Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü Prof. Tomas Amlinq-dən məktub
2008-12-01
Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü Prof. Tomas Amlinq-dən məktub
Hörmətli cənab Novruzov,
Daxili Audit haqqında Qanunun Azərbaycanda geniş yayılması və həyata keçirilaməsi üçün göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm. Sizin çıxışınız göstərdi ki, Azərbaycan Daxili Audit sahəsində çoxlu nailiyyətlər əldə edib və bir çox ölkələrə nümunə ola bilər.
Almaniyada maliyyə xidmətləri sektorunda yalnız müəyyən nizamnamələr mövcud olsa da, onlar Azərbaycanın bu sahədəki qanunu qədər əhatəli və hərtərəfli deyil.
Siz və nümayəndə heyətinizin üzvləri konfransın digər iştirakçılarında çox səmimi və xoş təəssürat yaratdınız. Sizi Daxili Auditorlar İnstitutunun digər konfranslarında yenidən görmək arzusundayıq.
Almaniyada Daxili Audit sahəsi ilə bağlı hər hansı sualınız olarsa, bizə e-maillə müraciət edə bilərsiniz.
Hörmətlə, Prof. Tomas Amlinq Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır