Bayramov Qəşəm Hacalı oğlu


Aparatın rəhbəri

BAYRAMOV Qəşəm Hacalı oğlu

Tel.: 012/465-65-35 (daxil: 206)

Qəbul günü: bazar ertəsi və cümə günləri, saat 15.00-dən 18.00-dək

Aparatın ƏSASNAMƏSİ

Aparatın əməkdaşlarının vəzifə borcları

1952-ci il yanvarın 3-də
 Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur.

1968-ci ildə orta məktəbini, 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və “iqtisadçı” ixtisasına yiyələnmişdir.


1972-ci ildən 1977-ci ilədək Tikinti Materialları Sənayesi Nazirliyi sistemində iqtisadçı və böyük mühəndis, 1977-1996-cı illərdə Maliyyə Nazirliyində nəzarətçi-müfəttiş vəzifəsindən şöbə rəisinədək müxtəlif vəzifələrdə işləmişdir.


1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.


1996-2007-ci illlərdə Auditorlar Palatasında şöbə rəisi və departament direktoru vəzifələrində işləmiş, 2007-ci ildən bu günə kimi isə Auditorlar Palatası Aparatının rəhbəri vəzifəsində işləyir.

1996- cı il 31 may tarixindən auditor xidməti göstərmək hüquqna malik olan Azərbaycanın ilk auditoru kimi 0001 nömrəli lisenziyanın sahibidir.


1999-cu ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.


1997-ci ildə TASİS proqramı üzrə “Mühasibat uçotunun beynəlxalq prinsipləri və auditin texnikası”, 1998-ci ildə Almaniyada “Müflisləşmənin konstruksiyası və texnikası”,  2000-ci  ildə  Çində ASOSAI proqramı üzrə “Sosial müdafiənin auditi”, 2002-ci ildə Avstriyada “Ali audit qurumlarının kənd təsərrüfatının auditində rolu”, 2007-ci ildə Hollandiyada “Peşəkar təhsil üzrə ixtisasartırma” mövzularında kursları bitirməklə beynəlxalq sertifikatlar almışdır.

03.07.2014-cü ildə Hong Kong Daxili Auditorlar İnstitutu, 25.06.2015-ci ildə EFAA (Lissabon, Portuqaliya), 21-22.09.2015-ci ildə Gürcüstan mühasiblər, auditorlar və məsləhətçilər cəmiyyəti (Tiflis, Gürcüstan) və 17.06.2016-cı ildə Moldova Respublikasının Sertifikatlaşdırılmış auditorlar və peşəkar mühasiblər assosiasiyası (Kişinyov, Moldova) tərəfindən təşkil edilən konfranslarda iştirak edərək müvafiq sertifikatlar almışdır.

2007-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının “Fəxri auditor” adına layiq görulmüşdür.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2011-ci il 15 sentyabr tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.


Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Dörd övladı var.

Qalareya