2021-ci il 27 aprel tarixindən Auditorlar Palatası tərəfindən növbəti Təlimlər keçiriləcəkdir

CIA - Part I

 

   Auditorlar Palatası CIA - Part I Təlimə start verdi.

   Təlim onlayn (vebinar) formatda keçiriləcəkdir.

   Proqram üzrə Təlimin müddəti 32 saatdır.

   Təlim həftə ərzində 2 gün (2-ci və 4-cü günlər) 2021-ci il 27 aprel tarixindən saat 20:00 - 22:00-da olmaqla başlayacaqdır.

 

   Hazırlıq Təlimi Delta Group C.O.-nun Daxili Audit Departamentinin müdiri Müslüm Rüstəmov (CIA, CFE) tərəfindən tədris ediləcəkdir.

   Təlimin sonunda imtahan olacaq və Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar növbəti mərhələyə haqq qazanacaqlar.

 

   Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. 

   Təlimdə iştirak  ödənişlidir - 1 nəfər üçün 500 AZN təşkil edir.

   Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
   - Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;
   - Şəxsiyyət vəsiqəsinin surəti.


 Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva (training@audit.gov.azayten.mirzeyeva@gmail.com).
   Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 465-21-75; 055 866 44 29

 

Son qeydiyyat tarixi - 23 aprel 2021.

 Proqramla tanış olmaq üçün daxil olun

Mövzular:

1)    Foundations of internal auditing

2)    Independence, objectivity, proficiency, care, and quality

3)    Governance

4)    Risk management

5)    Controls: types and frameworks

6)    Controls: application

7)    Fraud risks and controls

 

Qalareya