eng
Ana səhifə     Struktur     Əlaqə

09 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB


2009-12-25






Bakı şəhəri N 1/32 24 dekabr 2009-cu il


Sığortaçılarda müstəqil auditin aparılmasına dair
minimum tələblər haqqında

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Beynəlxalq Sığorta Nəzarətçiləri Asossiasiyasının prinsipləri və standartlarına uyğun olaraq sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblərin müəyyən edilməsini nəzərə alaraq qərara alıram:

1. Təsərrüfat subyektlərində - sığortaçılarda aparılan audit zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2008-ci il 14 noyabr tarixli 1-110 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2008-ci il 27 noyabr tarixli 3417 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblər"ə əməl edilməsi sərbəst auditorlara və auditor təşkilatlarının rəhbərlərinə tapşırılsın.

2. Auditin keyfiyyətinə nəzarət şöbəsinə (Y.Namazəliyev) tapşırılsın ki, sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətləri yoxlanılarkən "Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblər"ə riayət edilməsi vəziyyəti araşdırılsın və nəticəsindən asılı olaraq müvafiq təkliflər verilsin.

3. Bu sərəncam və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2008-ci il 14 noyabr tarixli 1-110 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2008-ci il 27 noyabr tarixli 3417 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblər" Auditorlar Palatasının internet saytında yerləşdirilsin və Palatanın "İqtisadiyyat və audit" jurnalında dərc edilsin.



PALATANIN SƏDRİ V.Novruzov

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində

27 noyabr 2008-ci il tarixli 3417 şəhadətnamə N-si ilə dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin

14 noyabr 2008-ci il tarixli
İ-110 N-li əmri ilə təsdiq edilmişdir.


Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblər


1. Ümumi müddəalar

1.1. Bu tələblər Azərbaycan Respublikasının "Sığorta fəaliyyəti haqqında"
Qanununun 77.5-ci maddəsinə əsasən, həmin Qanuna və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarına, habelə Beynəlxalq Sığorta
Nəzarətçiləri Assosiasiyasının prinsip və standartlarına uyğun olaraq hazırlanmış və sığortaçılarda müstəqil auditin aparılmasına dair beynəlxalq sığorta nəzarəti əcrübəsinə uyğun olaraq minimum tələbləri muəyyən edir.
1.2. Bu tələblərdə istifadə olunan "sığortaçı" anlayışı sığortaçılarla yanaşı,
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir.
1.3. Sığortaçının müstəqil auditinin aparılmasına dair minimum tələblər sığortaçıda müstəqil auditin əhatə etməli olduğu məsələlərin bu tələblərdə nəzərdə tutulmuş siyahısı, müstəqil auditin bu məsələləri tam və düzgün araşdırması və araşdırma nəticələrinə uyğun olaraq, əhatəli və obyektiv rəy verməsi ilə şərtlənir.
1.4. Sığortaçının müstəqil auditoru maliyyə hesabatlarında məlumatların yanlış göstərilməsi və düzgün əks etdirilməməsi hallarının aşkar olunmamasına görə məsuliyyət daşıyır.
2. Müstəqil auditin əhatə etdiyi məsələlər
2.1. Sığortaçıda aparılan müstəqil audit aşağıdakı məsələləri əhatə etməlidir:
2.1.1. sığortaçının təsis sənədlərinin, qeydiyyatı haqqında şəhadətnaməsinin, sığorta və ya müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın mövcudluğu və qanunvericiliyə uyğunluğu;
2.1.2. sığortaçının həyata keçirilən fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğu;
2.1.3. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinin muəyyən edilməsinin düzgünlüyü, o cümlədən tələb olunan kapitalın və məcmu kapitalının hesablanmasının və məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu;
2.1.4. sığortaçının uçot siyasətinin və mühasibat uçotunun aparılmasının, habelə aktivlərinin, öhdəliklərinin və kapitalının qiymətləndirilməsinin metod və vasitələrinin, qanunvericiliyə və müvafiq hallarda beynəlxalq mühasibat uçout standartlarına uyğunluğu;
2.1.5. sığortaçılar ücün nümunəvi hesablar planının tətbiqinin düzgünlüyü;
2.1.6. sığorta müqavilələri ilə bağlı müvafiq göstəricilərin maliyyə hesabatlarında tam və düzgün əks etdirilməsi;
2.1.7. təkrarsığorta əməliyyatlarının həyata keçirilməsinin düzgünlüyü;
2.1.8. sığorta, o cümlədən təkrarsığorta və şərikli sığorta əməliyyatlarının uçotunun aparılmasının düzgünlüyü;
2.1.9. sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortaçının şəxsi tutumunun yuxarı həddinə dair tələblərə əməl edilməsi;
2.1.10. sığortaçının sığorta ehtiyatlarının hesablanmasının və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü, o cümlədən sığorta ehtiyatlarının və öz vəsaitinin təmin edilməsi üçün qəbul edilən aktivlərə qoyulan investisiyaların qanunvericiliyin tələblərinə uyğunluğu;
2.1.11. sığortaçının mühasibat balansının bütün hesablarının inventarizasiyası, o cümlədən ilkin mühasibat sənədlərinin mövcudluğu, həyata keçirilmiş maliyyə və təsərrüfat əməliyyatlarının uçotda və hesabatda vaxtında, tam və dəqiq əks etdirilməsi, əməliyyatların təsdiq olunmuş uçot siyasəti, o cümlədən sığortaçının daxili sənədlərinə müvafiq qaydada hesab üzrə həyata keçirilməsi;
2.1.12. sığortaçının gəlir və xərclərinin tam və düzgün əks olunması;
2.1.13. mümkün tələblər və öhdəliklər, həmçinin balansdankənar hesablar üzrə uçotun aparılmasının düzgünlüyü;
2.1.14. vergi ödənişlərinin tam və düzgün hesablanması.



2010-09-08
Məlumt verirk ki:


2010-08-31
Məlumt verirk ki:


2010-08-25
Məlumt verirk ki:


2010-08-18
Məlumt verirk ki:


2010-07-28
ELAN


2010-06-30
Məlumt verirk ki:


2010-06-29
Malumat üçün bildiririk ki:


2010-06-03
Malumat üçün bildiririk ki:


2010-06-10
Auditorlar adı almaq üçün keçirilən imtahanların nəticələri


2010-05-20
DİQQƏT!


2010-05-07
Malumat üçün bildiririk ki:


2010-04-13
Malumat üçün bildiririk ki:


2010-03-29
E L A N Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir:


2010-03-18
Malumat üçün bildiririk ki:


2010-03-14
Məlumat veririk ki:


2009-12-22
Eminov Otello Zəkəriyyə oğlu (15.02.2005-ci il tarixli, SA/247 qeydiyyat saylı, 018067 seriyalı lisenziya)


2009-12-10
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


2009-10-20
"BÖHRANDAN SONRAKI İQTİSADİYYATDA MALİYYƏ RESURSLARININ SƏMƏRƏLİ İDARƏ OLUNMASINDA ŞƏFFAFLIĞIN ROLU" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS


2009-06-26
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin sərəncamı


2009-08-27
Yerinə yetirilmiş müqavilələrin orta məbləği.
Müsabiqəsinə yekun vurulmuşdur



2009-08-07
ELAN


2009-07-14
Azərbaycan Respublikasının Auditorlar Palatası 2008-ci il maliyyə hesabatı


2009-06-16
06 iyun tarixində keçirilmiş imtahanların nəticələri


2009-06-16
AZƏRBAYCAN RESPUBLIKASININ AUDİTORLAR PALATASI ŞURASININ QƏRARI


2009-06-04
ANKET


2009-06-04
AZƏRBAYCAN RESPUBLİKASINDA
AUDİTOR XİDMƏTİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ
Ə S A S N A M Ə



2009-06-02
PARTNYORLUQ SAZİŞİ İMZALANMIŞDIR


2009-05-14
RUMINİYA MALİYYƏ AUDİTORLARI PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA


2009-04-24
Azərbaycan Rusiya Auditinin inkişafı naminə


2009-04-24
Məktub


2009-04-24
Hesabat


2009-02-23
Elan


2009-02-24
Azərbaycan Respublikasi Auditorlar Palatasi Sədrinin Sərəncamı


2009-02-24
«AUDİT-AZƏRBAYCAN» İnstitutunun 2008-CI İL ÜZRƏ FƏALİYYƏTİNƏ DAİR İDARƏ HEYƏTİNİN HESABATI


2009-01-27
«AUDİTOR XİDMƏTİNİN AKTUAL PROBLEMLƏRİ» MÖVZUSUNDA KEÇİRİLMİŞ SORĞUNUN NƏTİCƏLƏRİ


2009-01-27
Elan


2009-01-26
Elan


2009-01-26
Elan


2009-01-19
Elan


2008-12-30
20 dekabr 2008-ci ildə keçirilmiş imtahan nəticələri


2008-12-03
İFAC Qlobal Kataloqunun (IFAC Global Digest) noyabr buraxılışı


2008-12-01
AZƏRBAYCANIN DAXİLİ AUDİT TƏCRÜBƏSİ AVROPADA TƏQDİR OLUNUR


2008-12-01
Almaniya Daxili Auditorlar İnstitutu Direktorlar Şurasının üzvü  Prof. Tomas Amlinq-dən məktub


2008-11-26
Polşa Mühasiblər Assosiasiyasının prezidenti cənab Zbigniev Messner tərəfindən təşəkkür məktubu....


2008-11-26
Türkiyyədə XII Daxili Auidit Konqresi


2008-11-21
Mətbuat Üçün Məlumat


2008-11-05
2009-cu il üçün nəzərdə tutulan Təlimlərin (Treyninqlərin) Təqvimi


2008-11-05
Avropa Mühasiblər və Auditorlar Federasiyasında yeni üzvümüz…


2008-10-08
Azərbaycan Respublikası Auditorlar Palatasının 2007 - ci il üzrə maliyyə hesabatları auditor yoxlamasından keçirilmiş və nəşr etdirilmişdir.


2008-09-23
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ


2008-09-23
“ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN ROLU VƏ ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS


2008-08-22
Protokol 1


2008-08-22
İmtahan vermiş şəxslərin sayı


2008-08-22
Protokol 2


2008-08-15
ELAN


2008-07-16 15:51
Cənab Fəxrəddin İsmayılov


2008-07-08 10:51
DAXİLİ AUDİTORLARIN HAZIRLANMASI İŞİNƏ ƏMƏLİ TÖHFƏ


2008-06-25 10:30
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 10:24
Polşa Milli Auditorlar Palatasının nümayəndə heyətinin Bakıda rəsmi səfəri


2008-06-25 16:38
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


2008-07-08 16:32
Daxili audit.


2008-06-25 16:08
POLŞA MILLI AUDITORLAR PALATASININ NÜMAYƏNDƏ HEYƏTININ BAKIDA RƏSMI SƏFƏRI


17.06.08
ELAN


06.06.08
YARIŞ-MÜSABİQƏNİN NÖVBƏTİ LAUREATLARI


23.05.08
E L A N


30.04.08
Daxili Auditorlar İnstitutunun (IIA) sertifikatlaşdırma imtahanları kompüter vasitəsilə aparılacaqdır


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


21.04.08
E L A N


2009-11-25
İxtisasartırma komissiyasının protokolu


       Xəbərlər
2010-09-08
Məlumt verirk ki:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli, 25 İyun 2010-cu il tarixli qərarı ilə təstiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə

2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"