eng
Ana səhifə     Struktur     Əlaqə

08 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB


2009-06-04

Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
2008-ci il 4 fevral tarixli
190//2 saylı qərarı ilə təsdiq edilmişdir

AZƏRBAYCAN RESPUBLİKASINDA
AUDİTOR XİDMƏTİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ
Ə S A S N A M Ə

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə (bundan sonra «Əsasnamə» adlandırılacaq) auditor xidmətinin keyfiyyətinə nəzarət həyata keçirilərkən icrası zəruri olan prosedurları müəyyən edir.
1.2. Əsasnamənin məqsədi auditor xidmətinin keyfiyyətinin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, audit standartlarının və peşə etikası məcəlləsinin tələblərinə, habelə Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının (bundan sonra «Palata Şurası» adlandırılacaq) qərarları ilə müəyyən edilmiş qaydalara uyğunluğunu təmin etməkdir.

II. Keyfiyyətə nəzarət prosedurları

2.1. Keyfiyyətə nəzarət Palata Şurası tərəfindən təyin olunan Azərbaycan Respublikası Auditorlar Palatasının (bundan sonra «Auditorlar Palatası» adlandırılacaq) üzvü olan Keyfiyyətə nəzarət üzrə müfəttişlər (bundan sonra «müfəttişlər» adlandırılacaq) tərəfindən həyata keçirilir. Palata Şurası 10-dan çox və 5-dən az olmamaq şərtilə müfəttişləri təyin edir.
2.2. Auditor təşkilatlarının və sərbəst auditorların (bundan sonra «auditor» adlandırılacaq) göstərdikləri auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə yoxlamalar azı 2 müfəttişdən ibarət nəzarət qrupu tərəfindən həyata keçirilir. Hər bir konkret yoxlama üzrə nəzarət qrupunun say tərkibi fəaliyyəti yoxlanılacaq auditorun və xidmət göstərilmiş sifarişçilərin sayı nəzərə alınmaqla müəyyən edilir.
2.3. Hər bir auditorun fəaliyyəti ən azı 3 (üç) ildən bir yoxlanılır.
2.4. Keyfiyyətə nəzarət planlaşdırılmış və plandankənar yoxlamalar şəklində həyata keçirilir.
2.5. Planlaşdırılmış yoxlamalar cari ilin iyun ayının 1-dən sonrakı dövr ərzində, plandankənar yoxlamalar isə bütün təqvim ili ərzində keçirilir.
2.6. Planlaşdırılmış yoxlamalar Palata Şurası tərəfindən təsdiq edilən illik plan üzrə keçirilir.
2.7. İllik plan təsdiq olunduqdan sonra Palata Şurası 1 ay ərzində cari il üçün planlaşdırılmış yoxlamaları, nəzarət qruplarının rəhbərlərini və üzvlərini təyin edir. Yoxlamaların planı Auditorlar Palatasının üzvləri üçün açıq və anlaşıqlı olur.
2.8. Plandankənar yoxlamalar Auditorlar Palatasının müvafiq komitələrinin tələbi ilə aşağıdakı hallarda keçirilir:
- planlaşdırılmış yoxlama zamanı əhəmiyyətli nöqsan və çatışmazlıqlar aşkar olunaraq, auditor xidmətinin keyfiyyəti bu Əsasnamənin 5.5-ci bəndində göstərildiyi qaydada, «B» və ya «C» k
imi qiymətləndirilmişsə;
- auditi aparılmış təsərrüfat subyektləri və ya üçüncü şəxslər tərəfindən daxil olmuş müraciətlərə Auditorlar Palatasının müvafiq komitələrində baxıldıqdan sonra auditor xidməti göstərilərkən audit standartlarının və ya peşə etikası məcəlləsinin kobud şəkildə pozulması aşkar edilərsə;
- müəyyən növ auditin müqavilə öhdəliyindən və ya qanunvericiliyin tələblərindən irəli gələn şərtlər daxilində icra edilməsinin qiymətləndirilməsi məqsədəuyğun hesab edildikdə.
2.9. Keyfiyyətə nəzarət üzrə yoxlamalar, həmçinin, aşağıdakı halları da əhatə edir:
- mövcud qanunvericiliyə və audit standartlarının tələblərinə müvafiq olaraq, auditlə əlaqəli xidmətlərin auditor tərəfindən təmin edilib-edilməməsinin yoxlanılmasını;
- təsərrüfat subyektinin xüsusiyyətləri nəzərə alınmaqla, auditor tərəfindən daxili audit prosedurlarının effektiv qaydada yerinə yetirilib-yetirilməməsinin yoxlanılmasını;
- peşə etikası məcəlləsinin tələblərinə və xüsusilə, auditorun müstəqilliyi normasına əməl edilib-edilməməsinin yoxlanılmasını.
2.10. Hər bir yoxlama iki mərhələdən ibarət olur:
- keyfiyyətə daxili nəzarət sisteminin qiymətləndirilməsi;
- hər bir müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda audit işinin qiymətləndirilməsi.
2.11. Yoxlama, bir qayda olaraq, 3-5 gün müddətinə planlaşdırılır. Zərurət olduqda, Auditorlar Palatasının Keyfiyyətə nəzarət komitəsi (bundan sonra «Keyfiyyətə nəzarət komitəsi» adlandırılacaq) yoxlamanın müddətini daha 5 gün müddətinə uzada bilər.
2.12. Keyfiyyətə nəzarət üzrə qrupun müfəttişi aşağıdakı meyarlara uyğun olmalıdır:
- \\ən azı 3 il auditor təcrübəsinə malik olmaq;
- son 2 il ərzində heç bir nizam-intizam tənbehi almamaq;
- keyfiyyətə nəzarət üzrə ixtisasartırma kurslarında iştirak etmək;
- Palata Şurasının, habelə Auditorlar Palatasının müvafiq komitələrinin üzvü olmamaq.
2.13. Müfəttiş aşağıdakı hallarda yoxlamada iştirak edə bilməz:
- yoxlanılan auditorun işçisi olduqda və ya son 3 il ərzində orada işlədikdə;
- fəaliyyəti yoxlanılan auditorun audit işində son 3 il ərzində iştirak etmiş olduqda;
- mövcud qanunvericiliyə əsasən, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən auditor lisenziyası ləğv edildikdə və ya lisenziyanın fəaliyyəti müvəqqəti olaraq dayandırıldıqda.
2.14. Nəzarət qrupunun rəhbəri yoxlamanın konkret vaxtını təyin edir və yoxlamaya ən azı 1 (bir) ay qalmış bu barədə fəaliyyəti yoxlanılan auditoru yazılı şəkildə məlumatlandırır.
2.15. Fəaliyyəti yoxlanılacaq auditor yoxlamaya 15 gün qalanadək nəzarət qrupunun tərkibi barədə irad və təkliflərini yazılı şəkildə bildirmək hüququna malikdir. Palata Şurası iradların əsaslı olub-olmamasına baxaraq, zəruri hallarda nəzarət qrupunun tərkibində dəyişiklik etmək barədə qərar qəbul edir.
2.16. Fəaliyyəti yoxlanılacaq auditor yoxlamaya 1 (bir) həftə qalmış nəzarət qrupunun rəhbərini son 2 il ərzində yerinə yetirilmiş müqavilələrin siyahısı ilə təmin edir.
Siyahı aşağıdakı məlumatları əhatə edir: auditorun adı, auditor xidmətinin növləri, fəaliyyət növü, dövriyyəsi, aktivlərinin ümumi məbləği, işçilərinin sayı, müqavilə ilə əlaqədar cəlb olunmuş əməkdaşlar, auditor xidmətinin göstərilməsinə sərf olunan saatların miqdarı, auditor müqaviləsinin ilkin öhdəlik olub-olmaması barədə qeyd./
2.17. Fəaliyyəti yoxlanılan auditor nəzarət qrupunu yoxlama ilə əlaqədar tələb olunan bütün məlumatlarla təmin etməyə borcludur.
2.18. Fəaliyyəti yoxlanılan auditorun yoxlama prosesində iştirakı zəruridir.
2.19. Yoxlama nəzarət qrupunun rəhbəri tərəfindən təyin edilən iclasla yekunlaşdırılır. İclasın vaxtı fəaliyyəti yoxlanılmış auditorla razılaşdırılır.
2.20. Nəzarət qrupunun rəhbəri yoxlamanın yekunlarına dair hesabatın layihəsini təyin olunmuş iclasa qədər fəaliyyəti yoxlanılmış auditora təqdim edir. Auditor hesabatın layihəsi barədə irad və təkliflərini bildirmək hüququna malikdir.
2.21. Nəzarət qrupu yoxlamanın nəticəsi üzrə hesabatı Keyfiyyətə nəzarət komitəsinə təqdim edir. Komitə hesabatı qiymətləndirir və nəticədən asılı olaraq:
- arxivdə saxlanılmaq barədə qərar qəbul edir;
- plandankə\\nar yoxlamanın məqsədəuyğunluğu barədə təkliflər verir;
- intizam tənbehinin tətbiq edilməsi barədə qərar qəbul etmək üçün Auditorlar Palatasının Etika Komitəsinin müzakirəsinə təqdim edir.
2.22. Palata Şurası keyfiyyətə nəzarət üzrə yoxlamanın yekunları barədə hesabatın formasını və məzmununu təsdiq edir.
2.23. Cari ilin sonuna qədər Keyfiyyətə nəzarət komitəsi bütün yoxlamaların nəticələrini toplayır və növbəti ilin yanvar ayında Palata Şurasına təqdim edir. Statistik məlumatlar daxil olmaqla, illik hesabat auditor tərəfindən yoxlanılan təsərrüfat subyektinin adı göstərilmədən Auditorlar Palatasının internet saytında yerləşdirilir. Hesabat aşağıdakı məlumatları özündə birləşdirir:
- planlaşdırılmış və plandankənar yoxlamaların sayı;
- yoxlamaların nəticələri;
- yoxlamalar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqlar;
- auditor xidmətinin keyfiyyətini yaxşılaşdırmaq üçün verilən məsləhət və tövsiyələr;
- plandankənar yoxlamalar zamanı aşkar olunan faktlar;
- yoxlamaların nəticələrinə əsasən tətbiq edilmiş intizam tənbehi haqqında məlumat.
2.24. Auditorlar Palatasının komitələri, müfəttişlər, həmçinin, Auditorlar Palatasının üzvləri və əməkdaşları keyfiyyətə nəzarət üzrə yoxlamalar zamanı əldə olunmuş məlumatdan yalnız xidməti vəzifələrin icrası üçün istifadə edir və məlumatın 3-cü şəxsə bildirilməsi üçün məsuliyyət daşıyırlar. Bu şərt qanuna müvafiq olaraq səlahiyyətli dövlət orqanlarına çatdırılacaq məlumatlara və bu Əsasnamənin 2.23-cü bəndinə müvafiq olaraq ictimai əhəmiyyətli hesab olunan məlumatlara aid edilmir.


III. Keyfiyyətə daxili nəzarət sisteminin qiymətləndirilməsi qaydası

3.1. Keyfiyyətə daxili nəzarət sisteminin qiymətləndirilməsi  keçirilən yoxlamanın ayrılmaz tərkib hissəsidir. Qiymətləndirmənin məqsədi «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və audit standartlarına aşağıdakı sahələrdə nə dərəcədə riayət olunduğunu müəyyənləşdirməkdir:
- lisenziyalı auditorların, onların köməkçilərinin və digər mütəxəssislərin üzərinə yüksək peşəkar tələblərin qoyulması;
- lisenziyalı auditorların, onların köməkçilərinin və digər mütəxəssislərin bilik və bacarıqlarının peşəkar inkişafının təmin olunması;
- müqavilə öhdəliyinin düzgün müəyyən olunması və daxili nəzarətin effektiv idarə edilməsi;
- yeni sifarişçilərin cəlb olunması və auditor xidməti ilə təmin olunması sahəsində riskin effektiv idarə olunması.
3.2. Keyfiyyətə daxili nəzarət sisteminin səviyyəsi fəaliyyəti yoxlanılan auditor və onun tabeliyində olan işçilər arasında sorğunun keçirilməsi, eləcə də müvafiq sənədləşdirmənin yoxlanılması vasitəsilə qiymətləndirilir.

IV. Müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda hər bir audit işinin seçilməsi

4.1. Nəzarət qrupunun rəhbəri yoxlanılacaq audit müqavilələri üzrə öhdəlikləri müəyyən edir. Fəaliyyəti yoxlanılacaq auditor tərəfindən ayrı-ayrılıqda hər bir audit işinin yoxlama üçün seçilməsi zamanı qrupun rəhbəri aşağıdakıları nəzərə alır:
- fəaliyyəti yoxlanılan auditor tərəfindən tələb olunan məlumatların vaxtında və tam həcmdə təqdim olunmasını;
- müqavilə öhdəliyi üzrə audit işlərinin ən əhəmiyyətliləri və bu işlərlə bağlı risklər barədə fəaliyyəti yoxlanılan auditor ilə müzakirələrin aparılmasını.
4.2. Müqavilə öhdəliyi üzrə yoxlanılması nəzərdə tutulan ayrı-ayrılıqda hər bir audit işini seçərkən nəzarət qrupunun rəhbəri aşağıdakı prinsipləri əsas götürür:
a) yoxlama üçün seçilmiş ayrı-ayrılıqda hər bir konkret audit işinə dair auditorun və onun köməkçilərinin tərtib etdikləri iş sənədləri peşəkar fəaliyyət barədə tam və əhatəli məlumat əldə etmək üçün yetərli olmalıdır;
b) auditor xidmətinin göstərilməsində iki və ya daha artıq lisenziyalı auditor iştirak edərsə, onda yoxlama hər bir lisenziyalı auditor tərəfindən həyata keçirilən audit işini yoxlamaqla məhdudlaşır, bu şərtlə ki, müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda hər bir audit işi auditor yoxlamasının ümumi mənzərəsini yetərli qədər əhatə etmiş olsun;
c) yoxlamanın məqsədi keyfiyyətə nəzarət riskinin idarə olunmasını qiymətləndirməkdən ibarət olduğu üçün seçilmiş hər bir audit müqaviləsi öhdəliklərinə xüsusilə yüksək riskdən və ya nisbətən yüksək olan riskdən yaranan müqavilə öhdəlikləri üzrə audit işləri daxil edilir.
4.3. Müqavilə öhdəliyi üzrə yoxlanılması nəzərdə tutulan ayrı-ayrılıqda hər bir audit işi seçilərkən nəzarət qrupunun rəhbəri aşağıdakılara diqqət yetirir:
- fond birjasında qeydiyyata alınmış təşkilatlarda həyata keçirilmiş audit müqavilə öhdəlikləri;
- iri həcmli və kompleks müəssisələrdə həyata keçirilmiş audit müqavilə öhdəlikləri;
- ilkin audit müqavilə öhdəlikləri;
- ixtisaslaşmış və kompleks fəaliyyət sahələrində həyata keçirilmiş audit müqavilə öhdəlikləri;
- məcburi auditdən keçməli olan fəaliyyət sahələrinə xas olmayan audit müqavilə öhdəlikləri.
4.4. Əlaqəli auditor xidmətlərinin göstərilməsi (nizamnamə kapitalının (səhmlərin) qiymətləndirilməsi, razılaşdırılmış prosedurların yerinə yetirilməsi, müəssisələrin yenidən təşkilinin və ya birləşməsinin qiymətləndirilməsi və digər bu kimi müqavilə öhdəliklərinin yoxlanılması) daxili nəzarət üçün seçilir və «yüksək riskli öhdəliklər» kimi xarakterizə edilir.
4.5. Nəzarət qrupunun rəhbəri yoxlamanın başlanmasına 1 (bir) həftə qalmış müqavilə öhdəliyi üzrə seçilmiş audit işləri barədə fəaliyyəti yoxlanılan auditora məlumat verir. Yoxlamanın əvvəlində isə yoxlanılacaq digər audit müqavilə öhdəlikləri barədə fəaliyyəti yoxlanılan auditora məlumat verilir.

     
V. Müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda hər bir audit işinin keyfiyyətinə nəzarətin qiymətləndirilməsi
5.1. Müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda hər bir audit işinin keyfiyyətinə nəzarətin qiymətləndirilməsi audit qrupunun rəhbəri və bu öhdəliklərin yerinə yetirilməsinə cəlb olunan əməkdaşların peşəkar fəaliyyəti zamanı əhəmiyyətli risklərin audit standartlarına uyğun olaraq nə dərəcədə düzgün müəyyən edilməsini nəzərdə tutur.
5.2. Bu Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan risklər çərçivəsində nəzarət qrupu aşağıdakı məsələlərə riayət olunub-olunmamasını qiymətləndirir:
- müqavilə öhdəliklərindən yaranan risklərin aşkar edilib qiymətləndirilməsi və müvafiq audit prosedurunun seçilməsinin planlaşdırılması;
- testlər, yoxlama prosedurları və müzakirələr vasitəsilə əlaqəli məsələlərin və maliyyə hesabatlarının auditinə  dair auditor rəyinin təqdim edilməsi üçün əhəmiyyətli audit sübutlarının toplanması;
- müqavilə öhdəliklərinin yerinə yetirilməsinə cəlb olunmuş mütəxəssislər tərəfindən görülmüş işlərə bu müqavilə öhdəliklərinin yerinə yetirilməsinə cavabdeh olan audit qrupunun rəhbəri tərəfindən müntəzəm nəzarət olunması;
- maliyyə hesabatları və digər yekun sənədlərinin qüvvədə olan standartlar, normalar və qaydalardan irəli gələn tələblərə müvafiq tərtib edilməsi;
- auditor rəylərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və audit standartlarından irəli gələn tələblərə müvafiq tərtib edilməsi;
- auditorların müstəqilliyinə dair Azərbaycan Respublikasının qanunvericiliyindən və peşə etikası məcəlləsindən irəli gələn tələblərin icra edilməsi.
5.3.  Müfəttiş keyfiyyətə nəzarət üzrə yoxlamanın gedişində, həmçinin, aşağıdakılar barədə nəticələr çıxarır:
- görülmüş işlərin auditor fəaliyyətinə uyğun olub-olmaması və bu fəaliyyətin davam etdirilməsi ehtimalı;
- auditor xidmətinin göstərilməsi üzrə müqavilə öhdəlikləri;
- yoxlamanın xüsusiyyətlərinin, vaxtının və seçmə üsulunun ümumi məcmusunun tərtib olunması üzrə işin planlaşdırılması;
- iş sənədlərinin mövcudluğu və müvafiqliyi;
- maliyyə hesabatlarının auditinin və maliyyə hesabatlarına dair auditor rəyinin əsaslandığı müvafiq iş sənədlərinin keyfiyyəti.
5.4. Yoxlama başa çatdıqdan sonra yoxlama üçün seçilmiş müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda hər bir audit işi qiymətləndirilir. Qiymətləndirmə keyfiyyətə nəzarət üzrə hesabata daxil edilir.
5.5. Qiymətləndirmə zamanı  aşağıdakı qiymətləndirmə meyarlarından istifadə edilir:
a) qənaətbəxş – qiymətləndirmə «A» (bu qiymətləndirmədə aşkar olunmuş nöqsan və çatışmazlıqlar qeyri-əhəmiyyətli hesab edilir). Keyfiyyətə nəzarət üzrə hesabata yoxlama zamanı peşəkar fəaliyyətin müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda hər bir audit işinin yaxşılaşdırılmasına yönələn tövsiyələr daxil edilir;
b) qismən qənaətbəxş -  qiymətləndirmə «B». Keyfiyyətə nəzarət üzrə hesabata yoxlama zamanı peşəkar fəaliyyətin müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda hər bir audit işinin keyfiyyətinin yaxşılaşdırılmasına yönələn tövsiyələr daxil edilir (belə ki, bu qiymətləndirmədə aşkar olunmuş nöqsan və çatışmazlıqlar əhəmiyyətli hesab edilir);
c) qeyri-qənaətbəxş -  qiymətləndirmə «C». Keyfiyyətə nəzarət üzrə hesabatda müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda yoxlanılan hər bir audit işi qiymətləndirilərkən peşəkar fəaliyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə, audit standartlarının tələblərinə və peşə etikası məcəlləsinə uyğun olmayan nöqsan və çatışmazlıqlar qeyd olunur. Auditorlar Palatasının Keyfiyyətə nəzarət komitəsinin hesabatı intizam tənbehinin tətbiq edilməsi məqsədilə Auditorlar Palatasının Etika Komitəsinin müzakirəsinə təqdim edilir.
5.6. Keyfiyyətə nəzarət komitəsinə keyfiyyətə nəzarət üzrə yoxlamanın yekunlarına dair hesabatda aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair iş planı, proqram və tövsiyələrin həyata keçirilməsi üçün müddət göstərilməklə, tərtib edilmiş cədvəl təqdim edilir.  Təqdim edilmiş iş planı keyfiyyətə nəzarət üzrə hesabata əlavə olunur və sonrakı yoxlama zamanı istifadəsi mümkün sayılır.

VI. Nəticələrin sənədləşdirilməsi və elan olunması

6.1. Keyfiyyətə nəzarət üzrə yoxlamanın yekunları, müqavilə öhdəliyi üzrə ayrı-ayrılıqda hər bir audit işinin qiymətləndirilməsi və müvafiq nəticələr keyfiyyətə nəzarət üzrə hesabatda cəmləşdirilir.
6.2. Fəaliyyəti yoxlanılmış auditorun iştirakı ilə keçirilən iclas zamanı nəzarət qrupunun rəhbəri keyfiyyətə nəzarət üzrə yoxlamanın yekunlarına və hesabatın layihəsində göstərilən nəticələrə dair izahat verir.
6.3. İclasdan 10 gün sonra nəzarət qrupunun rəhbəri yoxlamanın yekunlarına dair hesabatı Keyfiyyətə nəzarət komitəsinə təqdim edir. Hesabatın surəti, həmçinin, fəaliyyəti yoxlanılmış auditora təqdim edilir.
6.4. Yoxlama nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların səbəbi əhəmiyyətli faktlara əsaslanmaqla açıqlanıb hesabata əlavə edilir.  
   
VII. Yoxlama başa çatdıqdan sonra auditor tərəfindən həyata keçirilən tədbirlər

7.1. Fəaliyyəti yoxlanılan auditor nəzarət qrupu tərəfindən aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması və peşəkar fəaliyyətinin yaxşılaşdırılmasına görə məsuliyyət daşıyır.
7.2. Keyfiyyətə nəzarət üzrə hesabatın təqdim olunması və ya Palata Şurasının müvafiq qərar qəbul etməsindən sonrakı 30 gün ərzində fəaliyyəti yoxlanılan auditor aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə iş planı və yoxlamanın nəticələri ilə əlaqədar peşəkar fəaliyyətinin yaxşılaşdırılması üçün məsul olan əməkdaşların siyahısını Keyfiyyətə nəzarət Komitəsinə təqdim edir.
7.3. Yoxlamanın nəticəsi üzrə qiymətləndirməyə dair sübutları 30 gün ərzində Palata Şurasına təqdim etmək olar.
7.4. Palata Şurası bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulmuş qiymətləndirməyə dair sübutları 30 gün ərzində müzakirə edir və onların əsaslı olub-olmamasını müəyyənləşdirib, özünün qərarı barədə fəaliyyəti yoxlanılan auditoru məlumatlandırır.
7.5. Əsasnamənin 5.6-cı bəndində nəzərdə tutulan plan və proqramda xüsusi fəaliyyət növləri və peşəkar fəaliyyətin yaxşılaşdırılması ilə əlaqədar tədbirlərin yerinə yetirilməsinin müddətləri göstərilir. Bir qayda oaraq, auditor tərəfindən peşəkar fəaliyyətinin yaxşılaşdırılması 90 gün ərzində həyata keçirilir. İcra müddətinin son tarixinə qədər tədbirlər həyata keçirilməsə, iş planı və proqramın icrası Keyfiyyətə nəzarət komitəsi ilə əlaqələndirilməklə təmin edilir.

   





2010-08-31
Məlumt verirk ki:


2010-08-25
Məlumt verirk ki:


2010-08-18
Məlumt verirk ki:


2010-07-28
ELAN


2010-06-30
Məlumt verirk ki:


2010-06-29
Malumat üçün bildiririk ki:


2010-06-03
Malumat üçün bildiririk ki:


2010-06-10
Auditorlar adı almaq üçün keçirilən imtahanların nəticələri


2010-05-20
DİQQƏT!


2010-05-07
Malumat üçün bildiririk ki:


2010-04-13
Malumat üçün bildiririk ki:


2010-03-29
E L A N Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir:


2010-03-18
Malumat üçün bildiririk ki:


2010-03-14
Məlumat veririk ki:


2009-12-22
Eminov Otello Zəkəriyyə oğlu (15.02.2005-ci il tarixli, SA/247 qeydiyyat saylı, 018067 seriyalı lisenziya)


2009-12-10
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


2009-10-20
"BÖHRANDAN SONRAKI İQTİSADİYYATDA MALİYYƏ RESURSLARININ SƏMƏRƏLİ İDARƏ OLUNMASINDA ŞƏFFAFLIĞIN ROLU" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS


2009-06-26
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin sərəncamı


2009-08-27
Yerinə yetirilmiş müqavilələrin orta məbləği.
Müsabiqəsinə yekun vurulmuşdur



2009-08-07
ELAN


2009-07-14
Azərbaycan Respublikasının Auditorlar Palatası 2008-ci il maliyyə hesabatı


2009-06-16
06 iyun tarixində keçirilmiş imtahanların nəticələri


2009-06-16
AZƏRBAYCAN RESPUBLIKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-06-04
ANKET


2009-06-04
AZƏRBAYCAN RESPUBLİKASINDA
AUDİTOR XİDMƏTİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ
Ə S A S N A M Ə



2009-06-02
PARTNYORLUQ SAZİŞİ İMZALANMIŞDIR


2009-05-14
RUMINİYA MALİYYƏ AUDİTORLARI PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA


2009-04-24
Azərbaycan Rusiya Auditinin inkişafı naminə


2009-04-24
Məktub


2009-04-24
Hesabat


2009-02-23
Elan


2009-02-24
Azərbaycan Respublikasi Auditorlar Palatasi Sədrinin Sərəncamı


2009-02-24
«AUDİT-AZƏRBAYCAN» İnstitutunun 2008-CI İL ÜZRƏ FƏALİYYƏTİNƏ DAİR İDARƏ HEYƏTİNİN HESABATI


2009-01-27
«AUDİTOR XİDMƏTİNİN AKTUAL PROBLEMLƏRİ» MÖVZUSUNDA KEÇİRİLMİŞ SORĞUNUN NƏTİCƏLƏRİ


2009-01-27
Elan


2009-01-26
Elan


2009-01-26
Elan


2009-01-19
Elan


2008-12-30
20 dekabr 2008-ci ildə keçirilmiş imtahan nəticələri


2008-12-03
İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışı


2008-12-01
AZƏRBAYCANIN DAXİLİ AUDİT TƏCRÜBƏSİ AVROPADA TƏQDİR OLUNUR


2008-12-01
Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü  Prof. Tomas Amlinq-dən məktub


2008-11-26
Polşa Mühasiblər Assosiasiyasının prezidenti cənab Zbigniev Messner tərəfindən təşəkkür məktubu....


2008-11-26
Türkiyyədə XII Daxili Auidit Konqresi


2008-11-21
Mətbuat Üçün Məlumat


2008-11-05
2009-cu il üçün nəzərdə tutulan Təlimlərin (Treyninqlərin) Təqvimi


2008-11-05
Avropa Mühasiblər və Auditorlar Federasiyasında yeni üzvümüz…


2008-10-08
Azərbaycan Respublikası Auditorlar Palatasının 2007 - ci il üzrə maliyyə hesabatları auditor yoxlamasından keçirilmiş və nəşr etdirilmişdir.


2008-09-23
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ


2008-09-23
“ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN ROLU VƏ ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS


2008-08-22
Protokol 1


2008-08-22
İmtahan vermiş şəxslərin sayı


2008-08-22
Protokol 2


2008-08-15
ELAN


2008-07-16 15:51
Cənab Fəxrəddin İsmayılov


2008-07-08 10:51
DAXİLİ AUDİTORLARIN HAZIRLANMASI İŞİNƏ ƏMƏLİ TÖHFƏ


2008-06-25 10:30
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 10:24
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 16:38
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


2008-07-08 16:32
Daxili audit.


2008-06-25 16:08
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


17.06.08
ELAN


06.06.08
YARIŞ-MÜSABİQƏNİN NÖVBƏTİ LAUREATLARI


23.05.08
E L A N


30.04.08
Daxili Auditorlar İnstitutunun (IIA) sertifikatlaşdırma imtahanları kompüter vasitəsilə aparılacaqdır


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


       Xəbərlər
2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2010-08-18
Məlumt verirk ki:
Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir
       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"