Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə 2021-ci il 22-24 fevral tarixlərində saat 11:00-da Auditorlar Palatasında nərd yarışması keçiriləcəkdir.

I, II və III yerin qalibləri diplom və hədiyyələr ilə mükafatlandırılacaqlar.
Yarışmada iştirak etmək istəyənlər 2021-ci il 20 fevral tarixinədək Auditorlar Palatasında qeydiyyatdan keçməlidirlər.
 Əlavə məlumat almaq üçün Palatanın Təşkilati-texniki təminat şöbəsinə müraciət oetməyiniz xahiş olunur. (Əlaqələndirici şəxs: Şöbə müdiri-Nazim İsmayılov. Telefonlar: (012)465-21-76; Mob. 055-771-19-88). (Ünvan: Bakı şəhəri, S.Y.Bakuvi küç.35).
 AZƏRBAYCAN REPUBLİKASININ AUDİTORLAR PALATASI