Gülməmmədov Səbuhi Yediyar oğlu



Icraçı Direktor

GÜLMƏMMƏDOV Səbuhi Yediyar oğlu

Tel.: 012/564-80-62

         012/465-65-35 (daxil:101)

Qəbul günü: cümə axşamı, saat 15.00-dan 18.00-dək 

 E-mail: nurular@mail.ru

İcraçı direktorun vəzifə borcları

1972-ci il yanvarın 29-da Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur.

1989-cu ildə orta məktəbi bitirmiş, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsini, 2004-cü ildə isə həmin Universiteti magistr dərəcəsini alaraq fərqlənmə ilə birtirmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.

1989-cu ildə Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin Birləşdirilmiş mühasibatlıq idarəsində mühasib vəzifəsində işləmişdir.

1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş, 1994-1996-cı illərdə Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş, 1996-1998-ci illərdə Xətai rayon Əmək və Məşğulluq Mərkəzində müfəttiş və baş müfəttiş, 1998-2003-cü illərdə Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş müfəttiş vəzifələrində işləmişdir.

2004-cü ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Audit qanunvericiliyi və metodiki təminat şöbəsinə baş mütəxəssis, 2005-2010-ci illərdə Elmi-tədqiqat və tədris mərkəzinin direktoru, 2010-2015-ci illərdə Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi, 2016-2017-ci illərdə Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi, 2018-ci ildə Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi vəzifələrində işləmişdir. 2019-cu ildən bu günə kimi Auditorlar Palatasının İcraçı direktoru vəzifəsində işləyir.

2005-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.

2006-cı ildən Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsinin sədridir.

2009-cü il iyulun 27-dən 2008-ci il yanvar ayınadək  Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının üzvü olmuşdur.

2010-cu il 29 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri fərman”ına layiq görulmüşdür.

2011-ci il 19 avqust tarixində «Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların Milli İnstitutu»nun (Rusiya Federasiyası) «За заслуги в развитии НИПБ» medalı ilə təltif edilmişdir.

2013-cü il 06 may tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görulmüşdür.

2016-cı il 04 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

2017-ci il 31 may tarixində “Dövlət Müəssisələri İşçilərinin Beynəlxalq Həmkarlar Birliyinin” (Rusiya Federasiyası) “За большой вклад в развитие международного профсоюзного движения работников государственных учреждений и общественного обслуживания и в свази с 25-летием образования МФП РГУ” yubiley medalı ilə təltif edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvü və YAP Səbail rayon təşkilatı Nəzarət-təftiş komissiyasının sədridir.

Ailəlidir. Dörd övladı var.

Qalareya