Auditorlar Palatası Beynəlxalq Maliyyə Hesabatları Standartları - BHMS (International Financial Reporting Standards) təlimlərinə start verdi. Təlimlər 2021-ci il mart ayından başlayacaqdır.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.

Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Təlim mühasibat uçotu sahəsində müəyyən qədər biliyə sahib olan mütəxəssislər, mühasiblər və bu sahəyə yeni başlamaq niyyətində olanlar şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması; 

- Şəxsiyyət vəsiqəsinin surəti. 

 

Müddət: 3 ay

Həftədə: 2 dəfə

Həftəlik: 4 saat

Təlim ödənişlidir.

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva (training@audit.gov.azayten.mirzeyeva@gmail.com ).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 465-21-75; 055 866 44 29