eng
Ana səhifə     Struktur     Əlaqə

08 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB


2009-04-24

AZƏRBAYCAN VƏ RUSİYA AUDİTİNİN İNKİŞAFI NAMİNƏ

Rusiya  Auditorlar Kollegiyası Mərkəzi Şurasının sədri Aleksandr Ruf başda olmaqla, kollegiyanın nümayəndə heyəti dörd gün ərzində  Azərbaycanda  işgüzar səfərdə olmuşdur.
30 mart 2009-cu il tarixində Azərbaycan  Respublikası Auditorlar Palatasında Rusiya Auditorlar Kollegiyası ilə Əməkdaşlıq haqqında  sazişin  imzalanması mərasimi olmuşdur.

Azərbaycan  Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid  Novruzov mərasimi açaraq qonaqları salamlamış, Azərbaycanda auditin  təşəkkülü və inkişafı tarixi barədə qısaca  məlumat vermişdir. O, xüsusi  qeyd etmişdir ki, Azərbaycanda auditin  meydana gəlməsi  və təşəkkül tapması ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır, Prezident İlham Əliyev isə maliyyə nəzarəti, şəffaflıq məsələlərini dövlət siyasəti  səviyyəsinə  qaldırmışdır.

Rusiya Auditorlar Kollegiyası Mərkəzi Şurasının sədri, iqtisad elmləri namizədi Aleksandr Ruf Azərbaycan auditorları ilə əməkdaşlığın onlar üçün böyük əhəmiyyət kəsb etdiyini, məhz buna görə iki peşə  qurumunun indiki inkişaf mərhələsində bu əməkdaşlığı  genişləndirmək və möhkəmləndirmək zərurəti olduğunu  qeyd etmişdir. O, başçılıq etdiyi qurum barədə məlumat verərək demişdir ki, Rusiya Auditorlar Kollegiyası özünütənzimləyən audit birliyidir. Onun təsis yığıncağı 1992-ci il  iyunun 17-də keçirilib. Kollegiyaya audit, mühasibat və maliyyə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üzv ola bilər. 2009-cu il yanvarın 1-nə  Rusiya Auditorlar Kollegiyasının 1810 fərdi (auditor) və 500 kollektiv (auditor təşkilatları) üzvü olmuşdur. Rusiya Auditorlar Kollegiyasının   fəaliyyətinin  əsas istiqamətləri aşağıdakılardır:
•    Rusiyada auditor fəaliyyətini  tənzimləyən qanunvericilik aktları  layihələrinin işlənib hazırlanmasında iştirak etmək;     
•    Rusiyada auditin  inkişaf  konsepsiyasını  işləyib hazırlamaq;
•    Auditor fəaliyyəti standartlarının  işlənib hazırlanmasında  və tətbiqində iştirak etmək;
•    auditin keyfiyyətinə nəzarətin əsas prinsiplərini və konkret metodikasını işləyib hazırlamaq;
•    dövlət maliyyə və vergi orqanları, müvafiq  nazirliklər ilə qarşılıqlı fəaliyyəti təşkil etmək.                             
Rusiya Auditorlar Kollegiyası  öz üzvlərinin audit standartlarına və peşə etikası məcəlləsinə  riayət etməsi üzərində nəzarəti həyata  keçirir, kollegiyanın tədris-metodik mərkəzi isə auditorların və mühasiblərin ixtisasartırılması ilə  ardıcıl  məşğul olur.

Azərbaycan Respublikası Auditorlar Palatası kimi, Rusiya Auditorlar Kollegiyası da 2008-ci il noyabrın 13-də  Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) tamhüquqlu üzv qəbul edilmişdir. Kollegiya, həmçinin, Avrasiya  Sertifikatlı Mühasiblər və Auditorlar Şurasının  yaradıcılarından və üzvlərindən biridir  (Azərbaycan Respublikası Auditorlar Palatası 2007-ci ilin aprelində bu Şuraya üzv olmuşdur).
Dərin minnətdarlıq hissi ilə qeyd edilmişdir ki, Rusiya Auditorlar Kollegiyası  ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında ilk əməkdaşlıq sazişi ulu öndər Heydər Əliyevin  xeyir-duası ilə 1999-cu il martın 19-da Mockva şəhərində  imzalanmışdır: Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 fevral tarixli  sərəncamı ilə həmin sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Auditorlar Palatasının sədri cənab Vahid Novruzova verilmişdir.
İndiki saziş  peşə  fəaliyyəti  sahəsində 1999-cu il 19 mart tarixli əməkdaşlıq haqqında sazişlə əsası qoyulmuş qarşılıqlı münasibətlərin daha da  möhkəmləndirilməsi məqsədini güdür. Bu sazişin əsas məqsəd və vəzifələri aşağıdakılardır:
•    Tərəflərin dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə kömək edən peşə fəaliyyətinin həyata keçirilməsi zamanı fəal surətdə   birgə fəaliyyət göstərmək;
•    Mühasibat uçotu və audit sahəsində inteqrasiya proseslərinin daha da inkişaf  etməsinə hərtərəfli yardım göstərmək;
•    Milli müstəqil audit təsisatlarının daha da təşəkkül tapmasına və inkişaf etməsinə yönəlmiş ümumi peşə maraqlarını  müəyyənləşdirmək;
•    Tərəflərin mütəxəssisləri arasında  işgüzar ünsiyyət üçün əlverişli şərait yaratmaq;
•    Peşə norma və standartlarının işlənib hazırlanması, tətbiqi və yerinə yetirilməsi üzərində nəzarətin təşkili üzrə Tərəflərin  səylərini birləşdirmək;

•    Mühasibat uçotu və audit üzrə  qanunvericilik və normativ aktların layihələri üzərində birgə işlər aparmaq;
•    Mühasibat uçotu və audit sahəsində mütəxəssislərin hazırlanmasını və ixtisasının  artırılmasını təşkil etmək;
•    Bir-birinin təcrübəsinin öyrənilməsi, mübadiləsi və aktuallaşdırılması, audit praktikası  məsələlərinə dair qarşılıqlı  məsləhətləşmələrin keçirilməsi üzrə işlər görmək;
•    İnformasiya texnologiyalarının və nəşriyyat fəaliyyətinin inkişaf etdirilməsində iştirak etmək;
•    Xarici və beynəlxalq peşə birlikləri ilə qarşılıqlı fəaliyyət göstərmək.
Sazişin həyata keçirilməsi məqsədilə  Tərəflər aşağıdakı istiqamətlər üzrə  qarşılıqlı fəaliyyətlərini təşkil edirlər:
•    Qanunvericiliklə tənzimlənmə  məsələləri də daxil olmaqla, peşə fəaliyyəti barədə bir-birinə informasiya təqdim etmək;
•    Əməkdaşlıq proqramlarının həyata  keçirilməsi çərçivəsində elmi, texniki,  iqtisadi və sair informasiya, habelə  standartlar, metodik göstərişlər, proqramlar, qaydalar və digər razılaşdırılmış peşə layihələri mübadiləsi aparmaq;
•    Qarşılıqlı surətdə maraq kəsb edən  problemlər üzrə təkliflər işləyib hazırlamaq məqsədilə  məsləhətləşmələr, birgə işgüzar görüşlər və tematik seminarlar keçirmək;
•    Auditor və mühasib fəaliyyəti standartlarının işlənib hazırlanması və tətbiqi, auditorların və mühasiblərin hazırlanması,  attestasiyası və ixtisasının  artırılması, onlar tərəfindən peşə etikası məcəlləsinin tələblərinə riayət olunması, onların peşə fəaliyyətinin keyfiyyəti üzərində nəzarətin həyata keçirilməsinin təşkili məsələləri də daxil olmaqla, peşə fəaliyyəti məsələlərinə  dair təcrübə mübadiləsinin aparılması və qarşılıqlı yardımın göstərilməsi üzrə tədbirlər təşkil etmək;
•    Beynəlxalq sertifikatlaşdırma və attestasiya proqramları üzrə mütəxəssislər hazırlanmasını əhatə edən birgə tematik  seminarlar və tədris tədbirləri keçirmək, habelə beynəlxalq elmi-praktik  konfranslar  və simpoziumlar təşkil etmək;

•    Tərəflərin keçirdiyi peşə tədbirlərində iştirak etmək;
•    Tərəflər üçün maraq kəsb edən məsələlər üzrə çap etdirilmiş  materialların mübadiləsini aparmaq;
•    Mühasiblərin və auditorların xarici və beynəlxalq peşə ittifaqları və birlikləri ilə əməkdaşlığın  təşkili üzrə birgə addımlar atmaq. Beynəlxalq təşkilatlarda Tərəfləri təmsil və maraqlarını müdafiə etmək. Təhsil və peşə  fəaliyyəti məsələləri üzrə Beynəlxalq  Mühasiblər Federasiyası, Avrasiya Sertifikatlı  Mühasiblər və Auditorlar Şurası və digər təşkilatlar ilə qarşılıqlı fəaliyyəti təşkil etmək.
İmzalanma mərasimindən sonra Rusiya Auditorlar Kollegiyası Mərkəzi Şurasının sədri Aleksandr Ruf və kollegiyanın icraçı direktoru Nataliya Melnikova Rusiyada auditor fəaliyyətinin təşkili və tənzimlənməsi təcrübəsi barədə  toplaşanların suallarını cavablandırmışlar.

Sazişin imzalanması mərasimindən əvvəl Rusiya Auditorlar  Kollegiyasının nümayəndələri Fəxri  xiyabanda  ulu öndər  Heydər Əliyevin  məzarını ziyarət etmiş, habelə görkəmli alim Zərifə Əliyevanın məzarı önünə  tər çiçək dəstələri qoymuşlar.
Bakıda olduğu günlərdə rusiyalı qonaqlar həmçinin Heydər Əliyev Fondunda olmuş, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi etmiş,  Azərbaycan paytaxtının görməli yerləri ilə  tanış olmuşlar.



Foto Bəbir NƏCƏFOVUNDUR


2010-08-31
Məlumt verirk ki:


2010-08-25
Məlumt verirk ki:


2010-08-18
Məlumt verirk ki:


2010-07-28
ELAN


2010-06-30
Məlumt verirk ki:


2010-06-29
Malumat üçün bildiririk ki:


2010-06-03
Malumat üçün bildiririk ki:


2010-06-10
Auditorlar adı almaq üçün keçirilən imtahanların nəticələri


2010-05-20
DİQQƏT!


2010-05-07
Malumat üçün bildiririk ki:


2010-04-13
Malumat üçün bildiririk ki:


2010-03-29
E L A N Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir:


2010-03-18
Malumat üçün bildiririk ki:


2010-03-14
Məlumat veririk ki:


2009-12-22
Eminov Otello Zəkəriyyə oğlu (15.02.2005-ci il tarixli, SA/247 qeydiyyat saylı, 018067 seriyalı lisenziya)


2009-12-10
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


2009-10-20
"BÖHRANDAN SONRAKI İQTİSADİYYATDA MALİYYƏ RESURSLARININ SƏMƏRƏLİ İDARƏ OLUNMASINDA ŞƏFFAFLIĞIN ROLU" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS


2009-06-26
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin sərəncamı


2009-08-27
Yerinə yetirilmiş müqavilələrin orta məbləği.
Müsabiqəsinə yekun vurulmuşdur



2009-08-07
ELAN


2009-07-14
Azərbaycan Respublikasının Auditorlar Palatası 2008-ci il maliyyə hesabatı


2009-06-16
06 iyun tarixində keçirilmiş imtahanların nəticələri


2009-06-16
AZƏRBAYCAN RESPUBLIKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-06-04
ANKET


2009-06-04
AZƏRBAYCAN RESPUBLİKASINDA
AUDİTOR XİDMƏTİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ
Ə S A S N A M Ə



2009-06-02
PARTNYORLUQ SAZİŞİ İMZALANMIŞDIR


2009-05-14
RUMINİYA MALİYYƏ AUDİTORLARI PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA


2009-04-24
Azərbaycan Rusiya Auditinin inkişafı naminə


2009-04-24
Məktub


2009-04-24
Hesabat


2009-02-23
Elan


2009-02-24
Azərbaycan Respublikasi Auditorlar Palatasi Sədrinin Sərəncamı


2009-02-24
«AUDİT-AZƏRBAYCAN» İnstitutunun 2008-CI İL ÜZRƏ FƏALİYYƏTİNƏ DAİR İDARƏ HEYƏTİNİN HESABATI


2009-01-27
«AUDİTOR XİDMƏTİNİN AKTUAL PROBLEMLƏRİ» MÖVZUSUNDA KEÇİRİLMİŞ SORĞUNUN NƏTİCƏLƏRİ


2009-01-27
Elan


2009-01-26
Elan


2009-01-26
Elan


2009-01-19
Elan


2008-12-30
20 dekabr 2008-ci ildə keçirilmiş imtahan nəticələri


2008-12-03
İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışı


2008-12-01
AZƏRBAYCANIN DAXİLİ AUDİT TƏCRÜBƏSİ AVROPADA TƏQDİR OLUNUR


2008-12-01
Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü  Prof. Tomas Amlinq-dən məktub


2008-11-26
Polşa Mühasiblər Assosiasiyasının prezidenti cənab Zbigniev Messner tərəfindən təşəkkür məktubu....


2008-11-26
Türkiyyədə XII Daxili Auidit Konqresi


2008-11-21
Mətbuat Üçün Məlumat


2008-11-05
2009-cu il üçün nəzərdə tutulan Təlimlərin (Treyninqlərin) Təqvimi


2008-11-05
Avropa Mühasiblər və Auditorlar Federasiyasında yeni üzvümüz…


2008-10-08
Azərbaycan Respublikası Auditorlar Palatasının 2007 - ci il üzrə maliyyə hesabatları auditor yoxlamasından keçirilmiş və nəşr etdirilmişdir.


2008-09-23
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ


2008-09-23
“ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN ROLU VƏ ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS


2008-08-22
Protokol 1


2008-08-22
İmtahan vermiş şəxslərin sayı


2008-08-22
Protokol 2


2008-08-15
ELAN


2008-07-16 15:51
Cənab Fəxrəddin İsmayılov


2008-07-08 10:51
DAXİLİ AUDİTORLARIN HAZIRLANMASI İŞİNƏ ƏMƏLİ TÖHFƏ


2008-06-25 10:30
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 10:24
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 16:38
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


2008-07-08 16:32
Daxili audit.


2008-06-25 16:08
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


17.06.08
ELAN


06.06.08
YARIŞ-MÜSABİQƏNİN NÖVBƏTİ LAUREATLARI


23.05.08
E L A N


30.04.08
Daxili Auditorlar İnstitutunun (IIA) sertifikatlaşdırma imtahanları kompüter vasitəsilə aparılacaqdır


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


       Xəbərlər
2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2010-08-18
Məlumt verirk ki:
Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir
       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"