Auditor fəaliyyəti göstərmək üçün icazə

 

Fiziki və hüquqi şəxslərə icazənin verilməsi ilə əlaqədar tələb olunan sənədlər

 

Fiziki şəxslər üçün:

Hüquqi şəxslər üçün:


1. Ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. Ali təhsil barədə diplomun surəti;

4. Əmək kitabçası (əgər auditor təşkilatında fəaliyyət göstərirsə -Əmək kitabçasının surəti);

5. Sertifikat (auditor adı almaq üçün imtahanın nəticələri barədə);

6. Məktub (əgər auditor təşkilatında fəaliyyət göstərirsə, təşkilat tərəfindən məktub ünvanlanır);

7. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması alınması haqqında müvafiq sənədin surəti (VÖEN).

8. Ərizəçinin qeydə alındığı bankdakı rekvizitləri barədə arayış. 

 

1. Ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
təşkilatın adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü;

2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması alınması haqqında müvafiq sənədin surəti (VÖEN);

4.Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Nizamnaməsinin surəti;

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışın surəti;

6. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququn, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

7. Auditor təşkilatının təsisçisinin qərarı. sənəd.
8. Ərizəçinin qeydə alındığı bankdakı rekvizitləri barədə arayış. 

 

QEYD: Fiziki və hüquqi şəxslər icazə müddətinin uzadılması ilə əlaqədar əgər hər hansı bir sənədlə bağlı dəyişiklik yoxdursa yalnız ərizə ilə müraciət edir. 

 

     Yeni fəaliyyətə başlayacaq sərbəst auditorun auditor fəaliyyəti göstərmək üçün icazəsi barədə ƏRİZƏ nümunəsi

     Yeni fəaliyyətə başlayacaq auditor təşkilatının auditor fəaliyyəti göstərmək üçün icazəsi barədə ƏRİZƏ nümunəsi

     Sərbəst auditorun yenidən auditor fəaliyyəti göstərmək üçün icazəsi barədə ƏRİZƏ nümunəsi

     Auditor təşkilatının yenidən auditor fəaliyyəti göstərməsi üçün icazəsi barədə ƏRİZƏ nümunəsi