İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışı
2008-12-03
İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışı
Əziz İFAC üzvləri və regional mühasibat qruplaşmalari, aşağıdakı linkdən istifadə etməklə İFAC-ın üzv təşkilatları və digər əlaqəli təşkilatların internet saytlarındakı xəbər başlıqlarını əhatə edən İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışını görə bilərsiniz:
Əgər link işlək vəziyyətdə olmasa, siz həmin kataloqu İFAC saytında yerləşən Communications menyusundan "Global Digest"i seçməklə də əldə edə bilərsiniz.
Kataloqun bu dəfəki buraxılışı aşağıdakıları əhatə edir:
Üzv və Regional Mühasibat Qruplaşmalar
1. ACCA Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) və Şifahi Hesabat barədə iki araşdırma aparıb 2. Avstraliyanın CPA təşkilatı "Ümumdünya Hesabat Təşəbbüsü" təşkilatı ilə Niyyət protokolu imzalayıb 3. ICAEW-nun Audit Firmaların İdarə heyətinə müraciəti 4. İrlandiya İnstitutunun Hökümətin İdarəçiliyi Gücləndirmə Strategiyasına cavabı 5. ICAS, Siyasi Liderləri Ədalətli Dəyərləri dəstəkləməyə çağırır 6. Banqladeş Beynəlxalq Maliyyə Hesabatı Standartları təlimini sürətləndirir 7. Cənubi Afrikada orta səviyyəli mühasiblərin təlim keçmələri üçün AAT yaradılıb
Beynəlxalq və Digər Təşkilatlar:
1. Kanadanın Hesablama Standartları Şurası Aktivlərin Təsnifatına Düzəlişlər edib 2. Avropa Komissiyası Beynəlxalq Maliyyə Hesabatı Standartlarının mətnini təsdiq edib 3. IASB qeyri-aktiv bazarlarda ədalətli dəyər ölçülərinin tətbiqinə çalışır 4. PCAOB Vergilərin Qoyulması və Risk təhlükəsinin aradan qaldırılması üçün Yeni Audit Standatrları təklif edir 5. Peşəkar Nəzarət Şurası qeyri E.U Audit Firmaları üçün nəzərdə tutulmuş tələbləri açıqlayıb 6. SEC Cari Qiymətlər üzrə Hesablama barədə araşdırmalara başlayıb
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır