2008-12-01
AZƏRBAYCANIN DAXİLİ AUDİT TƏCRÜBƏSİ AVROPADA TƏQDİR OLUNUR
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, IIA-nın "Audit- Azərbaycan" bölməsinin Azərbaycan Daxili Auditorlar İnstitutunun prezidenti, professor Vahid Novruzov başda olmaqla, respublikamızın daxili auditorlarının nümayəndə heyəti 2008-ci ilin 18-23 noyabr tarixlərində Avropa Daxili Audit İnstitutları Konfederasiyasının Berlin şəhərində keçirilmiş illik konfransında və Almaniya Federativ Respublikası Daxili Auditorlar İnstitutunun 50 illik yubileyi tədbirlərində iştirak etmişdir. Azərbaycan auditorlarının 2004-cü ildən üzv olduğu və 40-dan çox ölkənin 461 təmsilçilərinin iştirak etdiyi Avropa Konfederasiyasının illik konfransında Avropada daxili audit peşəsi, korporativ idarəetməyə hazırlıq, korporativ strategiya və daxili auditin əlaqəsi, Şərqi Avropada planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid dövründə daxili auditin inkişafı, Şərqi və Qərbi Avropada daxili auditin təşkili və strukturu, orta ölçülü şirkətlər və daxili audit, qlobal daxili audit peşəsi, sığorta sahəsində daxili auditin inkişafı, kiçik müəssisələrdə daxili audit problemləri və s. mövzular üzrə məruzələr dinlənilmiş, peşəkar müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.Konfransın proqramına uyğun olaraq, professor Vahid Novruzov "Azərbaycanda daxili audit qanunvericiliyi" mövzusunda məruzə etmişdir. Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazovun yaxından dəstəyi ilə xarici ölkə nümayəndələrinin diqqətinə əyani şəkildə çatdırılan və iştirakçılar tərəfindən diqqətlə qarşılanan məruzədə son illərdə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatların nəticələri, nəzarət sisteminin təkmilləşdirilməsi, xüsusən də şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli tədbirlər barədə ətraflı bəhs olunmuşdur. Səfər müddətində nümayəndələrimiz bir sıra ölkələrin, o cümlədən ABŞ, Almaniya, Türkiyə, İndoneziya, Fransa, İtaliya və Rusiyanın təmsilçiləri ilə işgüzar görüşlər keçirmiş, Azərbaycan Respublikasında dövlət quruculuğu və iqtisadi islahatların aparılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə maliyyə nəzarətinin rolu, auditin inkişafı istiqamətində əldə edilən nailiyyətlər barədə onlara geniş məlumatlar vermişlər. Ölkəmizdə "Daxili audit haqqında" Qanunun qəbul edilməsi və tətbiqi barədə məlumatlar xarici ölkələrdən olan həmkarlarda xüsusilə böyük maraq doğurmuşdur. Nümayəndələrimiz Almaniya Federativ Respublikası Daxili Auditorlar İnstitutunun 50 illik yubileyi tədbirlərində də iştirak etmiş və xatirə hədiyyəsi təqdim etmişlər. Almaniya Daxili Auditorlar İnstitutunun prezidenti Bernard Şartman Azərbaycanın daxili audit qanunvericiliyi sahəsində bütün Avropa ölkələrini qabaqladığını xüsusi qeyd etmişdir. Yeri gəlmişkən, Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirən Almaniya daxili auditorları azərbaycanlı həmkarları ilə əməkdaşlığa xüsusi maraq göstərmiş və ikitərəfli əməkdaşlıq sazişinin imzalanması təklifi ilə müraciət etmişlər. Azərbaycan və Almaniya daxili auditorları arasında əməkdaşlıq sazişinin imzalanmasının 2009-cu ilin may-iyun aylarında Bakıda reallaşması barədə ilkin razılaşma əldə edilmişdir.Konfrans zamanı audit sahəsində çoxlu sayda normativ hüquqi sənədlər və digər materiallar əldə edilərək, tətbiq olunmaq üçün respublikamıza gətirilmişdir. |
|
2010-08-31 Məlumt verirk ki:
|
2010-08-25 Məlumt verirk ki:
|
2010-08-18 Məlumt verirk ki:
|
2010-07-28 ELAN
|
2010-06-30 Məlumt verirk ki:
|
2010-06-29 Malumat üçün bildiririk ki:
|
2010-06-03 Malumat üçün bildiririk ki:
|
2010-06-10 Auditorlar adı almaq üçün keçirilən imtahanların nəticələri
|
2010-05-20 DİQQƏT!
