Auditorlar Palatasının üzvü L.B.Audit Xidməti MMC şirkətinin Direktor xanım Lamiyə Bayramova “EcoVision” jurnalı üçün müsahibə vermişdir.

Kadr resurslarına böyük önəm veririk

Hörmətli Lamiyə xanım, xahiş edərdik ilk öncə rəhbərlik etdiyiniz şirkətlə bağlı oxucularımıza məlumat verəsiniz. L.B.: Şirkətimiz Auditor Palatasının üzvü kimi 2008-ci ildən fəaliyyətə başlamış və maiyyə hesabatlarının auditi, vergi auditi, muhasibat uçotunun bərpası, qiymətləndirmə, vergi və hüquq məsləhətləri və s. xidmətlər təqdim edir. Ötən il şirkətimiz üçün yadda qalan olub və biz “Leading Edge Alliance”-ın (LEA Global) müstəqil üzvü seçilmişik. Qeyd edim ki, LEA Global 1999-cu ildə qurulub, hazırda 100 ölkədə 450-dən çox ofisi olmaqla 189 şirkət (firması) ilə əməkdaşlıq çərçivəsində mühasibatlıq, maliyyə, audit və hüquq məsləhəti xidmətləri göstərən dünyanın ikinci ən böyük beynəlxalq təşkilatıdır. Belə bir təşkilata üzv qəbul olunmaq isə “L.B. Audit Xidməti”nin öz sahəsində peşəkarlığının göstəricisidir. Hesab edirəm ki, bu fakt müştərilərimiz qarşısında məsuliyyətimizi daha da artırır və biz komandamızın daha hazırlıqlı olması üçün əlimizdən gələni əsirgəmirik. Şirkətimizin eksklüzivliyi apardığımız auditlərin keyfiyyətinin daima yüksədilməsindədir. Kadr resurslarına böyük önəm verən “L.B. Audit Xidməti” öz işlərini beynəlxalq standartların tələblərinə uyğun meyarlar əsasında qurmuşdur. Ən çox tələb olunan xidmətlərin ardıcıllığını müəyyən etsək üstünlük audit, yoxsa vergi xidmətinin payına düşər? L.B.: Bilirsiniz ki, “L.B. Audit Xidməti” yalnız audit xidmətləri göstərmir, konsaltinq, biznesin qurulması, vergi və mühasibat işləri üzrə də fəaliyyətimiz mövcuddur. Ancaq müştəri portfelini analiz etsək, deyə bilərəm ki, əlbəttə hal-hazırda üstünlük audit xidmətinin payına düşür. Bizneslərdə tez-tez problemli dönəmlər baş verir. Sizdə belə problemlər üçün həllər mövcuddurmu? – Ümumilikdə şirkətlər biznes plan və düzgün iş strategiyası əsasında hərəkət etdikləri zaman risklərdən sığortalanmış olurlar və problemli dönəmlərdən uğurla keçirlər. Məlumat üçün bildirirəm ki, biznesin hər hansı sahəsində baş verə biləcək problemlər ortaya çıxarsa, onları aradan qaldırmaq üçün şirkətimizin bu sahədə böyük təcrübəsi vardır. Azərbaycanda audit fəaliyyətinin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycanda audit xidmətinin tənzimlənməsinə və inkişafına məsul olan bir qurum kimi Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvü olmaqla dünyanın 30 –dan çox audit və mühasibat qurumları ilə əməkdaşlıq edirik. Auditorlar Palatası ölkə başçısının sərəncamları ilə təsdiq edilmiş bir sıra iqtisadiyyat yönümlü “Dövlət Proqramları”nın icrasında yaxından iştirak edir. Ölkəmizdə audit xidmətinin həcmi məcburi auditdən yayınma hallarının cox olması faktına baxamayaraq, 2014-cü ilin yekunları üzrə statistikaya əsasən, 38.7 milyon manat təşkil edib. Bu isə inkişaf dinamikasından xəbər verir.

Qalareya