MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

ELANLAR    

04.07.2019

                                                                                                                             

Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

Cari ilin 16-21 iyun tarixlərində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) növbəti plenar iclası keçirilmişdir.

Plenar iclasın yekununda Koreya Xalq Demokratik Respublikası və İran İslam Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud risklərlə bağlı İctimai Bəyanat 2019-cu il 21 iyun tarixində qəbul olunmuşdur.

İctimai Bəyanatın rəsmi mətni ilə FAFT-ın internet səhifəsində aşağıdakı link üzrə  tanış olmaq mümkündür:

http://www.fatf-gafi.org/publications/high-risk-and-other-monitored-jurisdictions/documents/public-statement-june-2019.html

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası 


        24.06.2019

        


       
 Təsərrüfat subyektləri rəhbərlərinin və sahibkarların     nəzərinə!

 


Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən  maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi, şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, vergidən yayınma hallarının qarşısının alınması sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara, iş adamlarına, müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2019-cu il 15 – 19 iyul tarixlərində saat 10:00-da “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda 5 günlük təlim keçiriləcəkdir.

Təlimdə müəssisə və təşkilatların maliyyə hesabatları hazırlanmasına məsul olan şəxslər iştirak edə bilərlər.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcəkdir.

Təlimlər ödənişsizdir. 

Təlimlərdə iştirak etmək istəyən şəxslər 2019-cu il 10 iyul tarixinədək Auditorlar Palatasında qeydiyyatdan keçməlidirlər. 

Əlavə məlumat almaq üçün Auditorlar Palatasının Kadr hazırlığı şöbəsinə müraciət oluna bilər.

 Ünvan:S.Y.Bakuvi,35; Əlaqə telefonu:(012)564-80-62 mob:(055)866-44-29,E-mail:   (  training@audit.gov.az  )                                                                                                                                                                                                                                                                                                                                                                                           

Ölk


24.06.2019

  


           Məlumat          

                                                 

Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 4.9-cu “Keyfiyyətə nəzarət üzrə müfəttişlərin ixtisasartırmalarının təşkili” bəndinə müvafiq olaraq 2019-cu il 10-18 iyun tarixlərində aşağıdakı mövzularda seminar keçirilmişdir:

1.    Auditin keyfiyyətinə kənar nəzarətin mahiyyəti.

2.    Auditin keyfiyyətinə nəzarətə qarşı tələblər.

3.    Auditin keyfiyyətinə kənar nəzarətin aparılmasının prinsip və prosedurları

4.    Auditin keyfiyyətinə kənar nəzarətin təşkili.

5.    Cari ildə kənar auditin keyfiyyətinə nəzarətin yoxlanmasının xüsusiyyətləri.

6.    Gəlirlərin tanınmasının yeni beynəlxalq standartı 15 saylı MHBS

Seminarda Auditorlar Palatası Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov, Auditin keyfiyyətinə nəzarət üzrə komitənin sədr müavini Nazim Axundov, Keyfiyyətə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev, həmçinin  “Ernst  & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin baş meneceri Elçin Əlizadə və menecer Ziya Mikayılov müvafiq məruzələrdə çıxış etmişdilər.

Seminarın sonunda sual-cavab sesiyası keçirilmiş və müvafiq təkliflər   verilmişdir   




14.06.2019

 


Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən 2019-cu il 10 iyun tarixində yenilənmişdir.

Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. (siyahı əlavə olunur)

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilmişdir.

Həmin sayta daxil olaraq zəruri məlumatları əldə edin.

 

 

 

 12.06.2019

 

                

                                                         ELAN                               

     
 
Azərbaycan Respublikasının Auditorlar Palatası “Təşkilatlarda Daxili nəzarətin qurulması və struktur vahidləri (idarə və şöbə) üzrə auditin təşkili” proqramı əsasında daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar 2019-cu ilin 25 iyun tarixindən 24 iyul tarixinədək həftə ərzində 2 gün (2-ci və 4-cü günlər) 12 dərs olmaqla saat 18:30 - 20:30-da keçiriləcəkdir. Proqram üzrə kursun müddəti 24 saatdır  Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit rəhbəri Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir.

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Kurslarımızda               məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Kursda iştirak  ödənişlidir - 1 nəfər üçün             505 AZN təşkil edir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim                 etməlidirlər:

- Kurslarda iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;

- Şəxsiyyət vəsiqəsinin surəti.
              Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva  
                    training@audit.gov.azayten.mirzeyeva@gmail.com).
           Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 055 866 44 29
 



Azərbaycan Respublikasının Auditorlar Palatası 

21.05.2019

 


                         Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən 2019-cu il 21 may tarixində yenilənmişdir.


 
20.05.2019

 

                              

                        
Sərbəst Auditorların və Auditor Təşkilatlarının

                                                       nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən 2019-cu il 14 may tarixində yenilənmişdir.

Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. (siyahı əlavə olunur)

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilmişdir.

Həmin sayta daxil olaraq zəruri məlumatları əldə edin.

                                                             

20.05.2019

 



                                                               ELAN



         Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2019-cu il 3 may tarixli 310/6 nömrəli qərarı ilə təsdiq edilmiş “Auditorların ixtisasartırma kurslarının təşkili üzrə Qaydalar”ın VII bölməsinə müvafiq olaraq, ixtisasartırma kurslarını tədris etmək üçün müəllimlərin seçiminə başlanmışdır. Müsabiqədə aşağıdakı meyarlara cavab verən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər:

Fiziki şəxslər üçün- iqtisadi və hüquq ixtisasları üzrə ali təhsil; audit, mühasibat uçotu, maliyyə təhlili, vergiqoyma və maliyyə hüququ üzrə ən azı 3 il mühazirə aparmaq və auditorların ixtisasartırma proqramları, mühazirələrin tezislərinin və praktik məşğələlərin materiallarının işlənib hazırlanması üzrə təcrübəsi olanlar,  yüksək peşəkarlığını təsdiq edən peşə sertifikatlarına (CAP, CİPA, DipİFR, CPA, ACCA), habelə ölkədə fəaliyyət göstərən və Auditorlar Palatası ilə birgə ixtisasartırma kursları təşkil edən beynəlxalq tədris mərkəzlərinin sertifikatlarına malik olan şəxslər.

Hüquqi şəxslər üçün - ştatında olan və ya cəlb etdiyi müəllimlərin yuxarıda göstərilən meyarlara cavab verməsi; I və II kursların keçirilməsi üçün maddi texniki bazası mövcud olanlar. 

Müsabiqədə iştirak etmək istəyənlər Auditorlar Palatasına aşağıdakı sənədləri və məlumatları təqdim etməlidirlər: 

- müsabiqədə iştirak etmək üçün ərizə;

- dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti (hüquqi şəxslər üçün);

- fərdi sahibkar qismində dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti və ya tədris fəaliyyətinə dair patent (fiziki şəxslər üçün);

- əmək kitabçasının surəti;

- mühazirələrin tezisləri;

- müəllimlərin müvafiq qaydada doldurulmuş anketi;

- kursların keçirilməsi üçün ən azı 25-30 auditor üçün maddi texniki bazasının mövcudluğu haqqında məlumat.

Sənədlər möhürlənmiş zərfdə təqdim edilməlidir.

 

 Ünvan: AZ 1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; Əlaqələndirici şəxs: Auditorlar Palatasının Kadr hazırlığı şöbəsinin müdiri Elmira Behbuodva, tel.: (+99412) 564-80-62; mob.: 051-921-25-25, e-mail: audit-azerbaijan@audit.gov.az   





                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       16.05.2019

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          



 Azərbaycan Respublikasının Auditorlar Palatası   

AUDİTOR ADI ALMAQ ÜÇÜN   

İmtahan keçirdir   


İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2019-cu il 01 iyun tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.  
 

Ø İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə;   

Ø Şəxsiyyət vəsiqəsi və onun sürəti;   

Ø Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;   

Ø Əmək kitabçasının surəti;   

Ø 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.   

İmtahan ödənişlidir!   

   

Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı şöbəsinə müraciət edə bilərlər. Məlumat üçün bildiririk ki, auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahan qabağı ödənişli kurslar təşkil edilə bilər. 

  

 

 Ünvan: S.Y.Bakuvi 35
Əlaqə: 564-80-62 ; 498-28-55 (daxili 110)
  






 07.05.2019

  
Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən 2019-cu il 01 may tarixində yenilənmişdir.

Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. (siyahı əlavə olunur)

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilmişdir.

Həmin sayta daxil olaraq zəruri məlumatları əldə edin



12.04.2019
  



                                    Sərbəst Auditorların və Auditor Təşkilatlarının

                                         nəzərinə!



Cari ilin 20-22 fevral tarixlərində Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) XXX plenar iclası keçirilmişdir.
Plenar iclasın yekununda Koreya Xalq Demokratik Respublikası və İran İslam Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud risklərlə bağlı İctimai Bəyanat
2019-cu il 22 fevral tarixində qəbul olunmuşdur. 
İctimai Bəyanatın rəsmi mətni ilə FAFT-ın internet səhifəsində aşağıdakı link üzrə

          tanış olmaq mümkündür:

http://www.fatf-gafi.org/publications/high-riskandnon-cooperativejurisdictions/documents/public-statement-february-2019.html









  







06.03.2019




 
                                                                           ELAN


Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə  2019-cu il 13 sentyabr tarixində “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.
Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdan və kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin, sahibkarların və xarici ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.
Ünvan: AZ 1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; Əlaqələndirici şəxs: Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, tel.: (+99412) 498-28-55; mob.: 055-727-74-77, e-mail: audit-azerbaijan@audit.gov.az

 

 

                                                                                                      Təşkilat Komitəsi







05.03.2019
   

E L A N

Auditorlar Palatasının Həmkarlar İttifaqı

üzvlərinin nəzərinə!

 

Azərbaycan Respublikası Auditorlar Palatasının  Həmkarlar İttifaqı  Komitəsi 2019-cu il 7 may tarixində saat 11:00-da növbəti hesabat-seçki  yığıncağını (konfrans) keçirir.

Hesabat-seçki yığıncağına həmkarlar ittifaqının bütün üzvləri dəvət olunur.

Əlavə məlumat almaq üçün Palatanın Həmkarlar İttifaqı Komitəsinə müraciət oluna bilər. 

    (Ünvan: Bakı şəhəri, S.Y.Bakuvi küç.35)
         Əlaqə telefonları: 564-80-62; 465-65-35; 465-65-48    (daxili 101).





01.03.2019
 


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və

Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində

İnnovasiyalar Agentliyinin

NİZAMNAMƏSİNDƏN ÇIXARIŞ

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 22 fevral tarixli Fərmanı

ilə təsdiq edilmişdir

 

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.11. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.12. Agentliyin kənar auditorunun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.13. daxili audit bölməsi yaradıldığı halda, Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

 

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.








 

20.02.2019
 


                              Azərbaycan Respublikası Auditorlar

                                     Palatasının üzvlərinə

  

                                          M Ü R A C İ Ə T!

 

Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və öz səlahiyyətləri çərçivəsində göstərilən neqativ hallara qarşı mübarizəni davam etdirmək əzmindədir.

Auditor xidməti bazarında xidmət haqqı məbləğlərini yolverilməz dərəcədə aşağı salmaqla Auditorlar Palatasının digər üzvlərinə qarşı haqsız rəqabətin və dempinq hallarının artmasına və keyfiyyətsiz auditor xidməti göstərilməsinə dair müvafiq dövlət qurumlarından və iş adamlarından daxil olan müraciətlər son dövrlərdə artmışdır.

Auditorlar tərəfindən istər maliyyə hesabatının auditi, istərsə də digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin, İFAC-ın bu sahə üzrə normativ sənədlərinin tələblərinə əməl etməmələri halları müşahidə olunmaqdadır.

Bir daha xatırladırıq ki, auditor audit peşəsinin nüfuzuna xələl gətirən, auditə ictimai etimadı azaldan, auditorların peşə etikası ilə bir araya gəlməyən, peşəkar davranış normalarını pozan, auditorlar arasında mövcud olan qarşılıqlı hörmət ənənəsinə ziyan vuran hərəkətlərə yol verməməlidir. Yalnız belə olan halda biz ölkəmizdə auditor peşəsinin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə, auditin daha da təkmilləşdirilməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, auditdən gözlənilən dəstəyin göstərilməsinə nail ola bilərik.

 

Hörmətli həmkarlar! 

Sizi ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında fəal iştirak etməyə və auditor adını uca tutmağa çağırırıq.

Bu il – 2019-cu il 16 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun imzalanmasının 25 ili tamam olur.

Xahiş edirik ki, bu yubiley ərəfəsində şəffaflığın artırılması və kölgə iqtisadiyyatına qarşı mübarizə sahəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yaxından dəstək olmaq və ölkə auditorlarına göstərdiyi böyük diqqət və qayğıya layiqli cavab olaraq öz fəaliyyətimizdə Auditorların Peşə Etikasına uyğun olmayan hərəkətlərə yol verməmək üçün dempinq, haqsız rəqabət və keyfiyyətsiz auditor xidməti göstərmək hallarını yaxına buraxmayaq, ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə öz layiqli töhfəmizi verək.

 

 

   Azərbaycan Respublikasının Auditorlar Palatası 









06.02.2019
 



Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən 2019-cu il 30 yanvar tarixində yenilənmişdir.
Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. (siyahı əlavə olunur)
Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilmişdir.
Həmin sayta daxil olaraq zəruri məlumatları əldə edin.







ELAN

 

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ


 ÜZVLƏRİNİN NƏZƏRİNƏ!
 




04.02.2019
 

 

           Hörmətli Auditor təşkilatlarının rəhbərləri və Sərbəst auditorlar,

Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 1.2.2-ci “2018-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının auditinin aparılmasına dair tövsiyələrin hazırlanması və auditor təşkilatları və sərbəst auditorlara çatdırılması” və Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2018-ci il 26 sentyabr tarixli 1/66 saylı “Azərbaycan Respublikasında auditor xidmətinin təşkilinin yaxşılaşdırılması üzrə əlavə tədbirlər haqqında” sərəncamının 5-ci “Auditor təşkilatları və sərbəst auditorlar üçün auditin aparılmasına dair tövsiyələrin hazırlanması təmin edilsin” bəndlərinin icrasına uyğun olaraq, hazırlanmış “Auditor təşkilatları və sərbəst auditorlar üçün auditin aparılmasına dair tövsiyələr”in təqdimatına dair 2019-cu il 08 fevral tarixində saat 11:00-da Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən Seminar keçiriləcəkdir. 

Həmin tövsiyənin auditor təşkilatları və sərbəst auditorlar üçün əhəmiyyətini nəzərə alaraq, seminarda iştirakınız məcburidir. Auditin aparılmasına dair tövsiyə ilə ətraflı tanış olmaq və seminarın işində aktiv iştirak etmək üçün bu linkdən istifadə edə bilərsiniz:

Auditin aparılmasına dair tövsiyə

      
http://audit.gov.az/uploads/Shura_267_7_elave.pdf
 

(Əlaqələndirici şəxs: Şöbə müdirinin müavini Aytən Seyidəliyeva).

(Telefonlar: 012-465-65-35; 012-465-65-48 (daxili 105), (055) 866-44-29 (mob).

Email: hesabat@audit.gov.az                                                                              




AZƏRBAYCAN RESPUBLİKASININ  AUDİTORLAR PALATASI

















07.01.2019

           
 Azərbaycan Respublikasının Auditorlar Palatası 
         daxili auditor kadrlarının hazırlanması üzrə
            növbəti hazırlıq kurslarını təşkil edir  

  

 Ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq strategiyasının daha da sürətləndirilməsində  müəssisə və təşkilatlarda risklərin idarə olunması, nəzarət və  korporativ idarəetmə proseslərinin  qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə xidmət edən daxili auditin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar      2019-cu ilin yanvar ayının 7-dən  tarixinədək “Daxili Auditin planlaşdırılması” proqramı əsasında  keçiriləcəkdir. Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Sizin nümayəndələrinizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik. Kursda iştirak  ödənişlidir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:  

- Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə; 

- Şəxsiyyət vəsiqəsinin surəti. 

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdiri Elmira Behbudova (elmirabehbudzade@gmail.com). 

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 051-921-25-25.  


07.01.2019
       Azərbaycan Respublikasının Auditorlar Palatası   

AUDİTOR ADI ALMAQ ÜÇÜN   

İmtahan keçirdir   

İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2019-cu il 01 aprel tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.   

Ø İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə;   

Ø Şəxsiyyət vəsiqəsi və onun sürəti;   

Ø Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;   

Ø Əmək kitabçasının surəti;   

Ø 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.   

İmtahan ödənişlidir!   

   

Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı şöbəsinə müraciət edə bilərlər. Məlumat üçün bildiririk ki, auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahan qabağı ödənişli kurslar təşkil edilə bilər. 

  

 

 Ünvan: S.Y.Bakuvi 35
Əlaqə: 564-80-62 ; 498-28-55 (daxili 110)
  

 







  28.12.2018

İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!

 

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki,qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlə
                 2018-ci il üzrə  maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

 

 

 

Sıra №si

Məcburi audit subyektlərinin adı

Məcburi auditdən keçmənin qanunvericilikdə

təsbiti və əsası

1. 

İctimai əhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ           saylı Qanununun 12-ci maddəsinə əsasən. 

2. 

Məhdud məsuliyyətli cəmiyyətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

91.4-cü maddəsinə əsasən.

3.

Səhmdar cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin  

107.6-cı maddəsinə əsasən.

4. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə yaradılmış Səhmdar cəmiyyətləri,           o cümlədən

Nizamnamələrinə əsasən.

4.1

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti)

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il            30 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 10-cu bəndinə əsasən.

4.2

“Azərbaycan Sənaye Korporasiyası” Açıq

Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il              4 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 8.7-ci bəndinə əsasən.

4.3

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il           25 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin  Nizamnaməsinin 7.6-cı bəndinə əsasən.

5. 

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” Azərbaycan Respublikasının    2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun    8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

6. 

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən.

7. 

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli                   1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən.

8. 

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ  saylı Qanununun 16-cı maddəsinə əsasən.

9. 

Fondlar və birjalar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin    115.3-cü maddəsinə əsasən.

10. 

Qiymətli kağızların emitentləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin     1078-ci maddəsinə əsasən. 

11. 

Büdcədənkənar fondlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin             115-ci maddəsinə əsasən.

12. 

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ           saylı Qanununun 12-ci maddəsinə əsasən.

13. 

Təbii inhisar fəaliyyəti subyektləri

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ         saylı Qanununun 1-ci maddəsinə əsasən.

14. 

Publik hüquqi şəxslər, ocümlədən

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ    saylı Qanununa və onların nizamnamələrinə əsasən.

14.1

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il                11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”nin Nizamnaməsinin 8.2-ci bəndinə əsasən. 

14.2

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il               31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi”nin Nizamnaməsinin 6.4-cü bəndinə əsasən.  

14.3

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il                 7 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 7.4-cü bəndinə əsasən.  

14.4

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il                  6 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin Nizamnaməsinin           7.4-cü bəndinə əsasən. 

14.5

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il               19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İnformasiya Agentliyi”nin Nizamnaməsinin            7.4-cü bəndinə əsasən. 

14.6

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il                19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin Nizamnaməsinin 8.2-ci bəndinə əsasən.  

14.7

Enerji Məsələlərini Tənzimləmə Agentliyi 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 22 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyi”nin Nizamnaməsinin 7.4-cü bəndinə əsasən.  

14.8

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi”nin Nizamnaməsinin 6.4-cü bəndinə əsasən.  

14.9

Azərbaycan Respublikasının Gənclər Fondu 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il             7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondu”nun Nizamnaməsinin 7.4-cü bəndinə əsasən.  

14.10

Bakı Nəqliyyat Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                 2 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Bakı Nəqliyyat Agentliyi”nin Nizamnaməsinin 8.2-ci bəndinə əsasən.

14.11

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu     

Azərbaycan Respublikası Nazirlər Kabinetinin              2018-ci il 16 may tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs”in Nizamnaməsinin 8.4-cü bəndinə əsasən. 

14.12

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                 26 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nin Nizamnaməsinin 9.4-cü  bəndinə əsasən. 

14.13

Azərbaycan Diasporuna Dəstək Fondu

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il           6 iyul tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsinin           7.4-cü bəndinə əsasən.  

14.14

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il               18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti”nin Nizamnaməsinin 7.4-cü bəndinə əsasən.  

14.15

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi”nin Nizamnaməsinin 7.4-cü bəndinə əsasən. 

14.16

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il               31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu”nun Nizamnaməsinin 9.5-ci bəndinə əsasən.  

14.17

Dənizkənarı Bulvar İdarəsi  

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                   31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Dənizkənarı Bulvar İdarəsi”nin Nizamnaməsinin 7.5-ci bəndinə əsasən.  

15.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il             4 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası”nın Nizamnaməsinin 7.7-ci  bəndinə əsasən.

16.

Siyasi Partiyalar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ           saylı Qanununun 14.6-cı maddəsinə əsasən.

17.

Bələdiyyələr və bələdiyyə müəssisələri

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr     tarixli 772-IQ saylı Qanununun 10,13-cü maddələrinə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ saylı Qanununun 11.14, 39.1-ci maddələrinə əsasən.

18.

Kənd təsərrüfatı kooperativləri

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun 5.4-cü maddəsinə əsasən.

Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst   auditorlar və  auditor təşkilatları barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının            internet səhifəsindən əldə edə bilərsiniz (http://www.audit.gov.az).

Əziz dostlar, gəlin hər birimiz ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının həyata keçirilməsində yaxından iştirak edək.

   
                                                                                                                                                                               
                                                                                                                           Azərbaycan Respublikasının Auditorlar Palatası 
         

 












      

    
 04.12.2018       


Sərbəst Auditorların və Auditor Təşkilatların
nəzərinə!

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2018-ci il 19 noyabr tarixində yenilənmişdir.

Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. (siyahı əlavə olunur)

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilmişdir.

Həmin sayta daxil olaraq zəruri məlumatları əldə edin.

                                                                                                       



19.10.2018

Azərbaycan Respublikasının Auditorlar Palatası

              "İdarəetmə uçotu" üzrə təlimlər təşkil edir 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası rəhbər işçilər, fərdi sahibkarlar,  mühasibatlıq və maliyyə mütəxəssisləri üçün faydalı olacaq "İdarəetmə uçotu" təlimlərinə başlamışdır. "İdarəetmə uçotu" təliminin keçirilməsində əsas məqsəd müəssisələrdə fəaliyyətin planlaşdırması və ona nəzarət edilməsi üçün lazım olan mühasibatlıq üsulları barədə bilikləri mütəxəssislərə ötürməkdir. Təlimlər ACCA-nın üzvü, “Davud Mamedov” MMC-nin direktor-auditoru Davud Məmmədov tərəfindən tədris ediləcəkdir. Təlimin proqramı aşağıdakı kimidir:

- İdarəetmə məlumatların mahiyyəti, mənbələri və məqsədi;

- İdarəetəmə uçotunun üsulları;

-