İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!


ELAN

İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!


Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2019-cu il üzrə  maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

 
Sıra №si Məcburi audit subyektləri Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası
1. İctimai əhəmiyyətli qurumlar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 12-ci maddəsinə əsasən.
2. Məhdud məsuliyyətli cəmiyyətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsinə əsasən.

 
3. Səhmdar cəmiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddəsinə əsasən.

 
4. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə yaradılmış Səhmdar cəmiyyətləri. Nizamnamələrinə əsasən.
5. Banklar və digər kredit təşkilatları “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun    8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.
6. Sığorta təşkilatları və cəmiyyətləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən.
7. İnvestisiya fondları “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli    1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən.
8. Maliyyə-sənaye qrupları “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ  saylı Qanununun 16-cı maddəsinə əsasən.
9. Fondlar və birjalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 115.3-cü maddəsinə əsasən.
10. Qiymətli kağızların emitentləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-ci maddəsinə əsasən.
11. Büdcədənkənar fondlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 115-ci maddəsinə əsasən.
12. Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ           saylı  ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 12-ci maddəsinə əsasən.
13. Təbii inhisar fəaliyyəti subyektləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ         saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə)  Qanununun 1-ci maddəsinə əsasən.
14. Publik hüquqi şəxslər “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ    saylı  Qanununa və Publik hüquqi  şəxslərin  nizamnamələrinə əsasən.
15. Siyasi Partiyalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ           saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə)  Qanununun 14.6-cı maddəsinə əsasən.
16. Bələdiyyələr və bələdiyyə müəssisələri “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr     tarixli 772-IQ saylı Qanununun 10,13-cü maddələrinə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ saylı Qanununun 11.14, 39.1-ci maddələrinə əsasən.
17. Kənd təsərrüfatı kooperativləri “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun 5.4-cü maddəsinə əsasən.
 
Hörmətli sahibkarlar, gəlin hər birimiz ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının həyata keçirilməsində yaxından iştirak edək.
İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http://www.audit.gov.az).
Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.
 
Azərbaycan Respublikasının Auditorlar Palatası