MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

GÜLMƏMMƏDOV Səbuhi Yediyar oğlu    

 

 Icraçı Direktor
 

 GÜLMƏMMƏDOV Səbuhi Yediyar oğlu

 

 











Tel.: 012/564-80-62

         012/465-65-35 (daxil:101)

 

Qəbul günü: cümə axşamı, saat 15.00-dan 18.00-dək 

 

 E-mail: nurular@mail.ru

 

İcraçı direktorun vəzifə borcları

 

1972-ci il yanvarın 29-da Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur.

 

1989-cu ildə orta məktəbi bitirmiş, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsini, 2004-cü ildə isə həmin Universiteti magistr dərəcəsini alaraq fərqlənmə ilə birtirmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.

 

1989-cu ildə Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin Birləşdirilmiş mühasibatlıq idarəsində mühasib vəzifəsində işləmişdir.

 

1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur.

 

1992-1994-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş, 1994-1996-cı illərdə Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş, 1996-1998-ci illərdə Xətai rayon Əmək və Məşğulluq Mərkəzində müfəttiş və baş müfəttiş, 1998-2003-cü illərdə Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş müfəttiş vəzifələrində işləmişdir.

 

2004-cü ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Audit qanunvericiliyi və metodiki təminat şöbəsinə baş mütəxəssis, 2005-2010-ci illərdə Elmi-tədqiqat və tədris mərkəzinin direktoru, 2010-2015-ci illərdə Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi, 2016-2017-ci illərdə Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi, 2018-ci ildə Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi vəzifələrində işləmişdir. 2019-cu ildən bu günə kimi Auditorlar Palatasının İcraçı direktoru vəzifəsində işləyir.

 

2005-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.

 

2006-cı ildən Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsinin sədridir.

 

2009-cü il iyulun 27-dən 2008-ci il yanvar ayınadək  Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının üzvü olmuşdur.

 

2010-cu il 29 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri fərman”ına layiq görulmüşdür.

 

2011-ci il 19 avqust tarixində «Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların Milli İnstitutu»nun (Rusiya Federasiyası) «За заслуги в развитии НИПБ» medalı ilə təltif edilmişdir.

 

2013-cü il 06 may tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görulmüşdür.

 

2016-cı il 04 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

2017-ci il 31 may tarixində “Dövlət Müəssisələri İşçilərinin Beynəlxalq Həmkarlar Birliyinin” (Rusiya Federasiyası) “За большой вклад в развитие международного профсоюзного движения работников государственных учреждений и общественного обслуживания и в свази с 25-летием образования МФП РГУ” yubiley medalı ilə təltif edilmişdir.

 

Yeni Azərbaycan Partiyasının üzvü və YAP Səbail rayon təşkilatı Nəzarət-təftiş komissiyasının sədridir.

 

Ailəlidir. Dörd övladı var.


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur