MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

ELANLAR    




                 Е L А N



Dəyərli sahibkarlar!
 

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci il 18 – 21  dekabr tarixlərində 5 günlük Maliyyəhesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi mövzusunda təlim keçiriləcəkdir.

Təlimdə iştirak qaydaları:

 

Təlim ASK üzvləri üçün ödənişsizdir.

 

Qeyri üzvlər üçün ödəniş 100 (yüz) manat məbləğində olacaqdır.

 

ASK üzvləri təlimdə iştirak haqqında təsdiq maili ilə məlumatlandırılacaqlar. Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır.

 

https://ask10.typeform.com/to/zD147w 

 

 

Son qeydiyyat tarixi: 15.12.2017

 

Qeyri üzvlər ödənişi təsdiq edən sənədi mail olaraq öncədən təqdim etməlidirlər.

 

Ödəniş aşağıda qeyd olunan hesaba köçürülməlidir:

 

Azərbaycan Beynəlxalq Bankı 

Xətai  filiali 

 

H/H:AZ20IBAZ3806001 944 9555144 215 

Kod: 805625

VÖEN: 1500284011

Bankın rekvizitləri 

Adı:ABB Xətai  filiali 

Kod: 805625 

VÖEN: 9900001881 

М/H: AZ03NABZ01350100000000002944 

S.W.I.F.T. : İBAZАZ2Х 

  

Elmira Balıyeva 

Azərbaycan Sahibkarlar Konfederasiyası 

Dövlər orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsi 

Tel: (994 12) 465 72 42 

  

  

Aytən Seyidəliyeva 

Azərbaycan Respublikasının Auditorlar Palatası 

Kadr hazırlığı şöbəsinin müdür müavini 

Tel: (994 12) 564 80 62 

(994 55) 866 44 29 

 E-mail: ayten.mirzeyeva@gmail.com

 

Hörmətlə/ Kind regards,

 

Azərbaycan Respublikasının Auditorlar Palatası/Chamber of Auditors of the Republic of Azerbaijan

Kadr hazırlığı şöbəsi/Deputy Head of Personnel Training Department 

 

Address: AZ1072, Baku city, S.Y.Bakuvi street, 35.

Phone / Fax: 4982855; 4656545

              4656548; 4656535; 4648062

E-mail: audit-azerbaijan@audit.gov.az 

http://audit.gov.az/index.php?

Azərbaycan Sahibkarlar Konfederasiyası/ Azerbaijan Entrepreneurs Confederetion

Dövlət orqanları və Sahibkarlarla iş şöbəsi/ Cooperation with State bodies and Entrepreneurs

      

57 Hasan Aliyev str., Baku AZ1110

Phone:   +994 12 465 7243/ 44

Fax:        +994 12 465 7242

www.ask.org.az 

https://www.facebook.com/sahibkarlar/ 



                                                   Е
L А N 

 

 

 “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda

Təlim keçiriləcəkdir  

 

Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən  maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi  və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci il 18 dekabr tarixindən saat 10:00-da  1 (bir) həftəlik “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim keçiriləcəkdir. 

Təlimlər "Ernst & Yanq", “Praysvoterhauskupers”, “Deloitte & Touche”, KPMCbeynəlxalq auditor şirkətlərinin, "Barattson School of Business & Finance" tədris mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən aparılacaqdır.  
Kurslar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)  inzibati binasında keçiriləcəkdir (Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı ş., Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə).

Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların maliyyə hesabatları hazırlanmasına məsul olan şəxslər iştirak edə bilərlər.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilir.

Təlimlər ödənişlidir.  

Təlimlərdə iştirak etmək istəyən şəxslər 2017-ci il 18 dekabr tarixinədək Auditorlar Palatasına müraciət edə bilərlər. 

Əlavə məlumat almaq üçün Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə müraciət oluna bilər.

(Ünvan: S.Y.Bakuvi, 35; əlaqə telefonu: 465-65-35; 465-65-48 (daxili 110); 055-866-44-29. Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini                   Aytən Seyidəliyevadır. E-mail: ayten.mirzeyeva@gmail.com).




                                                                                                                  

 

 Azərbaycan Respublikasının Auditorlar Palatası  

AUDİTOR ADI ALMAQ ÜÇÜN  

İmtahan keçirdir  

İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2017-ci il 25 noyabr tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.  

Ø İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə;  

Ø Şəxsiyyət vəsiqəsi və onun sürəti;  

Ø Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;  

Ø Əmək kitabçasının surəti;  

Ø 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.  

İmtahan ödənişlidir!  

  

Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə müraciət edə bilərlər. Məlumat üçün bildiririk ki, auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahan qabağı ödənişli kurslar təşkil edilə bilər.

 

 

 Ünvan: S.Y.Bakuvi 35
Əlaqə: 564-80-62 ; 498-28-55 (daxili 110)
 



 


 


E L A N

 

Müəsissə və təşkilatların rəhbərlərinə!

 

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq məcburi auditin subyekti olan hüquqi şəxslər hər il maliyyə hesabatlarının düzgünlüyünü müstəqil auditor rəyi ilə təsdiq etdirməlidirlər.

Auditdən keçməyən hüquqi şəxslərin rəhbərlərinə tövsiyə olunur ki, 2016-cı il üzrə maliyyə hesabatlarının təxirə salmadan müstəqil auditorun rəyi ilə təsdiq olunmasını təmin etsinlər.

Xatırladırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə məcburi auditdən yayınmağa görə inzibati cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. 

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 03 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə  nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə edilmişdir. 

Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Auditorlar Palatasının www.audit.gov.az  saytından əldə edə bilərsiniz.

 (Məsul şəxs: Məhkəmələrlə iş və inzibati protokollar şöbəsinin müdiri Elnur İbrahimov, Əlaqə telefonları: (012) 465-65-35; 465-65-48 (dax. 211), (050) 225-50-50)

 

Azərbaycan Respublikasının Auditorlar Palatası




                                                                                                                                                       
                    

 

E L A N

 

 

Azərbaycan İqtisadçılar İttifaqıAzərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci ilin 22-23 sentyabr tarixlərində “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlığın yüksək səviyyədə qurulması, mütərəqqi nəzarət forma və metodlarının, maliyyə hesabatlığı sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində müzakirələr aparmaqdan ibarətdir.

Yerli və xarici mütəxəssisləri konfransın işində iştirak etməyə dəvət edirik.

Məruzə və tezislər 2017-ci il 1 may tarixinədək qəbul edilir.

Tezislər 2 səhifədən, məruzələr isə 6 səhifədən çox olmamaqla, A4 formatda, 12 ölçüdə Arial şrifti ilə çap edilmiş şəkildə (2 nüsxə) elektron variantda (müəllifin soyadı, adı, atasının adı, iş yeri və vəzifəsi, elmi dərəcəsi, əlaqə telefonu dəqiq göstərilməklə) Auditorlar Palatasında qəbul olunur.

Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; (Əlaqələndirici şəxs: Nigar Əlisoy; Telefonlar: 465-65-35; 564-80-62; faks: 498-28-55; 070-655-58-58 mob.).

E-mail: audit-azerbaijan@audit.gov.az




 


      Təsərrüfat subyektləri rəhbərlərinin nəzərinə!
  


Sizi ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında fəal iştirak etməyə və bu məqsədlə müstəqil auditorların xidmətlərindən istifadə etməyə çağırırıq.

Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və müvafiq dəstək göstərməyə hazırdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən təsərrüfat subyektləri   2016-cı il üzrə  maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü auditor rəyi ilə təsdiq etdirməlidirlər.


 

          1 Banklar və digər kredit təşkilatları
“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununa (maddə 8, 9, 44, 45, 46 və s.) əsasən.
          2 Səhmdar cəmiyyətləri
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (m.107.6) əsasən;
          3 Sığorta təşkilatları və cəmiyyətləri
``Sığorta fəaliyyəti haqqında`` Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununa (m.74) əsasən;
          4 İnvestisiya fondları
İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ saylı Qanununa (m.26) əsasən.
          5 Maliyyə-sənaye qrupları
``Maliyyə-sənaye qrupları haqqında`` Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ saylı Qanuna (m.16) əsasən;
          6 Məhdud məsuliyyətli cəmiyyətlər
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (m.91.4) əsasən;
          7 Fond və birjalar
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə(m.115.3) əsasən;
          8 Qiymətli kağızların emitentləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (m.1078) əsasən;
          9 Büdcədənkənar fondlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (m.115) əsasən;
         10 İctimai əhəmiyyətli qurumlar ``Mühasibat uçotu haqqında`` Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanuna (m.12) əsasən;
         11 Bələdiyyələr və bələdiyyə müəssisələri ``Bələdiyyələrin maliyyəsinin əsasları haqqında`` Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 772-IQ saylı Qanununa (m.10,13) əsasən;
         12 Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) ``Mühasibat uçotu haqqında`` Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanuna (m.12) əsasən;
         13 Təbii inhisar fəaliyyəti subyektləri ``Mühasibat uçotu haqqında`` Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanuna (m.12) əsasən;
        14 Publik hüquqi şəxslər “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanununa və onların nizamnamələrinə əsasən.
        15 Siyasi Partiyaları ``Mühasibat uçotu haqqında`` Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanuna (m.14.6) əsasən..

Xatırladırıq ki, qanunvericiliklə tələb olunan qaydada auditdən keçməməyə görə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunma nəzərdə tutulmuşdur.

Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http://www.audit.gov.az).




                 ELAN

 

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası 

AUDİTOR ADI ALMAQ ÜÇÜN 

İmtahan keçirdir 

İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2017-ci il 20 iyun tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər. 

Ø İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə; 

Ø Şəxsiyyət vəsiqəsi və onun sürəti; 

Ø Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti; 

Ø Əmək kitabçasının surəti; 

Ø 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil. 

İmtahan ödənişlidir! 

 

Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə müraciət edə bilərlər. 

 

 Ünvan: S.Y.Bakuvi 35
Əlaqə: 564-80-62 ; 498-28-55 (daxili 110)

 


ELAN

Azərbaycan Respublikasının Auditorlar Palatası “Daxili auditin əsasları” üzrə kurslar təşkil edir
 

 

Təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) Azərbaycan Daxili Auditorlar İnstitutu daxili auditor kadrlarının hazırlanması üzrə kurslar keçirir. 

Növbəti kurslar 2017-ci ilin 3 aprel tarixindən 3 may tarixinədək keçiriləcəkdir. 

Kursları daxili audit sahəsində böyük təcrübəyə malik olan yüksək ixtisaslı müəllimlər tədris edirlər. 

Kursun sonunda iştirakçılara müvafiq sertifikatlar verilir. 

Kurslar ödənişlidir. 

Kurslarda iştirak etmək istəyən şəxslər 2017-ci il 31 mart tarixinədək Auditorlar Palatasına müraciət edib, aşağıdakı sənədləri təqdim etməlidirlər: 

·         Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə; 

·         Şəxsiyyət vəsiqəsinin surəti.

 Əlavə məlumat almaq üçün Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə müraciət edə bilər.

 

(Ünvan: S.Y. Bakuvi,35; əlaqə telefonu: 465-65-35; 465-65-48 (daxili 110); 070-655-58-58. Əlaqələndirici şəxs: Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Şirinovadır).


ELAN

 

 


                     
 Azərbaycan Respublikasının Auditorlar Palatası

                           Mühasibat uçotu üzrə kurslar təşkil edir
 
 

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası auditor və mühasib kadrlarının hazırlanması üzrə kurslar keçirir.

Kursları audit və mühasibatlıq sahəsində böyük təcrübəyə malik olan yüksək ixtisaslı müəllimlər tədris edirlər.

Kursun sonunda iştirakçılara  sertifikat verilir.

Kurslar ödənişlidir.

Kurslarda iştirak etmək istəyən şəxslər 2017-ci il 31 mart tarixinədək Auditorlar Palatasına müraciət edib, aşağıdakı sənədləri təqdim etməlidirlər:

Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;

Şəxsiyyət vəsiqəsinin surəti. 

Əlavə məlumat almaq üçün Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə müraciət oluna bilər.


Ünvan: S.Y. Bakuvi,35; əlaqə telefonu: 465-65-35; 465-65-48 (daxili 110); 070-655-58-58. Əlaqələndirici şəxs: Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Şirinovadır). 

 

 

 


 

 

ELAN

TƏSƏRRÜFAT SUBYEKTLƏRİNİN RƏHBƏRLƏİNİN NƏZƏRİNƏ!

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlığını və sosial rifahı təmin etmək mümkün deyildir.  

Azərbaycan auditi 20 ildən çoxdur ki, müxtəlif səpkili müəssisələr və biznes strukturları arasında etibarlı tərəfdaş və köməkçi qismində Sizlərə xidmət göstərir. Müəssisənizdə maliyyə hesabatlarının auditi ilə yanaşı, mühasibat uçotunun aparılmasını, hesabatlıq, maliyyə və vergiqoyma ilə bağlı digər əməliyyatlar zamanı auditorlar Sizə yaxından kömək edə bilər.

Auditor - əsl tərəfdaş kimi Sizin problemlərinizi həll edir və mənafelərinizi qoruyur!

Auditorlar Sizə aşağıdakı xidmətləri göstərə bilərlər: 

§  Maliyyə hesabatlarının auditi;

§  Muhasibat uçotunun (o cümlədən MHBS-lına əsasən) qurulması, aparılması və bərpası;

§  Vergi bəyannamələrinin tərtibi;

§  Maliyyə hesabatlarının tərtibi;

§  Daxili auditin həyata keçirilməsi;

§  Daxili nəzarət sisteminin qiymətləndirilməsi;

§  Uçotun aparılması və hesabatların tərtib edilməsinə nəzarət;

§  Vergilərin və digər məcburi ödəmələrin hesablanması və ödənilməsinə nəzarət;

§  Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;

§  İnvestisiya layihələrinin qiymətləndirilməsi;

§  Üçüncü şəxslər qarşısında iqtisadi subyektin mənafelərinin təmsil edilməsi;

§   İqtisadi subyektin işçi heyəti üçün təlim və treninqlərin aparılması;

§   İqtisadi-maliyyə məsələlərinə dair metodik göstərişlərin, tövsiyələrin, qaydaların işlənib hazırlanması;

§   Uçotun, hesabatların tərtibinin, hesablaşmaların avtomatlaşdırılması və kompyuterləşdirilməsi;

§   Maliyyə, vergi və digər sahələr üzrə qanunvericilik, investisya fəaliyyəti, menecment, marketinq, vergilərin optimallaşdırılması üzrə məsləhətlərin verilməsi;

§   Hüquqi şəxslərin təşkili və yenidən təşkili üzrə xidmətlərin göstərilməsi;

§   Hüquq və ekspert xidmətlərinin göstərilməsi;

§  Nizamnamə kapitalılnın formalaşması ilə bağlı xidmətlərin göstərilməsi;

§   Əmlakın qiymətləndirilməsi ilə bağlı xidmətlərin göstərilməsi.

Audit Sizə imkan verir:

·     maliyyə və mühasibat hesabatlarınızın reallığa uyğunluğu barədə dürüst məlumat almağa;

·     Sizin daxili nəzarət sisteminin etibarlığını qiymətləndirməyə;

·     Vergi, maliyyə sahəsində, hüquqi və fiziki şəxslərlə münasibətlərdə əhəmiyyətli riskləri aşkara çıxartmağa;

·     audit zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə düzgün qərarların qəbul edilməsinə.

Hörmətli sahibkarlar!

Sizi ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında fəal iştirak etməyə və bu məqsədlə müstəqil auditorların xidmətindən istifadə etməyə çağırırıq.

Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və auditor xidməti göstərilməsinə dair mövcud qanunvericiliyə və Beynəlxalq Audit Standartlarına uyğun olan təklif və tövsiyələrin təqdim olunmasına hazırdır.

Məhz bu qarşılıqlı əməkdaşlıq şəraitində biz ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsinə və dayanıqlı inkişafına öz töhfələrimizi vermiş olarıq.

Auditor xidməti göstərmək icazəsi olan auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatı Palatanın internet səhifəsindən əldə edə bilərsiniz (www.audit.gov.az).  

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

  


 

 

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən şirkətlərin və Auditorlar Palatasının üzvlərinin

 nəzərinə

 

ELAN

 

 

2016-cı il 09 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasında “Daxili audit və korporativ idarəetmə sistemi” və Biznesin (müəssisənin) qiymətləndirilməsi” mövzularında seminar keçiriləcəkdir 

 

Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən  maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi  və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən beynəlxalq auditor təşkilatları və tədris mərkəzləri ilə birlikdə 2016-cı il 09 dekabr tarixində saat 10:00-da “Daxili audit və korporativ idarəetmə sistemi” və Biznesin (müəssisənin) qiymətləndirilməsi” mövzularında seminar keçiriləcəkdir. 

Seminar "Headstart International" tədris mərkəzi və “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-nin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının Şurası yanında Milli auditə dəstək üzrə komitəsinin sədri Zamin Hüseynov tərəfindən aparılacaqdır.

Seminarda dövlət, özəl şirkət, müəssisə və təşkilatların mütəxəssisləri  iştirak edəcəklər. Sonda maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmasının metodologiyası, Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış maliyyə hesabatlarının İFRS-lərə transferi texnologiyası tədris olunacaq, habelə mühasibat-maliyyə mövzusunda dinləyiciləri maraqlandıran  suallar  cavablandırılacaqdır. 


 






Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən şirkətlərin və Auditorlar Palatası üzvlərinin

 Nəzərinə

 

ELAN

 

 

2016-cı il 29 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasında “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının praktikası” və “Korporasiyadaxili fırıldaqçılıq və dələduzluqla mübarizə, mühasibat uçotu məlumatlarının bilərəkdən təhrif edilməsi əlamətlərinin aşkar olunması” mövzularında Təlim keçiriləcəkdir 

 

Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən  maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi  və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən beynəlxalq auditor təşkilatları və tədris mərkəzləri ilə birlikdə 2016-cı il 29 noyabr tarixində saat 10:00-da “MHBS(IFRS) əsasında konsolidə edilmiş maliyyə hesabatarının hazırlanma praktikası” “Korporasiyadaxili fırıldaqçılıq və dələduzluqla mübarizə, mühasibat uçotu məlumatlarının bilərəkdən təhrif edilməsi əlamətlərinin aşkar olunması”   mövzularında təlim keçiriləcəkdir. 

Təlimlər "Ernst & Yanq" beynəlxalq auditor şirkətinin, "Barattson School of Business & Finance" tədris mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən aparılacaqdır. 

Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların mütəxəssisləri  iştirak edəcəklər. Sonda maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmasının metodologiyası, Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış maliyyə hesabatlarının İFRS-lərə transferi texnologiyası tədris olunacaq, habelə mühasibat-maliyyə mövzusunda dinləyiciləri maraqlandıran  suallar  cavablandırılacaqdır. 

  



                                                    
ELAN

 

 

Auditor təşkilatlarının rəhbərlərinin və

sərbəst auditorların nəzərinə

 

       Azərbaycan Respublikasının Auditorlar Palatasında 2016-cı ilin 27 oktyabr tarixində saat 1000-da  Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə yeni Qaydaların və Auditin keyfiyyətinə daxili nəzarətin həyata keçirilməsi haqqında Təlimatın tətbiqi barədə seminar keçiriləcəkdir.

       Seminarın məqsədi - auditor xidmətinin keyfiyyətinin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, Beynəlxalq Audit Standartlarına, Peşəkar Mühasiblərin Etika Məcəlləsinə, 1 saylı Beynəlxalq Keyfiyyətə Nəzarət Standartına, 1 saylı Üzvlük Öhdəlikləri Bəyannaməsinə, habelə Daxili Auditorların işindən istifadə edilməsini təmin etməkdir.

      Seminarda auditor təşkilatlarının nümayəndələrinin və sərbəst auditorların iştirakı zəruridir.

     (Ünvan: S.Y. Bakuvi,35; əlaqə telefonu: 465-65-35; 465-65-48 (daxili 210) 

 


 

E Л А Н

 Азярбайъан Республикасыnın Аудиторлар Палатасы

АУДИТОР АДЫ АЛМАГ ЦЧЦН

имтащан кечирир

     Имтащанда мцщасибат учоту, малиййя, игтисадчы вя щцгугшцнас ихтисаслары цзря али тящсиля вя ихтисас цзря цч ил ямяк стажына малик олан Азярбайъан Республикасынын вятяндашлары иштирак едя билярляр. Имтащанда иштирак етмяк истяйян шяхсляр 01 dekabr 2016ı ил тарихинядяк ашаğыда эюстярилян сянядляри Азярбайъан Республикасы Аудиторлар Палатасына тягдим етмялидирляр:

Ø Имтащан Kомиссийасы сядринин адына мцяййян олунмуш формада яризя;

Ø Шяхсиййят вясигяси вə onun суряти;

Ø Али тящсил щаггында дипломун нотариал гайдада тясдиг олунмуш суряти;

Ø Ямяк китабчасынын суряти; 

Ø 4x6 sm юлчцдя 4 ədəd rəngli fotoşəkil.

     İmtahan ödənişlidir.

     Maraqlananlar Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə müraciət edə bilərlər.

     Ünvan: Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 14.

     Əlaqə telefonları: 465-65-35; 465-65-48 (101). 


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur