Auditorlar Palatası 2020-ci il dekabr ayından növbəti Təlimlərə start verdi

Auditorlar Palatası 2020-ci il dekabr ayından növbəti Təlimlərə start verdi. Təlimlər vebinar formada keçiriləcəkdir.

"Daxili Audit və Daxili Nəzarət" proqrammı üzrə Təlimin müddəti 24 saatdır. Təlim həftə ərzində 3 gün (2-ci, 4-cü və 6-cı günlər) saat 20:00 – 22:00-da olmaqla başlayacaqdır. DAXİLİ AUDİT və DAXİLİ NƏZARƏT proqramı 

"Daxili Audit testləri və sübutların toplanması" proqramı üzrə kursun müddəti 16 saatdır. Təlim həftə ərzində 2 iş günü (3-cü və 5-ci günlər) saat 20:00 – 22:00-da olmaqla başlayacaqdır. Daxili audit sübutları proqramı

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər.

Təlimdə iştirak  ödənişlidir - 1 nəfər üçün 505 AZN təşkil edir.

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması; 

- Şəxsiyyət vəsiqəsinin surəti. 

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva (training@audit.gov.az, ayten.mirzeyeva@gmail.com).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 465-21-75; 055 866 44 29