“Şahdağ Turizm Mərkəzi” auditor seçir - ELAN

“Şahdağ Turizm Mərkəzi” QSC audit xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər.

Əlaqələndirici şəxs - Kəmalə Süleymanova, telefon- (012) 310 11 10 daxili nömrə 7700.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 22 may 2020-ci il saat17.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 31 may 2020-ci il saat 12.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers)açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.