MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2014-cü il 16 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.

2014-04-16

2014-cü il 16 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri Federasiyası  arasında Anlaşma Memorandumu imzalanmışdır.


Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.


2014-cü il 16 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri Federasiyası  arasında Anlaşma Memorandumu imzalanmışdır.

İmzalanma mərasimi Azərbaycan Respublikasının Auditorlar Palatasının rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi Bosco Konfransının təşkilatçılığı ilə aprelin 15-16-da Bakıda JW Marriott Hotel Abşeron mehmanxanasında “InvestPro–2014 Azərbaycan” beynəlxalq konfransında baş tutmuşdur.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri Federasiyasının birgə keçirdiyi beynəlxalq tədbirlərin və qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışdı. V.Novruzov qonaqları memorandumun imzalanması münasibətilə təbrik edərək   iki tərəf arasında imzalanmış sənədin çox böyük əhəmiyyəti olduğunu və gələcəkdə daha yaxından əməkdaşlığın vacibliyini bildirdi.

Sonra Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri Federasiyasının icraçı direktoru İuri Papaskua çıxış edərək hər iki qurum arasında uzun müddətdir əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və Auditorlar Palatasından daim dəstək gördüklərini bildirdi.

İ.Papaskua da həmçinin Azərbaycan Respublikasının Auditorlar Palatasının rəhbərliyinə bu əməkdaşlığın reallaşması üçün bir daha öz minnətdarlığını bildirdi.

Memorandumun məqsədi hər iki ölkənin iqtisadi mühit şəraitində mühasibat və audit peşələrinin inkişaf etdirilməsi və beynəlxalq audit standartlarına uyğunlaşma prosesinin sürətləndirilməsini təmin etməkdən ibarətdir.

Tərəflər aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəlmişlər:

- Tərəflərin peşə fəaliyyətini həyata keçirən zaman iki qurumun və onun üzvlərinin davamlı olaraq ixtisaslaşdırma proqramlarında iştirak etmələrini qarşılıqlı şəkildə dəstəklənməsi;

-  Auditorların və üzvlərin fəaliyyətindəki etik, təhsil və keyfiyyətlə bağlı cəhətlərinin qarşılıqlı şəkildə gücləndirilməsinə əlverişli şərait yaradılması;

- Peşə fəaliyyəti üçün mühüm olan müxtəlif məsələlərlə bağlı Avropa və beynəlxalq səviyyədə qarşılıqlı məsləhətləşmələrin aparılması;

- Milli və beynəlxalq tədbirlərdə (seminarlar, konfranslar, peşə fəaliyyəti  ilə bağlı müxtəlif tədbirlər) bilavasitə iştirak edilməsi;

- Peşəkar qurumlar tərəfindən çap etdirilən kitablar, jurnallar və s. nəşrlər haqqında vəsaitlərin mübadiləsi; mühasibat və audit peşəsi ilə bağlı  məqalələri qarşılıqlı mübadilə yolu ilə təşkilatların jurnal və intenet səhifələrində yerləşdirilməsi;

- Tərəflərin səlahiyyətli nümayəndələrinin birgə razılığına əsasən, layihə və tədbirlərin maliyyələşdirilməsini fərdi proqramlara uyğun olaraq ayrıca həyata  keçirilməsi nəzərdə tutulmuşdur.

 


 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur