AZƏRBAYCAN RESPUBLIKASININ AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI
Bakı şəhəri 201/1 12 iyun 2009-cu il
Auditorial- Palatası Şurasının "Sərbəst auditoıiarm və auditor təşkilatlarmm 2008-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatlarmm təhlili və müvafıq icmali barədə" 2009-cu il 23 aprel tarixli 199/1 saylı qərarmm 8-ci bəndinin icrasının müvəqqəti dayandırılması haqqmda
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət Planının (2007-2011-ci illər)" 45-ci "Beynəlxalq audit standartlarının tətbiqinin həyata keçirilməsi" bəndinin icrası ilə əlaqədar zəruri tədbirlərin yerinə yetirilməsini, auditor xidmətinin inkişafını təmin etmək və haqsız rəqabət hallarının qarşısını almaq məqsədilə, auditoların Palataya çoxsaylı mürəciətlərini və Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinin müdiri M.Abbasovun 2009-cu il 10 iyun tarixli təhriri məruzəsini nəzərə alaraq, Auditorlar Palatasının Şurası
QƏRARA ALIR:
1. Auditorlar Palatası Şurasının "Sərbəst auditorların və auditor təşkilatlarının 2008-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatlarının təhlili və müvafıq icmalı barədə" 2009-cu il 23 aprel tarixli 199/1 saylı qərarının 8-ci bəndinin icrası müvəqqəti dayandırılsın və Beynəlxalq audit standartlarının tətbiqinə başlandıqdan sonra onun yerinə yetirilməsi məqsədəmüvafiq hesab edilsin.
2. Auditin təşkili və tənzimlənməsi şöbəsinin M.Hacıyevə və İnformasiya texnologiyaları bölməsinin müdiri T.İsmayılova tapşırılsın ki, bu qərarın bütün auditor təşkilatlarına, sərbəst auditorlara çatdırılmasını və Palatanın saytında yerləşdirilməsini təmin etsinlər.
ŞURANIN SƏDRİ V.NOVRUZOV