Azərbaycan Respublikası Auditorlar Palatasının Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinin müdiri Maarif Qurban oğlu Abbasov 2008-ci ilin 07 noyabr tarixində Türkiyə Daxili Auditorlar İnstitutunun "İnkişaf edən və genişlənən daxili audit" devizi ilə İstanbul şəhərində keçirilən XII Daxili Auidit Konqresində iştirak edərək "Audit-Azərbaycan " İnstitutunu təmsil etmişdir. Bir gün davam edən tədbirdə İnkişaf edən daxili audit-Yeni Rok ulduzu, İctimai sektorda inkişaf edən daxili audit, İdarəetmə və risk menecmenti-daxili auditorlar və yuxarı səviyyəli menecerlər/İdarə heyəti üzvləri üçün düşüncələr, Daxili auditə fayda verən təcrübələr və digər mövzularda məruzələr dinlənilmişdir. Kongresin işində IIA Direktorlar Şurasının katibi Phil Tarling, IIA Şimali Amerika İdarə Heyətinin üzvü Thomas J. Warga, IIA İtaliyanın Fəxri Prezidenti Giovanni Grossi və Türkiyə Respublikasında fəaliyyət göstərən müxtəlif təşkilatları təmsil edən 300-dən artıq nümayəndə iştirak etmişdirdi. Tədbirin sonunda bir sıra iştirakçılara o cümlədən "Audit-Azərbaycan" İnstitutunu təmsil edən M.Abbasova Türkiyə Daxili Auditorlar İnstitutunun sertifaktı təqdim olunmuşdur. Sonda bir qrup tədbir iştirakçısı xatirə şəkli çəkdirmişlər.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır