MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

SORĞU    

Azərbaycan Respublikası 

Auditorlar Palatası

 

Azərbaycan Respublikası

Auditorlar Palatasının ünvanı:

AZ1072 Bakı, S.Y.Bakuvi küçəsi, 14

Tel: 465-65-48; 465-65-35; 498-28-55, Fax: 498-28-55

E-mail:audit-azerbaijan@audit.gov.az

  

 AUDİTORLAR PALATASININ İNTERAKTİV SORĞUSU

 Mövzunun aktuallığı

     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın inkişafında auditin rolunun artırılması üzrə imzaladığı fərman və sərəncamlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün auditor xidmətinin dövlət tənzimlənməsi və onun normativ hüquqi bazasını təkmilləşdirmək, ölkədə auditor xidməti bazarının mövcud vəziyyətini öyrənmək, bu sahədə gedən prosesləri təhlil etmək, xidmətin inkişaf problemlərini möəyyənləşdirmək və auditor xidmətinin inkişafı özrə kompleks tədbirlərin hazırlamasına, ölkədə aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər auditor xidmətinin təşkilinin müasir tələblər baxımından təmin olunmasına, onun inkişaf istiqamətlərinin elmi-praktik cəhətdən əsaslandırılmasına təkan verməkdədir. Bu baxımdan, auditin müstəqil bir sahə kimi tədqiqi, onun problemlərinin öyrənilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 1-ci “İnformasiya əldə edilməsinin asanlaşdırılması” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13-cü “Auditor xidmətinin təkmilləşdirilməsi” bölməsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi mövzunun aktuallığını daha da artırır.

 İşin məqsədi

      İşin məqsədi Azəbaycanda auditor xidmətinin təşkili və müasir inkişaf səviyyəsini təhlil edərək qiymətləndirmək, xidmətin aktual inkişaf problemləri üzrə araşdırmalar aparmaq və bu istiqamətdə təkliflər hazırlamaqdan ibarətdir.

 

 


1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?
4. Yaxın bir neçə ildə auditor xidmətinin hansı növünə tələbatın artmasını mümkün hesab edirsiniz?
5. Auditor xidmətində informasiya texnologiyalarının tətbiqi və elektron audit (e-audit) sisteminin yaradılmasına münasibətiniz necədir?
6. Auditorlar Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
7. Auditor xidməti ilə bağlı hansı növ informasiyalara ehtiyacınız vardır?
8. Ölkədə auditor xidmətinin təkmilləşdirilməsi və inkişafı ilə bağlı sizin təklifləriniz?

Yuxarı










Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur