Sərbəst Auditorların və Auditor Təşkilatlarının nəzərinə!


Sərbəst Auditorların və Auditor Təşkilatlarının
nəzərinə!
Cari ilin 16-21 iyun tarixlərində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) növbəti plenar iclası keçirilmişdir.
Plenar iclasın yekununda Koreya Xalq Demokratik Respublikası və İran İslam Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud risklərlə bağlı İctimai Bəyanat 2019-cu il 21 iyun tarixində qəbul olunmuşdur.
İctimai Bəyanatın rəsmi mətni ilə FAFT-ın internet səhifəsində aşağıdakı link üzrə  tanış olmaq mümkündür:
http://www.fatf-gafi.org/publications/high-risk-and-other-monitored-jurisdictions/documents/public-statement-june-2019.html
 
 
Azərbaycan Respublikasının Auditorlar Palatası