|
2010-05-07 Malumat üçün bildiririk ki:
|
2010-04-13 Malumat üçün bildiririk ki:
|
2010-03-29 E L A N
Azərbaycan Respublikasının Auditorlar Palatası
AUDİTOR ADI ALMAQ ÜÇÜN
imtahan keçirir:
|
2010-03-18 Malumat üçün bildiririk ki:
|
2010-03-14 Məlumat veririk ki:
|
2009-12-22 Eminov Otello Zəkəriyyə oğlu
(15.02.2005-ci il tarixli, SA/247 qeydiyyat saylı, 018067 seriyalı
lisenziya)
|
2009-12-10 AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI
|
2009-11-25 İxtisasartırma komissiyasının protokolu
|
2009-10-20 "BÖHRANDAN SONRAKI İQTİSADİYYATDA
MALİYYƏ RESURSLARININ SƏMƏRƏLİ İDARƏ
OLUNMASINDA ŞƏFFAFLIĞIN ROLU" MÖVZUSUNDA
BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS
|
2009-06-26 Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin sərəncamı
|
2009-08-27 Yerinə yetirilmiş müqavilələrin orta məbləği. Müsabiqəsinə yekun vurulmuşdur
|
2009-08-07 ELAN
|
2009-07-14 Azərbaycan Respublikasının Auditorlar Palatası 2008-ci il maliyyə hesabatı
|
2009-06-16 06 iyun tarixində keçirilmiş imtahanların nəticələri
|
2009-06-16 AZƏRBAYCAN RESPUBLIKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI
|
2009-06-04 ANKET
|
2009-06-04 AZƏRBAYCAN RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ Ə S A S N A M Ə
|
2009-06-02 PARTNYORLUQ SAZİŞİ İMZALANMIŞDIR
|
2009-05-14 RUMINİYA MALİYYƏ AUDİTORLARI PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA
|
2009-04-24 Azərbaycan Rusiya Auditinin inkişafı naminə
|
2009-04-24 Məktub
|
2009-04-24 Hesabat
|
2009-02-23 Elan
|
2009-02-24 Azərbaycan Respublikasi Auditorlar Palatasi Sədrinin Sərəncamı
|
2009-02-24 «AUDİT-AZƏRBAYCAN» İnstitutunun 2008-CI İL ÜZRƏ FƏALİYYƏTİNƏ DAİR İDARƏ HEYƏTİNİN HESABATI
|
2009-01-27 «AUDİTOR XİDMƏTİNİN AKTUAL PROBLEMLƏRİ»
MÖVZUSUNDA KEÇİRİLMİŞ SORĞUNUN
NƏTİCƏLƏRİ
|
2009-01-27 Elan
|
2009-01-26 Elan
|
2009-01-26 Elan
|
2009-01-19 Elan
|
2008-12-30 20 dekabr 2008-ci ildə keçirilmiş imtahan nəticələri
|
2008-12-03 İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışı
|
2008-12-01 AZƏRBAYCANIN DAXİLİ AUDİT TƏCRÜBƏSİ AVROPADA TƏQDİR OLUNUR
|
2008-12-01 Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü Prof. Tomas Amlinq-dən məktub
|
2008-11-26 Polşa Mühasiblər Assosiasiyasının prezidenti cənab Zbigniev Messner tərəfindən təşəkkür məktubu....
|
2008-11-26 Türkiyyədə XII Daxili Auidit Konqresi
|
2008-11-21 Mətbuat Üçün Məlumat
|
2008-11-05 2009-cu il üçün nəzərdə tutulan Təlimlərin (Treyninqlərin) Təqvimi
|
2008-11-05 Avropa Mühasiblər və Auditorlar Federasiyasında yeni üzvümüz…
|
2008-10-08 Azərbaycan Respublikası Auditorlar Palatasının 2007 - ci il üzrə maliyyə hesabatları auditor yoxlamasından keçirilmiş və nəşr etdirilmişdir.
|
2008-09-23 AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
|
2008-09-23 “ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN ROLU VƏ ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS
|
2008-08-22 Protokol 1
|
2008-08-22 İmtahan vermiş şəxslərin sayı
|
2008-08-22 Protokol 2
|
2008-08-15 ELAN
|
2008-07-16 15:51 Cənab Fəxrəddin İsmayılov
|
2008-07-08 10:51 DAXİLİ AUDİTORLARIN HAZIRLANMASI İŞİNƏ
ƏMƏLİ TÖHFƏ
|
2008-06-25 10:30 Polşa Milli Auditorlar Palatasının nümayəndə
heyətinin Bakıda rəsmi səfəri
|
2008-06-25 10:24
Polşa Milli Auditorlar Palatasının nümayəndə
heyətinin Bakıda rəsmi səfəri
|
2008-06-25 16:38 POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ
HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI
|
2008-07-08 16:32 Daxili audit.
|
2008-06-25 16:08 POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ
HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI
|
17.06.08 ELAN
|
06.06.08 YARIŞ-MÜSABİQƏNİN NÖVBƏTİ LAUREATLARI
|
23.05.08 E L A N
|
30.04.08 Daxili Auditorlar İnstitutunun (IIA) sertifikatlaşdırma imtahanları kompüter vasitəsilə aparılacaqdır
|
21.04.08 E L A N
|
21.04.08 E L A N
|
21.04.08 E L A N
|
21.04.08 E L A N
|
21.04.08 E L A N
|
21.04.08 E L A N
|
2009-11-25 İxtisasartırma komissiyasının protokolu
|