Azərbaycan Respublikasi Auditorlar Palatasi Sədrinin SərəncamıBakı şəhəri № 1//2 28 yanvar 2009-cu il
«Daxili nəzarət və audit: şəffaflığın və səmərəliliyin təminatı» mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın Fəaliyyət Planının (2007-2011-ci illər) və Palatanın 2009-cu il uçun iş planının icrası ilə əlaqədar qərara alıram:
2009-cu ilin iyun ayında «Daxili nəzarət və audit: şəffaflığın və səmərəliliyin təminatı» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilməsi məqsədəmüvafiq hesab edilsin..
Beynəlxalq elmi-praktik konfransın keçirilməsi üzrə aşağıdakı tərkibdən ibarət işçi qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri:
- Qəşəm Bayramov - Auditorlar Palatası aparatının rəhbəri;
Üzvləri:
- Ramiz Qənizadə - Azərbaycan Daxili auditorlar İnstitunun
vitse- prezidenti, işçi qrupunun rəhbərinin
müavini ;
- Nəcəf Talıbov - Palata sədrinin elmi-metodik məsələlər üzrə
müşaviri;
- Maarif Abbasov - Korrupsiyaya qarşı mübarizə və daxili audit
şöbəsinin müdiri;
- Vəli Rəhimov - Maliyyə-təsərrüfat şöbəsinin müdiri;
- Səbuhi Gülməmmədov - Elmi-tədqiqat və tədris mərkəzinin direktoru;
- Şakir Yaqubov - Redaksiya-nəşriyyat şöbəsinin müdiri;
- Tamerlan İbrahimov - Xarici əlaqələr şöbəsinin müdiri;
- Sahib Rüstəmov - Daxili audit bölməsinin müdiri;
- Tural İsmayılov - İnformasiya texnologiyaları bölməsinin müdiri.
3. Beynəlxalq elmi-praktik konfransın keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının təsdiq edilsin (Əlavə olunur).
4. İşçi qrupuna tapşırılsın ki, beynəlxalq elmi-praktik konfransın təşkili ilə əlaqədar bütün tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etsin.
PALATANIN SƏDRİ V.NOVRUZOV