MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2014-cü il 11 aprel tarixində Auditorlar Palatasında “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)” təqdimat mərasimi keçirilmişdir.

2014-04-14

2014-cü il 11 aprel tarixində Auditorlar Palatasında “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)” təqdimat mərasimi keçirilmişdir.



AUDİTOR XİDMƏTİNİN İNKİŞAF KONSEPSİYASI HAZIRLANMIŞDIR
 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndinə müvafiq olaraq, Auditorlar Palatası tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmış “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)” aprelin 11-də təqdimat mərasimi keçirilmişdir.  
Konsepsiya audit sahəsində qabaqcıl xarici təcrübə və beynəlxalq maliyyə qurumlarının tövsiyələri nəzərə alınmaqla hazırlanmışdır.
Konsepsiyasının əsas məqsədi Azərbay-canda auditor xidmətinin gələcək inkişaf istiqamətlərinin müəyyən olunması, beynəl-xalq audit standartlarının tətbiqinin geniş-ləndirilməsi, auditor xidməti bazarının inkişaf etdirilməsi, auditor peşəsinin cəmiyyətdə əhəmiyyətli rolunun tanınması, iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında auditdən daha geniş istifadə edilməsi və korrupsiyaya qarşı mübarizədə auditorların məsuliyyətinin artırılmasının təmin edilməsi, auditor xidməti istifadəçilərinin maraqlarının müdafiə olunması və bu sahədə tənzimləyici fəaliyyətin yaxşılaşdırılmasından ibarətdir.
Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan  Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad SƏMƏDZADƏ və Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail RƏHİMOV açmışlar.
Z.Səmədzadə bildirmişdir ki, müstəqilliyi-mizi qazandıqdan sonra biz iqtisad elminin real həyatla əlaqəsinin möhkəmlən-dirilməsinə nail olmuşuq. O, qeyd etmişdir ki, Azərbaycanda 10 il bundan qabaqkı auditlə indiki audit arasında çox böyük fərqin olduğunu və bu sahə ilə bağlı mötəbər qurumların nümayəndələrinin, iqtisadçı alimlərin iştirakı ilə tədbirin keçirilməsi çox çətinlik törədirdi. İndi isə auditlə bağlı ölkəmizdə bir çox qanunvericilik aktları, normativ sənədlər, beynəlxalq standartların tətbiqi və digər sənədlər mövcud olsa da nədənsə təsərrüfat subyektlərinin auditə marağı çox aşağıdır. Ona görə də biz hər birimiz həyacan siqnalı çalmalıyıq və çalışmalıyıq ki, ölkəmizdə maliyyə şəffaflığının təmin olunması üçün sahibkarların auditə marağı artırılsın. Sonra belə bir mötəbər tədbirin keçirilməsinin əhəmiyyətinin bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq dövlət başçısının müəyyən etdiyi vəzifələrə tam uyğun olduğunu qeyd etmiş, ölkəmizin dinamik inkişafından danışmışdır. 
M.Rəhimov
 isə vurğulamışdır ki, Azərbaycanda audit xidmətinin tarixi müstəqilliyimizlə həmyaşıddır. O, bu sahənin qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən, eləcə də konsepsiyanın əhəmiyyətindən danışmışdır. 
Аzərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid NOVRUZOV çıxış edərək ilk öncə qonaqları və tədbir iştirakçılarını Palatanın rəhbərliyi adından salamladı və tədbirin əhəmiyyətindən danışdı.
V.Novruzov müstəqilliyimizi əbədiləşdirən ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki yorulmaz fəaliyyətindən danışdı. Bildirdi ki, dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf və tərəqqi konsepsiyası reallaşdırılarkən, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın təmin edilməsi, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və  sosial ədalət prinsiplərini pozan korrupsiyaya qarşı  mübarizə mühüm vəzifələr  kimi ön plana çıxmasını qeyd etmişdır. Azərbaycan Prezidentinin son dövrlərdə imzaladığı fərman və sərəncamlarda maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti kimi təsbit olunmuşdur.
Şəffaflığın inkişafına Prezident İlham Əliyevin diqqət və qayğısı son dövrlərdə qəbul edilmiş dörd mühüm sənəddə də öz əksini tapıb. Həmin sənədlərə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan  Respublikasının 2012-ci il 5 sentyabr tarixli sərəncamı, "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə 2012-ci il 4 sentyabr tarixli fərmanı, "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 sentyabr tarixli 191 nömrəli qərarı daxildir.
Bütün bunlar ona dəlalət edir ki, maliyyə şəffaflığının təmin edilməsi, maliyyə nəzarətinin müasir dövrün tələblərinə uyğun olması istiqamətində yüksək hüquqi bazaya malik ölkələr arasında Azərbaycanın layiqli yer tutmasına baxmayaraq, möhtərəm Prezident bu sahədə işlərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulmasına xüsusi önəm verir.
Həyata keçirilən bütün tədbirlər maliyyə nəzarətinin idarəetmənin mühüm bir istiqaməti kimi  aktuallığını artırmaqla bərabər, optimal idarəetmə məsələlərinin işlənib hazırlanması və qəbul edilməsi sahəsində onun rolunun yüksəldilməsi zərurətindən irəli gəlir.
Şübhə yoxdur ki, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətində mühüm yer tutan, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, söylədiyi proqram xarakterli nitqlərdə həlli vacib mühüm vəzifə  kimi qarşıya qoyulan maliyyə nəzarəti və şəffaflıq problemləri ilə bağlı məsələlərin tam həcmdə yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi  münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir. 
Sonra V.Novruzov təqdimat məruzəsi ilə çıxış edərək “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”nın əsas müddəalarını tədbir iştiraşçılarının diqqətinə çatdırmışdır.
Təqdimat başa çatdıqdan sonra konsepsiya ilə əlaqədar çıxışlara başlanıldı və çıxış üçün ilk sözü Azərbaycan Respublikası Vergilər Nazirinin müşaviri, Аzərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif MUSAYEV deyərək bildirdi ki, Azərbaycan Respublikası müstəqillik əldə  etdikdən sonrakı dövrdə iqtisadi, siyasi, sosial və digər bütün sahələrdə bir çox nailiyyətlər qazanmış və bu nailiyyətlərin bütün ömrünü doğma xalqının mənəvi dirçəlişinə, onun iqtisadiyyatının və mədəniyyətinin tərəqqisinə həsr etmiş ümummilli lider Heydər Əliyev şəxsiyyətinin sayəsində olmuşdur.
Məhz müstəqillik əldə edildikdən sonra Azərbaycan iqtisadiyyatı qarşısında duran ən mühüm problem onun bazar iqtisadiyyatı qanunları əsasında inkişafını təmin etməkdən ibarət olmuş və kütləvi nəzarətə əsaslanan inzibati amirlik prinsipi, iqtisadi qanunların pozulması keçmiş Sovet iqtisadiyyatını iflas vəziyyətinə gətirmişdir. Belə bir şəraitdə ümummilli liderimiz Heydər Əliyev bazar iqtisadiyyatının əsas özəyi olan sahibkarlığın inkişafını ön plana çəkməsi, beləliklə də artıq iqtisadiyyatın idarə olunmasının inzibati amirlik prinsiplərindən partnyorluq münasibətlərinə keçid zərurəti meydana çıxmasını öz çıxışında qeyd etdi.
O, Azərbaycanda auditor xidmətinin gələcək inkişaf istiqamətlərinin müəyyən olunması, auditor xidməti bazarının inkişaf etdirilməsi, auditor peşəsinin cəmiyyətdə əhəmiyyətli rolunun tanınması istiqamətində Auditorlar Palatasının yaradıcı işçi qrupu tərəfindən hazırlanmış belə bir konsepsiyanın çox böyük əhəmiyyəti olduğunu qeyd etmiş və xüsusilə “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”nda 2014-2020-ci illərdə həyata keçirilməsi nəzərdə tutulmuş XIII bölmə üzrə 150 bənddən ibarət maddələrin icrasından danışdı.  
Növbəti çıxış üçün sözü Bakı Biznes Universitetinin rektoru İbad ABBASOV deyərək bildirdi ki, həqiqətən Auditorlar Palatasının yaradıcı işçi qrupu tərəfindən kifayət qədər zəhmət çəkilərək belə bir konsepsiyanın hazırlanıb ərsiyə gətirilməsi Azərbaycanda auditin gələcək perspektiv imkanlarına geniş şərait yaradacaqdır. O, konsepsiyanın hazırlanmasına görə Auditorlar Palatasının yaradıcı işçi qrupuna uğurlar arzulamaqla bərabər, konsepsiyada aşağıdakı tövsiyələrin nəzərə alınmasını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır:

- Respublikada göstərilmiş auditor xidmətinin çeşidinin artırılması (könüllü audit və digər xidmətlər);

- Yerli auditor təşkilatlarının göstərdiyi xidmətin artırılması;

- Əmlakın qiymətləndirilməsi növünün lisenziyalı audit fəaliyyətinə salınması;

- Auditorların peşəkarlığının artırılması;

- Kadr hazırlığı istiqamətində işlərin gücləndirilməsi;

- Xüsusu proqram əsasında magistr hazırlığı səviyyəsində auditor kadrlarının fərdi qaydada hazırlanması.

Daha sonra sahibkarlar adından Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurasının sədr müavini, «Xəzər» SC-nin sədri Qüdrət KƏRİMOV çıxış edərək qeyd etdi ki, həqiqətən bu gün ölkəmizdə audit sistemi çox uğurla inkişaf edir, öz işində maliyyə şəffaflığının təmin olunmasını istəyən sahibkarlar mütəmadi olaraq auditdən istifadə edirlər. Biz çalışacağıq ki, respublikada auditdən keçməyən təsərrüfat subyektləri də könüllü olaraq bu xidmət növündən bəhrələnsinlər və buna görə də sahibkarlarla auditorlar arasında münasibətlər nəzarət-yoxlama prinsipi ilə yox, auditin nəticəsinə görə müəssisənin bu günkü durumu və gəlcək perspektivi üçün verdiyi tövsiyələrdən asılı olmalıdır. Sonra Q.Kərimov Auditorlar Palatası tərəfindən hazırlanmış konsepsiyanın günün tələblərinə cavab verdiyini, auditorlarla sahibkarlar arasında münasibətlərin daha da yaxınlaşmasına inam yaradacağını tədbir iştirakçılarının nəzərinə çatdırmış və belə bir sənədin ərsiyə gəlməsinə görə yaradıcı işçi qrupuna uğurlar arzulamışdır.
Növbəti çıxış üçün sözü Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Cəfər HƏSƏNOV deyərək çıxış edən yoldaşların hər birinin fikrinə dəstək olaraq bildirdi ki, Azərbaycanda auditor xidmətinin inkişaf üçün hazırlanmış konsepsiyanın əhəmiyyətindən danışdı. O, konsepsiyanın hazırlanmasına görə Auditorlar Palatasının yaradıcı işçi qrupuna uğurlar arzulamaqla bərabər, konsepsiyada aşağıdakı tövsiyələrin nəzərə alınmasını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır:

- Auditorlar Palatasında müqavilə əsasında auditor kadrlarının hazırlanması;

- Büdcə təşkilatlarında podaratçı təşkilatların lisenziyalı auditor fəaliyyətinə cəlb edilməsi.

Sonra Azərbaycan İqtisadçılar İttifaqının vitse-prezidenti, ADİU-nun dosenti Elşad SƏMƏDZADƏ çıxış edərək bildirdi ki, mən də bu konsepsiyanın redaksiya şurası və işçi qrupunun üzvü kimi hamını bu mötəbər tamamlanma münasibətilə təbrik edirəm. Öncə məni konsepsiyanın hazırlanması ilə bağlı işlərə cəlb etdiyinə görə Azərbaycan Respublikasının Auditorlar Palatasına, onun sədri professor Vahid Novruzova təşəkkürlərimi bildirirəm. Birinci olaraq bu sualı qarşıya qoyuram. Bildiyiniz kimi, auditor xidmətinin inkişaf konsepsiyası var idi. Bəs, yeni konsepsiyanın işlənməsini zəruri edən səbəblər nədir? 1. Azərbaycanın sürətli iqtisadi-ictimai inkişafı. 2. Azərbaycanın beynəlxalq aləmlə təmasının artması.3. Azərbaycan daxilində iqtisadi ədədlərin sayının və onlar arasında dövriyyənin artması. 4. Dünyanın dəyişməsi, dünyada olan hakim iqtisadi fikirlərin dəyişməsi. Bu fikirlər nəzəridir. Bunlar real həyatla bağlı isə bu cür səslənə bilər.1. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. 2. Azərbaycan xaricdən sərmayə qəbul edən ölkədən xaricə sərmayə yerləşdirən ölkəyə çevrilib. Bu, istər Dövlət Neft Şirkətinin, istər Dövlət Neft Fondunun və digər subyektlər hesabına həyata keçirilir. 3. Azərbaycan ÜDM-u 100 milyard avro məbləğində hədəfləyən ölkəyə çevrilib. 4. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının sədri olub, yüksək səviyyəli beynəlxalq forumların ev sahibinə çevrilib. 5. Azərbaycan holdinqlərinin gələcəkdə transmilli şirkətlərə çevrilməsi gözlənilən ölkəyə çevrilib.

Əlbəttə, bu söylənənlər auditə yeni konseptual baxışlar tələb edir. Hələ 1997-ci il dünya böhranında BVF-nin sabiq direktoru Mişel Kamdesyunun “Biz dünya maliyyəsinin yeni arxitekturasını qurmalıyıq” deməsinə baxmayaraq, dünya hələ də böhranlar içərisindədir. Azərbaycan auditinin vəzifələrindən biri də ölkəmizə böhran idxalının qarşısının alınmasıdır.

BMT davamlı inkişaf istəyir. Dünya birliyi Səməd Vurğunun “Torpağa düşməsin havayı bir dən, çörək bol olarsa basılmaz vətən” sözlərinə rəğmən, təbii sərvətlərdən səmərəli istifadəni arzulayır. Həmçinin, tarixçilərin dediyi kimi eramızdan 700 il əvvəl Çində dövlətin inkişafı ilə bağlı yaranan audit modernləşən dövlətdə yenilənməlidir. Əgər biz arzulayırıqsa, həm audit şirkətlərinin, həm sərbəst auditorların, həm də auditə cəlb olunmuş dövriyyənin həcmi genişlənsin, onda özümüz də onun imkanlarını  elmi müstəvidə artırmalıyıq. Əvvəllər auditin müxtəlif növləri: sənaye auditi, ekoloji audit və s. var idisə, indi onlara ödəmə sisteminin auditi, İKT sahəsində audit əlavə olunur. Amma geniş mənada onu deyə bilərik ki, nə qədər iqtisadi fəaliyyət növü varsa, nə qədər insan fəaliyyəti növü varsa, o qədər də audit növü var.

20 il bundan əvvəl ÜDM istehsalında qeyri-dövlət bölməsinin payı 20% idisə, indi bu rəqəm 80%-i üstələyir. Maliyyə nəzarət sistemində isə özəl maliyyə nəzarətinin payı çox deyil. Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası ilə silsilə xarakterli tədbirlər həyat keçirir və onların birində də İstanbul Mali Müşavirləri Odası böyük bir heyətlə iştirak etdi. Siz bilirsiz, Türkiyədə auditorlara, maliyyə müşavirlərinə çox böyük güvən var. Azərbaycanda da özəl maliyyə nəzarətinə güvənin artması həm Vergilər Nazirliyi, həm də Hesablama Palatasının üzərinə düşən yükü azaldacaqdır.

Konsepsiya məzmunlu və çoxşaxəlidir və audit sistemini Azərbaycanın dayanıqlı iqtisadi inkişafının mühüm sütunlarından biri edəcək.

Təqdimat mərasimində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Vergilər, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Dövlət Neft Fondunun, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin, Mərkəzi Bankın, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, Hesablama Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Prezident yanında Sahibkarlar Şurasının, Dövlət İqtisad Universitetinin, Bakı Biznes Universitetinin və Professional Maliyyə Menecerləri Assosiasiyasının nümayəndələri iştirak etmişlər.

Daha sonra çıxışlar ətrafında geniş müzakirələr aparıldı və tədbir iştirakçıları Azərbaycanda auditor xidmətinin beynəlxalq meyarlara uyğun təşkili və tənzimlənməsində, ölkəmizdə maliyyə şəffaflığının təmin olunmasında və korrupsiyaya qarşı mübarizə sahəsində Auditor xidmətinin inkişaf konsepsiyasının mühüm rol oynaya biləcəyini qeyd etdilər.
Sonda Аzərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid NOVRUZOV yekun sözlə çıxış edərək, “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)”  təqdimat mərasiminin əhəmiyyətini bir daha vurğulayaraq dəvəti qəbul edib çıxış və iştirak edən bütün qonaqlara minnətdarlığını bildirdi.

                                                                                                                                                                                                                              Foto: İ.Zeynallı 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur