İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2009-cu ilin 1 aprel tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikası Auditorlar Palatasına təqdim etməlidirlər:
İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə;
Şəxsiyyət vəsiqəsi və surəti;
Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
Əmək kitabçasının surəti;
Yaşayış yerindən arayış;
4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
İmtahan ödənişlidir.
Maraqlananlar Azərbaycan Respublikası Auditorlar Palatasının Elmi tədqiqat və tədris mərkəzinə müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır