Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf etdirilməsi, aparılan auditlərin keyfiyyətinin qanunvericiliyə, normativ hüquqi aktlara və audit standartlarına uyğun olması, auditor peşəsinin nüfuzunun artırılması, xidmət bazarında haqsız rəqabətə yol verilməməsi və auditorların peşə-ixtisas səviyyəsinin beynəlxalq təcrübəyə uyğun şəkildə təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasında sərbəst auditorlar və auditor təşkilatları arasında keçirilən həvəsləndirmə tədbirlərindən biri də ilin sərbəst auditorlar və auditor təşkilatları arasında ən yaxşısını və məcburi auditin obyektləri üzrə yerinə yetirilmiş müqavilələrin orta məbləğini müəyyən etmək üçün təşkil olunan ənənəvi yarışdır.
Ən yaxşı sərbəst auditorun və auditor təşkilatının müəyyən edilməsi üzrə müsabiqə
Palata Şurasının 2000-ci il 12 iyul tarixli 58//4saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə (Palatası Şurasının 2005-ci il 13 may tarixli 148//1 saylı qərarı ilə olunmuş dəyişiklik və əlavələrlə) və Auditorlar Palatası sədrinin 2008-ci il 01 may tarixli 10 saylı əmri ilə yaradılmış komissiya tərəfindən 2007-ci ilin nəticələri üzrə ən yaxşı sərbəst auditorunu və auditor təşkilatını müəyyən etmək üçün aparılmış araşdırma 45 sərbəst auditoru, 47 auditor təşkilatını və 4 xarici auditor təşkilatının filialını (və ya nümayəndəliyini) əhatə etmişdir. Araşdırma zamanı 4 sərbəst auditorun, 5 auditor təşkilatının və 4 xarici auditor təşkilatının filialının (və ya nümayəndəliyinin) müsabiqədə iştirak etmək hüququnun olmadığı müəyyən edilmişdir.
Komissiyanın yekun rəyi Palatası Şurasının 2008-ci il 27 may tarixli iclasında müzakirə edilərək, 192//1 saylı qərarına əsasən:
- sərbəst auditorlar arasında ən yaxşı nəticə göstərmiş Namiq Rasim oğlu Abbaslı, ikinci nəticə göstərmiş Nigar Məmməd qızı Rəhimova və üçüncü nəticə göstərmiş Emil Nizami oğlu Məmmədov diplom və xatirə hədiyyəsinə layiq görülmüşlər;
- auditor təşkilatları arasında ən yaxşı nəticə göstərmiş "AGN MAK AZƏRBAYCAN LTD" məhdud məsuliyyətli cəmiyyəti (direktor Zamin Ramazan oğlu Hüseynov), ikinci nəticə göstərmiş "RR & VAM-Beynəlxalq" müstəqil auditor firması (prezident Vaqif Ağahüseyn oğlu Ağayev) və üçüncü nəticə göstərmiş "Forum" məhdud məsuliyyətli auditor müəssisəsi (direktor Səttar Aydın Səttar oğlu) diplom və xatirə hədiyyəsinə layiq görülmüşlər.
Yerinə yetirilmiş müqavilələrin orta məbləği üzrə müsabiqə
Palata Şurasının 2003-cü il 8 iyul tarixli 114///1 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə (Palatası Şurasının 2007-ci il 29 mart tarixli 177//3 saylı qərarı ilə olunmuş dəyişiklik və əlavələrlə) və Auditorlar Palatası sədrinin 2007-ci il 01 may tarixli 09 saylı əmrinə əsasən yaradılmış komissiya tərəfindən 2007-ci ilin nəticələri üzrə yerli auditor təşkilatları, sərbəst auditorlar və auditor təşkilatlarının tərkibində fəaliyyət göstərən auditorlar tərəfindən məcburi auditin obyektləri üzrə yerinə yetirilmiş müqavilələrin orta məbləğlərini müəyyən etmək üçün aparılmış araşdırma 45 sərbəst auditoru, 47 auditor təşkilatını və 60 auditor təşkilatının tərkibində fəaliyyət göstərən auditoru əhatə etmişdir. Araşdırma zamanı 9 sərbəst auditorun, 15 auditor təşkilatının və 25 auditor təşkilatının tərkibində fəaliyyət göstərən auditorun müsabiqədə iştirak etmək hüququnun olmadığı müəyyən edilmişdir.
Komissiyanın yekun rəyi Palatası Şurasının 2008-ci il 27 may tarixli iclasında müzakirə edilərək, 192/2 saylı qərarına əsasən:
- sərbəst auditorlar arasında ən yaxşı nəticə göstərmiş sərbəst auditor Firidun Malı oğlu Göyüşov, ikinci nəticə göstərmiş Nazim Zakir oğlu Axundov və üçüncü nəticə göstərmiş Vaqif Xəlil oğlu Axundov diplom və xatirə hədiyyəsinə layiq görülmüşlər;
- auditor təşkilatları arasında ən yaxşı nəticə göstərmiş "AGN MAK AZƏRBAYCAN LTD" məhdud məsuliyyətli cəmiyyəti (direktor Zamin Ramazan oğlu Hüseynov), ikinci nəticə göstərmiş "Kapital Audit LTD" məhdud məsuliyyətli cəmiyyəti (direktor İslam Qurban oğlu Bayramov) və üçüncü nəticə göstərmiş «BAKER TILLY AUDİT AZƏRBAYCAN» məhdud məsuliyyətli cəmiyyəti (direktor Kamran Kamil oğlu Rəhimov) diplom və xatirə hədiyyəsinə layiq görülmüşlər;
- auditor təşkilatının nəzdində fəaliyyət göstərən auditorlardan arasında ən yaxşı nəticə göstərmiş İslam Qurban oğlu Bayramov («Kapital Audit LTD» məhdud məsuliyyətli cəmiyyəti), ikinci nəticə göstərmiş Ayaz Üzeyir oğlu Soltanov ("Kaspian Konsaltinq" auditor şirkəti) və üçüncü nəticə göstərmiş Rəşid Musa oğlu Qocayev («BAKER TILLY AUDİT AZƏRBAYCAN» məhdud məsuliyyətli cəmiyyəti) diplom və xatirə hədiyyəsinə layiq görülmüşlər.