eng
Ana səhifə     Struktur     Əlaqə

08 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB


2009-10-20

Oktyabrın 16-da Bakıda "Gülüstan" sarayında Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi, Dövlət Neft Fondu, Maliyyə və Vergilər nazirlikləri, Hesablama Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu" mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans başlanmışdır.


On beş ölkənin və bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə şəffaflığın artırılması sahəsində mövcud problemlər
və onların həlli yolları istiqamətində müzakirələr aparılmışdır.

Konfrans başlanmazdan əvvəl onun iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra konfrans iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Konfransı Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin və Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə açmışdır. O demişdir ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Son illər ölkədə aparılan islahatlar, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının reallaşması nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Artıq neçə illərdir ki, Azərbaycan özünün inkişaf səviyyəsinə, iqtisadi artım sürətinə görə MDB məkanında lider ölkədir.

Azərbaycan Respublikası Hesablama
Palatasının sədri Heydər Əsədov
Şəffaflıq və səmərəlilik dövlət
maliyyə nəzarətinin prioritet hədəfidir,
Azərbaycan Respublikası Dövlət Neft Fondunun
icraçı direktoru Şahmar Mövsümov Mədən
Hasilatında Şəffaflıq
Təşəbbüsünün (MHŞT) Azərbaycanda
tətbiqi, Azərbaycan Respublikası vergilər nazirinin
müavini Sahir Məmmədxanov Müasir
mərhələdə vergi nəzarəti: islahatlar və
perspektiv inkişaf istiqamətləri, Sahibkarlığa
və Bazar İqtisadiyyatının İnkişafına
Yardım Fondunun rəhbəri Sabit Bağırov Resursların
yaxşı idarə olunmasında vətəndaş
cəmiyyətinin rolu, Azərbaycan Respublikası Milli
Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar
İbrahimov Aqrar sahədə maliyyə resurslarından
səmərəli və şəffaf istifadə
məsələləri, Milli Məclisin Aqrar siyasət
komitəsinin sədr müavini, Azərittifaqın idarə
heyətinin sədri Eldar Quliyev Ərzaq
təhlükəsizliyinin təmin edilməsi və
antiböhran maliyyə tədbirləri, Azərbaycan
Respublikasının Satınalmalar üzrə Dövlət
Agentliyinin direktoru İsgəndər Çəndərli
Dövlət satınalmaları sahəsində
şəffaflığın və ədalətli
rəqabət prinsiplərinin təmin olunması,
Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü
Akif Musayev Qlobal maliyyə böhranının aradan
qaldırılması cəhdləri və beynəlxalq
maliyyə nəzarətinin təkmilləşdirilməsi
mövzularında çıxış edərək,
maliyyə resurslarının səmərəli idarə
olunmasında şəffaflığın rolundan, bu sahədə
rəhbərlik etdikləri qurumların
fəaliyyətindən ətraflı
danışmışlar. Neft gəlirləri sayəsində
Azərbaycanda həyata keçirilmiş və hazırda
həyata keçirilən irimiqyaslı layihələr
barədə məlumatlar verilmiş, regionlarda
sahibkarlığın inkişafı sahəsində
görülən tədbirlər diqqətə
çatdırılmışdır.

Beynəlxalq Mineral Ehtiyatlarının
Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq
Təşəbbüsü katibliyinin başçısı
Conas Moberq, Beynəlxalq İqtisadçılar
İttifaqının vitse-prezidenti - baş direktoru Viktor
Krasilnikov, Böyük Britaniyanın Sertifikatlı Mühasiblər
Assosiasiyasının (ACCA) Yaxın Şərq üzrə
nümayəndəsi Stefan Şilds, Türkiyənin Sakarya Universitetinin
professoru Aytac Eker, ACCA-in Ukrayna, Baltikyanı və Qafqaz
ölkələri üzrə rəhbəri Natalya Vovçuk,
Omanın Qrant Tornton şirkətinin icraçı direktoru,
ACCA-in region üzrə nümayəndəsi Nasir
Əl-Müqeyri, Latviyanın BDO Zelmenis & Liberty hüquq
şirkətinin partnyoru Yanis Zelmenis, Polşa
Mühasiblər Assosiasiyasının Baş audit
komitəsinin müdir müavini Tadueş Pyeniajek və Samara
Peşəkar Mühasiblər, Auditorlar, Maliyyə
Menecerləri və İqtisadçılar İnstitutunun
Prezident Şurasının üzvü Valentin Ryabov maliyyə
sahəsində şəffaflıqla bağlı öz
ölkələrinin, təşkilatlarının
təcrübəsindən bəhs etmiş, bu işdə
qabaqcıl beynəlxalq təcrübənin
öyrənilməsinin vacibliyini diqqətə
çatdırmışlar.

Azərbaycan Respublikasının Prezidenti,
zati-aliləri cənab İlham Əliyevə konfrans
iştirakçıları adından müraciət qəbul
edilmişdir. Müraciətin mətnini Azərbaycan
Respublikası Auditorlar Palatasının Elmi-tədqiqat və
tədris mərkəzinin direktoru Səbuhi
Gülməmmədov oxumuşdur.

 

***

Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının
səmərəli idarə olunmasında
şəffaflığın rolu elmi-praktik konfransının
iştirakçıları oktyabrın 17-də Heydər
Əliyev Fondunda olmuşlar.

Qonaqlara ulu öndərin xatirəsinə ehtiram
əlaməti olaraq yaradılmış Fondun tarixi,
məqsədləri barədə məlumat verilmişdir.

Ümummilli liderin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə edən
eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin
həyatının ən müxtəlif məqamlarını
əks etdirən və tariximizin bütöv bir dövrü
barədə geniş təsəvvür yaradan
sənədlərə diqqətlə nəzər yetirən
konfrans iştirakçıları görkəmli siyasi xadimin
Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən
biri olarkən genişmiqyaslı fəaliyyətini əks
etdirən fotolara, ötən əsrin nəhəng
tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının
(BAM) çəkilişinə uğurla rəhbərlik
etdiyinə görə ona verilmiş xatirə medalına,
BAM-ın 1 nömrəli sərnişini vəsiqəsinə,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin
keçdiyi ərazilərin maketinə baxmışlar.

Məlumat verilmişdir ki, ulu öndərin xatirəsinə
İstanbul, Ankara, Ceyhan, İğdır, Qars, habelə
Buxarest, Daşkənd, Kiyev və Tbilisidə abidələr
ucaldılmışdır.

Tanışlıqdan sonra qonaqlar Fondun xatirə
kitabına ürək sözlərini yazmışlar. Burada
gördüklərindən məmnun olduqlarını
söyləyən konfrans iştirakçıları
Heydər Əliyevin zəkasına və intellektinə heyran
qaldıqlarını bildirmişlər.

 

***

"Böhrandan sonrakı iqtisadiyyatda
maliyyə resurslarının səmərəli idarə
olunmasında şəffaflığın rolu"
mövzusunda beynəlxalq elmi-praktiki konfrans işini oktyabrın
17-də bölmə iclaslarında davam etdirmişdir.

Auditorlar Palatasında keçirilən
"Böhrandan sonrakı iqtisadiyyat və maliyyə
resurslarının səmərəli idarə olunması:
problemlər və vəzifələr" mövzusunda iclasa
iqtisad elmləri doktorları, professorlar Tərbiz Əliyev
və Bəyalı Ataşov, "Qlobal maliyyə
böhranının aradan qaldırılmasında və
böhrandan sonrakı iqtisadiyyatda maliyyə nəzarətinin
təkmilləşdirilməsi zərurəti" mövzusunda
iclasa isə iqtisad elmləri doktoru, professor Sifariz
Səbzəliyev və iqtisad elmləri namizədi Yaşar
Kəlbiyev sədrlik etmişlər.

İclaslarda "Maliyyə ehtiyatlarının
tənzimlənməsində şəffaflıq amilinin
bəzi istiqamətləri", "Bank
şəffaflığı maliyyə axınlarının
artım amili kimi", "Sahibkarlığın
səmərəliliyinin yüksəldilməsi probleminə
yeni yanaşmalar", "Maliyyə böhranı və
Azərbaycan iqtisadiyyatı", "Qlobal maliyyə
böhranının büdcə və büdcə
siyasətinə təsiri", "Maliyyə resurslarından
məqsədli istifadənin şəffaflığının
təmin edilməsində müəssisənin daxili audit
xidmətinin rolu", "Bələdiyyələrdə
şəffaflığın artırılmasında auditin
rolu" və digər aktual mövzularda məruzələr
dinlənilmişdir.

Sonda bölmə sədrlərinin hesabatları
dinlənilmiş və müzakirələrdən sonra
iclaslara yekun vurulmuşdur.

Beynəlxalq elmi-praktiki konfransın
tövsiyələri qəbul edilmişdir.

Bununla da on beş ölkənin və bir
sıra beynəlxalq təşkilatların
nümayəndələrinin iştirakı ilə
keçirilən elmi-praktiki konfrans başa
çatmışdır.
2010-08-31
Məlumt verirk ki:


2010-08-25
Məlumt verirk ki:


2010-08-18
Məlumt verirk ki:


2010-07-28
ELAN


2010-06-30
Məlumt verirk ki:


2010-06-29
Malumat üçün bildiririk ki:


2010-06-03
Malumat üçün bildiririk ki:


2010-06-10
Auditorlar adı almaq üçün keçirilən imtahanların nəticələri


2010-05-20
DİQQƏT!


2010-05-07
Malumat üçün bildiririk ki:


2010-04-13
Malumat üçün bildiririk ki:


2010-03-29
E L A N Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir:


2010-03-18
Malumat üçün bildiririk ki:


2010-03-14
Məlumat veririk ki:


2009-12-22
Eminov Otello Zəkəriyyə oğlu (15.02.2005-ci il tarixli, SA/247 qeydiyyat saylı, 018067 seriyalı lisenziya)


2009-12-10
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


2009-10-20
"BÖHRANDAN SONRAKI İQTİSADİYYATDA MALİYYƏ RESURSLARININ SƏMƏRƏLİ İDARƏ OLUNMASINDA ŞƏFFAFLIĞIN ROLU" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS


2009-06-26
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin sərəncamı


2009-08-27
Yerinə yetirilmiş müqavilələrin orta məbləği.
Müsabiqəsinə yekun vurulmuşdur



2009-08-07
ELAN


2009-07-14
Azərbaycan Respublikasının Auditorlar Palatası 2008-ci il maliyyə hesabatı


2009-06-16
06 iyun tarixində keçirilmiş imtahanların nəticələri


2009-06-16
AZƏRBAYCAN RESPUBLIKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-06-04
ANKET


2009-06-04
AZƏRBAYCAN RESPUBLİKASINDA
AUDİTOR XİDMƏTİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ
Ə S A S N A M Ə



2009-06-02
PARTNYORLUQ SAZİŞİ İMZALANMIŞDIR


2009-05-14
RUMINİYA MALİYYƏ AUDİTORLARI PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA


2009-04-24
Azərbaycan Rusiya Auditinin inkişafı naminə


2009-04-24
Məktub


2009-04-24
Hesabat


2009-02-23
Elan


2009-02-24
Azərbaycan Respublikasi Auditorlar Palatasi Sədrinin Sərəncamı


2009-02-24
«AUDİT-AZƏRBAYCAN» İnstitutunun 2008-CI İL ÜZRƏ FƏALİYYƏTİNƏ DAİR İDARƏ HEYƏTİNİN HESABATI


2009-01-27
«AUDİTOR XİDMƏTİNİN AKTUAL PROBLEMLƏRİ» MÖVZUSUNDA KEÇİRİLMİŞ SORĞUNUN NƏTİCƏLƏRİ


2009-01-27
Elan


2009-01-26
Elan


2009-01-26
Elan


2009-01-19
Elan


2008-12-30
20 dekabr 2008-ci ildə keçirilmiş imtahan nəticələri


2008-12-03
İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışı


2008-12-01
AZƏRBAYCANIN DAXİLİ AUDİT TƏCRÜBƏSİ AVROPADA TƏQDİR OLUNUR


2008-12-01
Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü  Prof. Tomas Amlinq-dən məktub


2008-11-26
Polşa Mühasiblər Assosiasiyasının prezidenti cənab Zbigniev Messner tərəfindən təşəkkür məktubu....


2008-11-26
Türkiyyədə XII Daxili Auidit Konqresi


2008-11-21
Mətbuat Üçün Məlumat


2008-11-05
2009-cu il üçün nəzərdə tutulan Təlimlərin (Treyninqlərin) Təqvimi


2008-11-05
Avropa Mühasiblər və Auditorlar Federasiyasında yeni üzvümüz…


2008-10-08
Azərbaycan Respublikası Auditorlar Palatasının 2007 - ci il üzrə maliyyə hesabatları auditor yoxlamasından keçirilmiş və nəşr etdirilmişdir.


2008-09-23
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ


2008-09-23
“ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN ROLU VƏ ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS


2008-08-22
Protokol 1


2008-08-22
İmtahan vermiş şəxslərin sayı


2008-08-22
Protokol 2


2008-08-15
ELAN


2008-07-16 15:51
Cənab Fəxrəddin İsmayılov


2008-07-08 10:51
DAXİLİ AUDİTORLARIN HAZIRLANMASI İŞİNƏ ƏMƏLİ TÖHFƏ


2008-06-25 10:30
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 10:24
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 16:38
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


2008-07-08 16:32
Daxili audit.


2008-06-25 16:08
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


17.06.08
ELAN


06.06.08
YARIŞ-MÜSABİQƏNİN NÖVBƏTİ LAUREATLARI


23.05.08
E L A N


30.04.08
Daxili Auditorlar İnstitutunun (IIA) sertifikatlaşdırma imtahanları kompüter vasitəsilə aparılacaqdır


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


       Xəbərlər
2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2010-08-18
Məlumt verirk ki:
Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir
       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"