Bu Dünya Bankının standart araşdırmasıdır və Bank tərəfindən maliyyələşən layihələr, icraçı qurumlar və benefisiarların fəaliyyətinə dair auditin aparılması üçün uyğun bildiyimiz firmalarla bağlı müştərilərimizin təlimatlandırılmasına yönəlmişdir. Araşdırma zamanı firmaların audit aparma qabliyyətinin yoxlanılmasını əhatə edən standart metodologiyadan istifadə olunmuşdur. Nəzərinizə çatdırırıq ki, Dünya Bankı məsul tərəfin şəffaflığı və məsuliyyətliliyi məsələlərinə çox böyük əhəmiyyət verir.
Böyük məmnuniyyətlə, sizə aparılmış araşdırmanın yekun nəticələrini açıqlamaq istərdik. Araşdırılmış on iki audit firması arasından Bankın maliyyələşdirdiyi layihələrin auditini aparmaq üçün yararlı olan altı firmanın adı aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Ernst & Young Holdings (CIS) B.V Azerbaijan
Firma Bank tərəfindən maliyyələşən layihələrin auditinin aparılması üçün
tamamilə yararlıdır.
Deloitte & Touche, LLC, Azerbaijan
Firma Bank tərəfindən maliyyələşən layihələrin auditinin aparılması üçün
tamamilə yararlıdır.
Pricewaterhouse Coopers
Firma Bank tərəfindən maliyyələşən layihələrin auditinin aparılması üçün
tamamilə yararlıdır.
Moore Stephens Azerbaijan Limited
Firma Bank tərəfindən maliyyələşən layihələrin auditinin aparılması üçün
tamamilə yararlıdır.
Baker Tilly Azerbaijan LLC
Firma Bank tərəfindən maliyyələşən layihələrin auditinin aparılması üçün
tamamilə yararlıdır.
BKR ISIK Consulting Lt0064 Bu firma yalnız qrant və kreditlərin auditinin aparılması üçün yararlıdır.Aparılan bütün audit prosesinə və imzalanan audit rəylərinə görə baş türk
şirkəti məsuliyyət daşıyır.
Müvafiq firmalar araşdırmanın nəticələri barədə məlumatlandırılacaqlar. Həm dövlət qurumları, həm də audit firmaları tərəfindən təmin olunmuş dəstəyə və əməkdaşlığa görə öz təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Qreqori T. Yedrzejczak
Dünya Bankının
Azərbaycan üzrə meneceri