Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans keçiriləcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibədən sonrakı dövrdə işğal olunmuş ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərinin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində elmi-praktik əhəmiyyət kəsb edən tövsiyələrin müəyyənləşdirilməsi məqsədilə, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2020-ci il 24 noyabr tarixində saat 11:00-da “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans keçiriləcəkdir.

Konfransda Azərbaycan İqtisadçılar İttifaqının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq  İqtisadçılar İttifaqının vitse-prezidenti, millət vəkili, akademik Ziyad Səmədzadə, Аzərbaycan Respublikası Auditorlar Palatasının                           sədri, professor Vahid Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev və Auditorlar Palatasının bir qrup əməkdaşları və üzvləri məruzələrlə çıxış edəcəklər.

Sözügedən tədbirdə dinləyici qismində iştirak etmək istəyən şəxslər aşağıdakı linkdən istifadə edərək tədbirə qoşula bilərlər:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

Konfransın identifikasiya nömrəsi: 528 293 2267

Qoşulma üçün şifrə: ARAP2020