Auditorlar Palatasının üzvləri üçün beynəlxalq maliyyə hesabatı standartları (IFRS), ictimai sektor üzrə beynəlxalq uçot standartları (IPSAS) və beynəlxalq audit standartlarına (ISA) dair beynəlxalq treyninq və kurslar barədə
Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) və Avropa Mühasiblər Federasiyasının (FEE) fəal üzvlərindən olan İrlandiyanın Sertifikatlı İctimai Mühasiblər İnstitutu (CPAI) İrlandiyanın aparıcı mühasibat qurumu olmaqla yanaşı, həm də peşəkar mühasiblər üçün davamlı peşə inkişafına (CPD) dair yüksək keyfiyyətli kursların təşkilində uzun müddətli ənənəyə malik peşəkar təşkilatdır.
CPAI, Palatanın əməkdaşları və üzvləri üçün də maraqlı və yararlı ola biləcək müxtəlif təlimlərin təşkili istiqamətində maliyyə sahəsindəki qlobal və aparıcı treyninq şirkəti olan IASeminarsla əməkdaşlıq etməkdədir.
CPAI və IASeminars peşəkar mühasiblər üçün davamlı peşə inkişafına (CPD) dair müvafiq kursların təşkili sahəsində çoxillik birgə təcrübəyə malikdirlər.
IASeminars haqqında qısa məlumat:
IASeminars - beynəlxalq maliyyə hesabatı məsələləri üzrə ixtisaslaşmış qlobal treyninq şirkətidir. IASeminars dünyanın istənilən yerində çox geniş və ən müxtəlif sahələri əhatə edən texniki kurslar təşkil edir. Şirkətin ekspert heyəti PwC, Deloitte və Grant Thorton kimi nüfuzlu mühasibat firmalarından olan məruzəçilərdən təşkil olunmuşdur və o ABŞ, Kanada və Avropanın peşəkar institutlarının üzvləri üçün göstərilən treyqninq xidmətləri üzrə rəsmi provayder kimi fəaliyyət göstərməkdədir.
Bütün bu və digər kursların tam siyahısını əldə etmək, treyninqlərə onlayn yazılmaq , CPAI tərəfindən təklif olunan 10% güzəştli qiymətlərdən yararlanmaq və treyninqlər barədə daha ətraflı məlumat almaq üçün üçün aşağıdakı linkdən istifadə etməyiniz xahiş olunur: http://www.iaseminars.com/en/cpai.html
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır