Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) təsərrüfat subyektlərinin mühasibat uçotu və maliyyə hesabatlarında şəffaflığın təmin olunması sahəsində tədbirlərin görülməsini nəzərdə tutan 46-cı və qanunvericiliyə uyğun olaraq təsərrüfat subyektlərinin auditdən yayınması hallarının qarşısının alınması üçün tədbirlər görülməsini nəzərdə tutan 48-cibəndlərinin tələblərinəuyğun olaraq, aşağıda göstərilən təsərrüfat subyektləri mövcud qanunvericiliyə əsasən maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü auditor rəyi ilə təsdiq etməlidirlər:
Xatırladırıq ki, müvafiq dövlət orqanları tərəfindən öz səlahiyyətləri daxilində müəssisələrin (vergi ödəyicilərinin) fəaliyyətinin araşdırılması təsərrüfat subyektlərini qanuni auditor yoxlamasından azad etmir.
Azərbaycan Respublikası Auditorlar Palatası təsərrüfat subyektləriniauditdən keçmək barədə qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.
Auditorlar Palatasının üzvü olan sərbəst auditorlar vəauditor təşkilatları barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet saytından (http://www.audit.gov.az/) əldə edə bilərsiniz.
Auditor xidməti sahəsində hər hansı bir sual yaranarsa, Auditorlar Palatasına müraciət etməyiniz xahiş olunur.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır